Siyasət

Azərbaycanın kapital bazarı üçün yeni dövr başlanır

2025-10-25 11:16:00

Azərbaycanın kapital bazarı uzun illər ərzində bir sıra xroniki problemlərlə üzləşib. Bank kreditlərinin və dövlət istiqrazlarının dominantlığı, korporativ istiqraz və səhmlərin zəif likvidliyi, nəticədə isə qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərin borc alətləri vasitəsilə maliyyə cəlb etmək imkanlarının məhdudluğu bu sahənin əsas çatışmazlıqlarıdır.

Dalğalar üzərində imperiya: Rusiyanın kölgə donanması necə qlobal sanksiyaları yarır

2025-10-25 10:09:00

Rusiyaya qarşı Ukraynadakı müharibəsinə görə tətbiq olunan sanksiyalar haqqında danışanda, adətən diqqət bank əməliyyatlarına, neft qiymətlərinə və maliyyə məhdudiyyətlərinə yönəlir. Amma diqqətdən kənarda qalan, lakin strateji baxımdan daha təhlükəli bir istiqamət var - dənizdə: söhbət "kölgə donanması" (shadow fleet) adlanan tanker şəbəkəsindən gedir. Bu donanma sayəsində Rusiya təkcə Qərbin sanksiya rejiminin dayanıqlığını yoxlamır, həm də qlobal ticarət sisteminə, ekoloji təhlükəsizliyə və dəniz nəqliyyat infrastrukturuna yeni, sistemli risklər gətirir.

İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin beşinci ildönümü ilə bağlı paylaşım edib

2025-10-25 00:06:00

Prezident İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin beşinci ildönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Zərər çəkmişlərin ifadələri məhkəmədə elan olunub

2025-10-24 20:25:00

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 24-də davam etdirilib.

Azərbaycan BMT Hökumətlərarası İşçi Qrupunda həmsədr seçilib

2025-10-24 18:01:00

23 oktyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı Assambleyasının 2023-cü ildə qəbul edilmiş "Hər Kəs üçün Münasib Mənzil" qətnaməsi ilə yaradılmış Açıq Hökumətlərarası İşçi Qrupun UN-Habitat-ın Keniyanın paytaxtı Nayrobidə yerləşən qərargahında 2-ci sessiyası (OEWG-H2) keçirilib. Sessiya çərçivəsində Azərbaycan həmin İşçi Qrupun bürosunun 2025-2026-cı illər üzrə həmsədri seçilib. Büronun digər həmsədri isə Somali olub. Bundan öncə büroya həmsədrlik Keniya və Fransa tərəfindən həyata keçirilib.

Prezident ona “generalmayor” ali hərbi rütbəsi verdi

2025-10-24 17:20:00

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Sərdar Süleyman oğlu Səfərova "general-mayor" ali hərbi rütbəsi verilib.

İlham Əliyev bu agentliyə yeni rəis təyin etdi

2025-10-24 17:18:00

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəisi təyin edilib.

Prezident generalmayoru vəzifəsindən azad etdi FOTO

2025-10-24 17:09:00

General-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.

Azərbaycanlıların işgəncələrə məruz qalması barədə ifadələri elan olunub

2025-10-23 20:50:00

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 23-də davam etdirilib.

Prezident Fərman imzaladı

2025-10-23 17:39:00

Prezident İlham Əliyev "Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Ermənistanın əsirliyində olmuş zərərçəkmiş: “Ruletka” oynayıb əsir yoldaşımı qətlə yetirdilər

2025-10-23 15:01:00

Oktyabrın 23-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ifadələrin elan olunması ilə davam etdirilir.

"Azərbaycanın bu addımı Ermənistanın blokadadan çıxması deməkdir"

2025-10-23 14:22:00

"Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmaq qərarı Ermənistanın tədricən blokadadan çıxması deməkdir".

6 Azərbaycan vətəndaşı Suriyadan gətirildi

2025-10-23 13:27:00

Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 22 oktyabr 2025-ci il tarixində Suriya Ərəb Respublikasından altı nəfər (iki qadın və dörd uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Deputat Sevil Mikayılova IPU 151ci Assambleyasının Cenevrədə keçirilən Ümumi debatlarında çıxış edib

2025-10-23 12:40:00

Beynəlxalq Parlamentlərarası İttifaqın (İPU) Azərbaycandan olan vitse-prezidenti, deputat Sevil Mikayılova İPU 151-ci Assambleyasının Cenevrədə (İsveçrə) keçirilən "Humanitar normalara riayyət və böhran şəraitində humanitar fəaliyyətə dəstək" mövzusunda ümumi debatlarda çıxış edib.

Qəzzadan Tehrana qədər: Müharibəsiz başlayan İkinci İran müharibəsi

2025-10-23 11:23:00

ABŞ və İsrailin qarşısını alma mexanizmindən çıxmasından sonra İranın nüvə proqramının real məqsədləri və perspektivləri nələrdir, və strateji tükənmə ilə qlobal təsir bölgələrinin yenidən bölüşü şəraitində Tehran regional güc statusunu qoruya biləcəkmi?

Kamaləddin Qafarov: “Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb”

2025-10-23 11:20:00

"Azərbaycan Prezidenti  İlham Əliyevin Astanada səsləndirdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin sarsılmaz əsaslara söykəndiyini bir daha nümayiş etdirdi".

Prezident: Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündəngünə dərinləşir

2025-10-23 11:12:00

Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə bu ölkənin Baş naziri Viktor Orbanı və Macarıstan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb.

İlham Əliyev Viktor Orbana təbrik məktubu göndərib

2025-10-23 11:08:00

Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu ünvanlayıb.

Azərbaycan və Ermənistan nümayəndələrinin Yerevanda ikitərəfli dəyirmi masası baş tutub

2025-10-22 19:08:00

21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan və  Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə Yerevanda ikitərəfli dəyirmi masa keçirilib.  

Estoniyanın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb FOTO

2025-10-22 15:36:00

Ölkəmizdə səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 22-də Şəhidlər xiyabanını ziyarət edib.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər FOTO

2025-10-22 15:20:00

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Parlamentlərarası İttifaqının (PAİ) 151-ci Assambleyasında iştirak etmək məqsədilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olub.

Prezidenti İlham Əliyev Yaqub Eyyubova “İstiqlal” ordenini təqdim edib FOTO

2025-10-22 14:40:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Yaqub Eyyubovu qəbul edib və ona "İstiqlal" ordenini təqdim edib.

Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib FOTO

2025-10-22 12:28:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanı qəbul edib.

Prezident Yaqub Eyyubovla bağlı Sərəncam imzaladı

2025-10-22 11:54:00

Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib.

İmperiya qılıncını itiləyir: Sidən generallara ildırım zərbəsi

2025-10-22 11:40:00

2025-ci ilin oktyabrında Çin siyasi sistemi son onilliklərin ən sərt silkələnməsini yaşadı - bu hadisə artıq Mədəni İnqilabdan bəri ən böyük hərbi "təmizləmə" adlandırılır. Mərkəzi Hərbi Şuranın (MHŞ) sədr müavini, Si Cinpindən sonra Çin Xalq Azadlıq Ordusunun (NQXA) ikinci adamı sayılan Xe Veydun da daxil olmaqla doqquz yüksək rütbəli general Kommunist Partiyasından xaric edildi və "ciddi intizam pozuntuları" və "nəhəng məbləğlərlə bağlı cinayətlər" ittihamı ilə istintaqa cəlb olundu.

"Ermənistan ikitərəfli tranziti təmin etməyə hazırdır" Paşinyan

2025-10-22 10:55:00

Paşinyan İrəvanın Azərbaycan və Türkiyə ilə ikitərəfli tranziti təmin etməyə hazır olduğunu bildirib

Paşinyan Prezident İlham Əliyevə təşəkkür etdi

2025-10-22 10:49:00

Ermənistan istiqamətində yüklərin tranzitinə qoyulmuş məhdudiyyətlərin ləğvi ilə bağlı qərara görə Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm .

İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb

2025-10-21 21:07:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana dövlət səfərindən görüntülər paylaşılıb.

İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb

2025-10-21 19:46:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri oktyabrın 21-də başa çatıb.

KasımJomart Tokayev: İlham Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir

2025-10-21 18:01:00

Prezident İlham Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir

İlham Əliyev və Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar

2025-10-21 16:40:00

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astanada "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.

Məhkəmə Ruben Vardanyanın vəkildən imtina etməsi barədə vəsatətini təmin edib FOTO

2025-10-21 15:50:00

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 21-də davam etdirilib.