Xəbərlərin siyahısı
2025-10-17 19:43:00
Qanunvericiliyin tələblərinə müvafiq olaraq taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətin tətbiqi ilə əlaqədar 60 gün öncədən məlumat verilməlidir.
2025-10-17 19:31:00
Yeni Zelandiya İrana qarşı sanksiyaları yenidən tətbiq edib.
2025-10-17 19:24:00
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb.
2025-10-17 19:11:00
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,5 milyard manat xərcləyəcək 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 3,5 milyard manatı və yaxud 8,4 %-i işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.
2025-10-17 19:09:00
"Uzbekistan Airways" aviaşirkətinə məxsus, İstanbul-Ürgənc marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı, göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranan problem səbəbindən, Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu göndərib.
2025-10-17 19:00:00
Qazlı içkilərlə suşi yemək olmaz.
2025-10-17 18:39:00
Azərbaycan 2025-ci ildə 2024-ün eyni dövrü ilə müqayisədə 31 faiz daha çox meyvə və tərəvəz ixrac edib.
2025-10-17 18:38:00
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisin müzakirəsinə təqdim edib
2025-10-17 18:35:00
Son.az xəbər verir ki, Bakcell-in süni intellekt lotereyasında 14 avtomobildən 2-cisinin qalibi bəlli olub! Süni intellektin seçimi ilə Gülşən Hacıyeva növbəti "Zeekr 001" avtomobilinin qalibidir. O, bu gün öz avtomobilini təhvil alıb.
2025-10-17 18:32:00
"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiya haqqında Əsasnamə" və "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Komissiyanın tərkibi" təsdiq edilib.
2025-10-17 18:31:00
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinə (mətbuat katibi) yeni müdir təyinatı olub.
2025-10-17 18:30:00
Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.
2025-10-17 18:30:00
Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alan qardaşlardan biri də xəstəxanada ölüb.
2025-10-17 18:15:00
Livanın Ədliyyə Şurasının müstəntiq hakimi Zaher Hamadeh cümə günü mərhum Liviya lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin 11 milyon dollar girov müqabilində azadlığa buraxılmasına qərar verib.
2025-10-17 18:11:00
4 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin D-8 İnkişaf etməkdə olan Ölkələr Təşkilatının Baş Katibi ilə Bakıda keçirdiyi görüşdə aparılmış müzakirələrə uyğun olaraq Azərbaycan bu Təşkilatda fəal işlər aparmaqdadır. Bu həftə Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsi təşkil edilir və D-8 Həftəsi çərçivəsində Azərbaycanda yaradılacaq D-8 Enerji və İqlim Mərkəzinə, D-8 Media Mükəmməllik Mərkəzinə və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinə dair D-8 üzv ölkələrinin iştirakı ilə müvafiq görüşlər, həmçinin tarixdə ilk dəfə olaraq D-8 Komissarlarının qeyri-formal görüşü (Retreat) və İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri keçirilir. Bu tədbirlərdə D-8 Təşkilatının güclü iqtisadi bloka çevrilməsi məqsədilə Təşkilatda islahatlar, həmçinin iqlim, şəhərsalma, və media sahəsində əməkdaşlıq kimi yeni mövzuların D-8 gündəliyinə gətirilməsi məsələləri müzakirə edilmişdir. Azərbaycan ötən ilin dekabr ayında Qahirədə keçirilmiş D-8 Zirvə Görüşündə D-8 Təşkilatının 27 il əvvəl yaradıldığından sonra bu Təşkilatın üzvlüyünə qəbul edilmiş ilk ölkə olmuşdur. Hazırda D-8 üzv dövlətləri siyahısına Azərbaycan, Türkiyə, Misir, Nigeriya, Pakistan, İran, Indoneziya, Banqladeş və Malayziya daxildir. Hazırda Misir D-8-ə sədrlik edir və 1 yanvar 2026-cı ildən 2 il ərzində İndoneziya D-8-ə sədrlik edəcəkdir. İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri Azərbaycanın COP29 Sədrliyi çərçivəsində təşkil edilir və tədbirdə D-8 üzv ölkələrinin İqlim və Şəhərsalma Nazirləri, D-8 Kommisarları və D-8 regionundan olan şəhərlərin rəhbərləri iştirak edir. Həmçinin D-8 üzv ölkələrindən olan İqlim və Şəhərsalma Nazirləri, D-8 Komissarları və şəhər rəhbərləri, həmçinin Azərbaycanın Üçüncü Milli Şəhərsalma Forumunda da iştirak etmişlər.
2025-10-17 18:00:00
Argentinalı deputat namizədi canlı yayımda vəfat edib.
2025-10-17 17:54:00
Mərkəzi Nəbatət Bağının keçmiş rəhbəri, biologiya elmləri doktoru, professor Arif Bayramov bu gün səhər 87 yaşında vəfat edib.
2025-10-17 17:50:00
Culfa rayonunun Bənəniyar su anbarında balıqların kütləvi tələfatının səbəbləri açıqlanıb.
2025-10-17 17:47:00
Bu gün Şabranda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.
2025-10-17 17:45:00
Biləsuvarda 4 nəfərin ölümünə səbəb olan yol qəzasını törətməkdə təqsirləndirilən 30 yaşlı Xəyyam Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
2025-10-17 17:44:00
Pakistanın şimalında 5,5 maqnitudalı zəlzələ baş verib.
2025-10-17 17:42:00
Pakistan-Əfqanıstan sərhədində kamikadze hücumu nəticəsində 7 pakistanlı əsgər həyatını itirib.
2025-10-17 17:31:00
Yasamal rayonunda 5 ünvanda minib-düşmə yeri yaradılıb.
2025-10-17 17:25:00
Ötən ilin sonlarında restavrasiya ediləcəyi ilə gündəmə gələn "Dostluq" kinoteatrının tarixi abidə statusu almasına, həmçinin bərpa edilməsinə müsbət rəy verilməyib.
2025-10-17 17:20:00
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüşün yaxın iki həftə ərzində baş tutacağı gözlənilir.
2025-10-17 17:08:00
Müğənni Mənzurə Musayeva qonaq olduğu verilişində şəxsi həyatı ilə bağlı maraqlı etiraflar səsləndirib.
2025-10-17 17:06:00
Perunun yeni hökuməti cümə axşamı açıqlayıb ki, korrupsiya və mütəşəkkil cinayətə qarşı həftələrdir davam edən hökumət əleyhinə etirazlar səbəbindən paytaxt Limada fövqəladə vəziyyət tətbiq olunacaq.
2025-10-17 17:00:00
"Bitcoin"in qiyməti 105,7 min dollara düşərək bir gün ərzində 4,6% ucuzlaşıb.
2025-10-17 16:52:00
Bu gün saat 12 radələrində Şabranda bıçaqlanma olub.
2025-10-17 16:40:00
Keçmiş məmur çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
2025-10-17 16:36:00
Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.
2025-10-17 16:31:00
"Bakı Metropoliteni" QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi vəzifəsindən azad edilib.
2025-10-17 16:28:00
2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
2025-10-17 16:20:00
Bakıda Türkiyənin tanınmış aktyoru Görkem Sevindikin oxşarı yaşayır.
2025-10-17 15:55:00
Yunanıstan parlamenti geniş ictimai etirazlara və ümummilli tətillərə baxmayaraq, bəzi hallarda 13 saatlıq iş gününə icazə verən yeni əmək qanun layihəsini təsdiqləyib.
2025-10-17 15:48:00
Oktyabrın 16-da Özbəkistan Respublikasının Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 57-ci iclası keçirilib.
2025-10-17 15:27:00
Amerikalı kino ulduzu Robert De Niro Bakıda restoran açmağa hazırlaşır.
2025-10-17 15:21:00
Beyləqanda 13 yaşlı qız sirkə turşusundan zəhərlənib.
2025-10-17 15:14:00
Səudiyyə Ərəbistanı və ABŞ noyabrda geniş hərbi əməkdaşlıq sazişi imzalamağı planlaşdırır.
2025-10-17 15:04:00
Fransız aktrisa Brigitte Bardot "ağır xəstəlik" səbəbilə artıq üç həftədir xəstəxanadadır.
2025-10-17 14:50:00
"Hazırda ölkəmizdə ortamüddətli dövrdə fiskal dayanıqlıq, o cümlədən pensiya sisteminin maliyyə dayanıqlılığında vəziyyət qənaətbəxşdir və hər hansı risk əlamətləri müşahidə olunmur".
2025-10-17 14:47:00
Polkovnik Maykl Randrianirina hərbi çevrilişdən sonra Madaqaskarın yeni prezidenti kimi and içib.
2025-10-17 14:42:00
1993-1999-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, 2000-2020-ci illərdə isə İstanbul Texniki Universitetində çalışan professor Rafiq Mehdiyev bu gün səhər saatlarında vəfat edib.
2025-10-17 14:23:00
ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoq potensialının üzə çıxarılmasında vacib platformadır.
2025-10-17 14:17:00
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.
2025-10-17 14:14:00
Azərbaycanda işə düzəlmək istəyən 35 yaşlı kişi dəhşətli faktla üzləşib.
2025-10-17 14:09:00
Oktyabrın 16-da axşam Miçiqan ştatının Bath Township şəhərində təyyarə qəzaya uğrayıb.
2025-10-17 14:01:00
Mavi zonalar - Okinava (Yaponiya), Sardiniya (İtaliya), Nikoya yarımadası (Kosta Rika), İkariya (Yunanıstan) və Loma Linda (Kaliforniya, ABŞ) - dünyanın ən uzunömürlü insanların yaşadığı məkanlardır.
2025-10-17 13:50:00
"Azpulmat" bank olmayan kredit təşkilatının əməkdaşı borcu ödməyən müştərini təhqir edib.
