Siyasət
2025-06-23 11:15:00
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
2025-06-23 11:14:00
Qlobal maliyyə sistemində yaxınlaşmaqda olan dəyişiklik sadəcə texniki yenilənmə deyil - bu, tarixdə dolların qızıl standarta çevrildiyi dövr qədər, yaxud da Bretton-Vuds sisteminin çökməsi qədər dərin və köklü bir dönüşdür. ABŞ valyutası illərlə dünya iqtisadiyyatının sarsılmaz dayağı olub, amma bu gün onun mütləq hakimiyyətinə qarşı sükutla, amma planlı şəkildə çıxan yeni güc mərkəzi var - Çin.
2025-06-22 20:08:00
21-22 iyun 2025-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası öz işini başa vurub.
2025-06-22 17:25:00
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra regionda oyun qaydaları kökündən dəyişib. İran və İsrail arasında artan gərginlik, xüsusən də ABŞ-ın İraq və Suriya ərazisindəki İran obyektlərinə aviazərbələri fonunda Cənubi Qafqaz iki alovlanan ocağın arasında qalıb.
2025-06-22 16:15:00
Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.
2025-06-22 15:55:00
Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə "EuroVillage 2025" (Avropa Şəhərciyi) tədbiri keçirilir.
2025-06-22 15:39:00
Quru sərhədlərimizin bağlı qalması strateji qərardır, strateji maraqlarımızı təmin etmək məqsədi daşıyır.
2025-06-22 14:15:00
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51‑ci sessiyası çərçivəsində Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak və çıxış edib.
2025-06-21 20:22:00
Ermənistanın baş naziri Nikol Paşinyan bir daha bəyan edib ki, "Dünyanın kəsişməsi" layihəsi bu marşrutların keçəcəyi ölkələrin suverenliyi və yurisdiksiyası prinsipi əsasında bütün regional kommunikasiyaların açılmasına yönəlib.
2025-06-21 19:10:00
21 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cı sessiyasında iştirak və çıxış edib.
2025-06-21 18:58:00
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 21-də davam etdirilib.
2025-06-21 17:24:00
Lüksemburqun Böyük Hersoqu Anri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
2025-06-21 17:11:00
İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
2025-06-21 16:42:00
Prezident İlham Əliyevin islamofobiyaya qarşı mübarizə üzrə beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
2025-06-21 15:14:00
Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam inzalayıb.
2025-06-21 15:12:00
Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
2025-06-21 14:38:00
İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan vaxtilə "Hayastan" ümumerməni fondunun üzvlərindən biri olduğunu təsdiqləyib.
2025-06-21 13:00:00
Köhnə dünya nizamı geosiyasi ziddiyyətlərin ağırlığı altında çökməyə doğru gedərkən, Avrasiyanın yeni konturu formalaşır - praqmatik, texnokratik və dayanıqlı.
2025-06-21 11:12:00
ABŞ iqtisadiyyatı yeni bir mərhələyə qədəm qoyub - bu, paradoksal dayanıqlıq mərhələsidir. Statistika rəqəmləri ilk baxışda ürəkaçandır: işsizlik 4 faizdən aşağıda qalır, inflyasiya nəzarət altındadır, korporativ aləmdə sövdələşmələr tarixi rekordlar qırır, S&P 500 indeksi isə bir-birinin ardınca zirvələri fəth edir. Bir sözlə, hər şey qaydasında görünür, sanki ABŞ pandemiyadan əvvəlki "normal" dövrə qayıdır. Lakin bu rəqəmlərin arxasında tamamilə fərqli bir reallıq gizlənir: göstəricilər nə qədər sakit və inamlı görünsə də, uzunmüddətli gözləntilər bir o qədər narahatdır.
2025-06-20 21:47:00
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 20-də davam etdirilib.
2025-06-20 20:30:00
İyunun 20-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq olunan sənədə əsasən, təqsirləndirilən şəxs Bako Sahakyan Aprel döyüşləri ilə bağlı vaxtilə Ermənistan Milli Assambleyasında yaradılmış istintaq komissiyasının iclasında iştirak etməyə razılıq verib.
2025-06-20 19:48:00
İsrail İranı tam iflic vəziyyətinə salıb, amma Tehran "sionistlərin axtarışı" Arazın bu tayında - Azərbaycanda aparılır. Belə "axtarışlar" ilk deyil, daha öncə İsrail Suriyada İranın mövqelərini "ovlayanda" da, Dəməşqdəki konsulluq binasını yerlə-bir edəndə də, dronları TIR-larla İrana daşıyıb, xüsusi əməliyyat keçirəndə də SEPAH, ETELLAAT və digər qurumlar Arazın sahilində "iynə axtaran" kimi "düşmən" axtarışına çıxmışdı. İndi də İsrail qalıb bir tərəfdə, İranda Azərbaycana qarşı ittihamlar irəli sürülür. Və bu heç də təsadüfi deyil, çünki İsrail qarşısında faktiki olaraq çıxılmaz vəziyyətinə düşən İran hakimiyyəti bütün bu məğlubiyyətinə bəhanə tapmalıdır. İndiyə qədər İranın qüdrətindən, İsraili bir gecədə Yer üzündən siləcəklərindən danışan SEPAH, ETALLAT bir gecədə "ova" çevrildi.
2025-06-20 19:09:00
20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.
2025-06-20 14:26:00
İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ultimate Fighting Championship"in (UFC) prezidenti, amerikalı sahibkar Deyna Uaytı qəbul edib.
2025-06-20 13:55:00
İyunun 20-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə "prezidentlik etmiş" Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokuror Təranə Məmmədovanın suallarını cavablandırıb.
2025-06-20 13:11:00
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.
2025-06-20 12:47:00
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə dair qanunvericilik Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında öz əksini tapacaq.
2025-06-20 12:28:00
Üç il əvvəl, 2022-ci ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyan bir cümlə ilə Ermənistanın postsovet tarixində yeni mərhələnin başlanğıcını elan etdi: "Mən artıq forpostun baş naziri deyiləm".
2025-06-20 11:55:00
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkə ya İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrə qoşula bilər, ya da problemin həlli üçün başqa yol seçə bilər.
2025-06-20 11:17:00
İsrailin son iyirmi ilin ən böyük hərbi əməliyyatına start verməsindən artıq bir həftə keçir. Bu dəfə hədəfdə nə ordudur, nə də ərazi - hədəfdə bir ideyadır. Metallik sentrifuqaların fırlanmasında, yerin altında xüsusi tikilmiş tunellərdə, izotop cədvəllərində və strateji hesablamalarda bədən tapan bir ideya: İran İslam Respublikasının nüvə proqramı. İsrailin qarşısına qoyduğu məqsəd aydındır - bu proqramı dayandırmaq. Bu, uzun illərin diplomatik fiaskosu, sanksiyalarla dolu boğucu qarşıdurmalar, uğursuz danışıqlar və dağılmış müqavilələr fonunda formalaşmış addımdır.
2025-06-20 10:47:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib.
2025-06-20 10:30:00
İsrail ilə İran arasında gərginlik artarkən Kremlin sözçüsü Dmitri Peskov xəbərdarlıq edib. Peskov bildirib ki, İran lideri Əli Xameneiyə sui-qəsd cəhdləri və ya rejim dəyişdirmək istiqamətində təzyiqlər qəbuledilməzdir. O, belə hadisələrin "Pandora qutusunu açmaq" kimi böyük fəsadlara səbəb ola biləcəyini vurğulayıb.