Xəbərlərin siyahısı

“J.S.Bach 340” adlı Orqan Musiqisi Gecəsi keçirilib FOTO

2025-03-28 19:01:00

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində "J.S.Bach - 340" adlı Orqan Musiqisi Gecəsi keçirilib.

Çində dəhşətli hadisə: Sorma konfet 6 yaşında uşağın beynini zədələyib

2025-03-28 18:55:00

Çində altı yaşlı uşaq ağzında sorma konfetlə yıxılıb və nəticədə beyni zədələnib.

Dünyada hansı saat ən dəqiqdir? onun səhvi 10 milyard ildə 1 saniyədir

2025-03-28 18:50:00

Anları elə dəqiqliklə ölçə bilən bir cihaz təsəvvür edin ki, hətta Kainatın yaşından daha böyük bir müddət ərzində belə bir saniyə itirilməyəcəkdir.

Alimlər ölümcül ağciyər xəstəliyinin səbəbini aşkarlayıblar

2025-03-28 18:46:00

Ratqers Universitetinin tədqiqatçıları aşkar ediblər ki, səhv yerləşən immun hüceyrələri şəbəkələri on il ərzində xəstələrin 80 %-ni öldürən ölümcül xəstəlik olan idiopatik ağciyər fibrozunun inkişafında əsas rol oynayır. Kəşf yeni müalicələrə səbəb ola bilər.

“Böyük Qafqaz”ın qalibi sən ol!

2025-03-28 18:30:00

"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və "Azərbaycan Rəqs Assosasiyası" növbəti bir layihə həyata keçirməyə hazırlaşır. Onların birgə təşkilatçılığı ilə 29 mart 2025-ci il tarixində Şəki şəhərində "Böyük Qafqaz" incəsənət və rəqs müsabiqəsi baş tutacaq. Müsabiqə Şəki şəhər Heydər Əliyev Mərkəzində keçiriləcək.  "Böyük Qafqaz" müsabiqəsinin yenidən keçirilməsi hər kəs tərəfindən böyük maraqla qarşılanıb və artıq həm Bakı şəhərindən, həm də bir çox bölgələrdən müraciətlər qeydə alınıb.

Arnold Şvarseneggerin keçmiş arvadı boşanmalarından danışdı

2025-03-28 18:24:00

Maria Şrayver, 69 yaşında, yeni "Mən - Maria" adlı memuarlarında Arnold Şvarseneggerlə boşanması barədə səmimi etiraflar edib.

Türkiyə donanmasının yeni gücü: "Bayraktar TB3" və İHA122

2025-03-28 18:12:00

Türkiyənin yerli istehsalı olan "Bayraktar TB-3" pilotsuz uçuş aparatı (PUA) daha bir mühüm sınaqdan uğurla keçib. İHA-122 səsdənsürətli raketinin atəşlənməsi ilə nəticələnən bu test, Türkiyənin hərbi texnologiyada növbəti uğurunu bir daha nümayiş etdirib.

Şuşa MüalicəSağlamlıq Mərkəzi 6 korpusdan ibarətdir

2025-03-28 18:00:00

Şuşa Müalicə-Sağlamlıq Mərkəzi 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir.

Avropa qoşunları Ukraynada yerləşdirilə bilər: NATOnun ŞƏRTLƏRİ

2025-03-28 17:51:00

Avropa liderləri Ukraynada hərbçilərin yerləşdirilməsi ilə bağlı razılığa gəliblər. Ancaq bunun üçün müəyyən şərtlər var.

Fırıldaqçılar adınıza kredit götürüblərsə nə etməlisiniz?

2025-03-28 17:43:00

Son zamanlar internetdə fırıldaqçılar aktivləşib. Elə hallar olur ki, zərərçəkən fırıldaqçılardan xəbərdar olsa da, ayıq-sayıq olmadan onlara öz şəxsi məlumatlarını deyir və adına kredit götürülür.

Dəhşətli zəlzələdə turistlər belə xilas edildi

2025-03-28 17:34:00

Xəbər verdiyimiz kimi, Tailandda baş verən 7,7 bal gücündə zəlzələdən sonra ölkədə fövqəladə vəziyyət elan edilib.

Ərdoğanla Putin arasında telefon danışığı Nələr müzakirə edildi?

2025-03-28 17:26:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Yazda nə etmək lazımdır ki, yanacaq sərfiyyatı artmasın?

2025-03-28 17:19:00

Yaz aylarında avtomobilin qış təkərlərini yay təkərləri ilə dəyişməklə iş bitmir. Mütəxəssislər şin dəyişdirməklə yanaşı təkərlərin kamberini və barmaqlarını yoxlamağı məsləhət görürlər.

Azərbaycanda dolların məzənnəsi ilə bağlı PROQNOZ

2025-03-28 17:16:00

Azərbaycanda istehlak qiymətlərinin 2025-ci ildə orta hesabla 4,4 %, 2026-cı ildə isə 5,8 % artacağı proqnozlaşdırılır.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

2025-03-28 17:15:00

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar oruc tutmaqla Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi kamilliyə ucalmaq fürsəti qazanırlar.

Bakıda hərbi sursat tapıldı

2025-03-28 17:10:00

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Süleyman Vəzirov küçəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Yunanıstandan qalmaqallı açıqlama: Bu əsgərlərdən Türkiyə ilə döyüşmələrini istəyəcəyik

2025-03-28 17:01:00

Xəbər verdiyimiz kimi, martın 25-də Yunanıstanda qeyd olunan "Müstəqillik günü" tədbirləri zamanı keçirilən paradda Türkiyə əleyhinə çirkin şüarlar səsləndirilib. Afinadan məsələ ilə bağlı açıqlama gözlənilərkən ölkənin millət vəkili bu hadisəni dəstəkləyib.

Hava yenidən dəyişir Bu tarixlərə diqqət!

2025-03-28 16:59:00

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə martın 28-30-da küləkli hava şəraiti gözlənilir.

Aİ Trampı razı salmaq üçün plan qurdu: "Apple" və "Meta" cərimələnəcək

2025-03-28 16:55:00

Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampla münasibətləri gərginləşdirməmək üçün Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində Apple və Meta şirkətlərinə daha kiçik məbləğdə cərimələr tətbiq etməyi qərara alıb.

Avropa fəlakətə hazırlaşır, hətta ərzaq ehtiyatı da yığırlar KİV

2025-03-28 16:40:00

Avropa İttifaqı xəbərdarlıq edir: ən azı 72 saat ərzində yaşamaq üçün qida ehtiyatı saxlamaq lazımdır.

Şuşanın Qarabağ küçəsində 10 bina inşa edilir

2025-03-28 16:35:00

Şuşa şəhərinin Qarabağ küçəsində 10 bina inşa edilir.

Azərbaycan Ordusuna atəşi kim açıb? AÇIQLAMA

2025-03-28 16:31:00

Ermənistanın Baş naziri Nikol Paşinyanla müdafiə naziri Suren Papikyanın şərti sərhəddə olan təxribat, Azərbaycanın mövqelərinin atəşə tutulması ilə bağlı fikirləri ziddiyətlidir. Baş nazir heç bir atəşin olmadığını, digəri isə atəşin ancaq havaya atıldığını bildirir. Eyni zamanda Paşinyan iddia edir ki, guya Avropa İttifaqının nümayəndələri də hər hansı bir atəşkəs pozuntusunu qeydə almayıb.

Meqan Foksun dördüncü övladı oldu

2025-03-28 16:18:00

Dünyaca məşhur aktrisa və model Meqan Foks dördüncü dəfə ana olub.

Uğur qazanmasaq, Amerika adlı gəmi batacaq

2025-03-28 16:03:00

ABŞ-də Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən iş adamı Elon Musk dövlət xərclərini 1 trilyon dollara qədər azaltmaq niyyətindədir.

Azərbaycan elminə ağır itki

2025-03-28 15:58:00

Azərbaycan Tibb Universitetinin (ATU) II Daxili xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru Tamfira Əliyeva vəfat edib.

X sosial şəbəkəsində problem YARANDI

2025-03-28 15:56:00

Bir sıra ölkələrdə X sosial şəbəkəsinin işində fasilələr yaranıb.

“Nə olub, nəyə baxırsan?” Çayxanada baxışma üstündə dava qanla bitdi

2025-03-28 15:48:00

Qazax şəhərində çayxanada başlayan baxışma üstündəki mübahisə bıçaqlanma ilə nəticələnib.

"6 saat davam edən əməliyyata girdim"

2025-03-28 15:40:00

Türkiyənin məşhur aktyoru Celil Nalçakan əməliyyat olub.

Azərbaycanda zəlzələ oldu

2025-03-28 15:25:00

İmişlidə 3.4 bal gücündə zəlzələ olub.

Kredit borcunu ödəyə bilməyən şəxs cinayət məsuliyyətinə CƏLB OLUNMUR?

2025-03-28 15:20:00

Azərbaycanda bank və bank olmayan kredit təşkilatları vətəndaşlara müəyyən şərtlərlə kredit verirlər. Bəzi vaxtlarda kreditlərin ödənilməməsi və gecikdirilməsi ilə bağlı mübahisə yaranır, məhkəmə çəkişmələri qeydə alınır. Qanunla borclu borcu ödəyə bilmədiyi halda cinayət və inzibati məsuliyyətə cəlb edilə bilməz.

Taylandda güclü zəlzələyə görə məktəbləri bağladılar

2025-03-28 15:15:00

Bu gün Taylandda baş verən zəlzələ səbəbindən məktəblər bağlanıb.

Evi uçurdulan vətəndaş şirkətdən 2 milyon istəyib? Özü DANIŞDI

2025-03-28 15:10:00

"Melissa Group" tikinti şirkətinə daxil olan "FEBA" MTK-nın nümayəndəsi Yasamal rayonunda rəsmi icazəsi olmadan evini başına uçurduqları Həbib Hacıyevə 651 min manat pul təklif etdiklərini, vətəndaşın isə 2 milyon civarında pul tələb etdiyini bildirib.

Arvadını it yuvasında saxladı, alt paltarında küçədə gəzməyə məcbur etdi

2025-03-28 15:00:00

İtaliyada kişi arvadını it yuvasında saxlayıb və onu alt paltarında küçədə gəzməyə məcbur edib.

Məşhur rusiyalı aktrisa Alena Kolomina Bakı ilə bağlı arzusundan danışdı

2025-03-28 14:57:00

Məşhur rusiyalı aktrisa Alena Kolomina çoxdankı arzusundan - Azərbaycanın paytaxtı Bakıya səfər etmək istəyindən danışıb.

Məşhur markanın şampunları satışdan çıxarılır Ölümcül infeksiya yayırmış...

2025-03-28 14:47:00

Məşhur brendin şampunları piştaxtalardan yığışdırılır.

Aktyor Möylə Mirzəliyevin vəziyyəti açıqlandı

2025-03-28 14:34:00

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev hələ də süni tənəffüs aparatına qoşuludur.

Sarıcalıya nə qədər ailə köçürüləcək?

2025-03-28 14:30:00

Ağdam rayonunun Sarıcalı kəndinə birinci mərhələdə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır.

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə hökm oxunub

2025-03-28 14:25:00

Dövlətə xəyanətdə təqsirləndirilən Arif Rəsulov və Elnur Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Fitrə zəkatı nə vaxt verilməlidir? RƏSMİ

2025-03-28 14:22:00

Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

"Arka Sokaklar"da gözlənilməz ayrılıq Serialda 13cü ili idi FOTO

2025-03-28 14:15:00

Türkiyənin ən uzunömürlü seriallarından biri olan "Arka Sokaklar"da gözlənilməz ayrılıq yaşanacaq. 

Sarıcalı kənd tam orta məktəbində 360 şagird təhsil ala biləcək

2025-03-28 14:11:00

Ağdam rayonunda Sarıcalı kənd tam orta məktəbində 360 şagird təhsil ala biləcək.

Məşhur film şirkəti iflasa uğradı

2025-03-28 14:08:00

Hollivudun məşhur film şirkətlərindən biri olan "Village Roadshow Entertainment Group" iflas üçün müraciət edib.

Sarıcalı kəndində 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub

2025-03-28 14:04:00

Ağdam rayonunun Sarıcalı kəndində 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.

Sənədsiz evlər probleminin həlli niyə gecikir?

2025-03-28 14:00:00

Azərbaycanda sənədsiz evlər məsələsi hələ də açıq qalmaqdadır. Dəfələrlə, bu məsələ ilə bağlı çıxışlar edilib. Hətta parlamentdə də bu məsələyə toxunulub. Lakin məsələ hələ də öz həllini tapmır.

Zəlzələdən sonra məscid uçdu 10 nəfər ÖLDÜ

2025-03-28 13:54:00

Myanmada baş verən güclü zəlzələdən sonra Mandalayda məscid uçub.

Bu ölkədə fövqaladə vəziyyət elan edildi Uçuşlar dayandırıldı VİDEO

2025-03-28 13:47:00

Banqkokda fövqəladə vəziyyət elan edilib.

Türk serialları ilə bağlı GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ “Qadınlar çirkin ərinin yerinə...”

2025-03-28 13:39:00

Rusiyalı müğənni Lolita Milyavskaya qanunvericilərdən türk seriallarını qadağan etməməyi xahiş edib.

Meloni Trampı müdafiə etdi və onu İtaliyanın "birinci müttəfiqi" adlandırdı

2025-03-28 13:26:00

İtaliyanın baş naziri Corciya Meloni ölkəsinin ABŞ və Avropa arasında seçim etməli olduğu fikrini rədd edib və ABŞ prezidenti Donald Trampı düşmən kimi görmədiyini, İtaliyanın "birinci müttəfiqi" kimi hörmət etməyə davam edəcəyini bildirib.   Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, "Financial Times"a müsahibəsində Meloni bəzi Avropa liderlərinin Donald Trampa reaksiyasını "həddindən artıq siyasi" adlandırıb.

AİMərkəzi Asiya ölkələri nazirlərinin görüşündə Orta dəhlizin genişləndirilməsi müzakirə olunub

2025-03-28 13:19:00

Tacikistan, Türkmənisan və Özbəkistanın Xarici işlər nazirləri, həmçinin Qazaxıstan və Qırğızıstanın XİN müavinləri martın 27-də Aşqabadda keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya ölkələri nazirlərinin 20-ci görüşü çərçivəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi ilə müzakirələr aparıblar.

Bakıda məşhur klinikada azyaşlının alveol sümüyü zədələndi

2025-03-28 13:13:00

Yasamal rayonu, Həsən Məcidov küçəsi 12 ünvanında yerləşən məşhur "Apex" Stomatoloji və Estetik Klinikası külli miqdarda cərimələnib.