Siyasət

Prezident: Ortaq mənəvi dəyərlər AzərbaycanSəudiyyə Ərəbistanı əlaqələrini şərtləndirən başlıca amillərdəndir

2025-09-23 11:18:00

Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini şərtləndirən başlıca amillərdəndir.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

2025-09-23 11:07:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb FOTO

2025-09-23 10:52:00

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian İranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev Conatan Qrey ilə görüşüb

2025-09-23 00:07:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Yorkda "Blackstone" şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb. Son.az xəbər verir ki, Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayıb. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə də Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu qeyd edib və ölkəmizdə formalaşmış əlverişli investisiya mühitini yüksək qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında aparıcı maliyyə institutları ilə əməkdaşlığa böyük önəm verdiyini deyərək, ölkəmizdə sabitlik, şəffaflıq və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaratdığını vurğulayıb. Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən biri olan "Blackstone" 1985-ci ildə Nyu-Yorkda təsis olunub. Şirkət özəl kapital, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri, bərpaolunan enerji və hedc fondları üzrə investisiya portfellərini idarə edir. Hazırda "Blackstone"un idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından artıqdır. Baş ofisi Nyu-Yorkda yerləşən şirkət London, Honq Konq, Dubay, Sinqapur və Tokio da daxil olmaqla dünyanın 27 şəhərində fəaliyyət göstərir.

Prezident NyuYorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb

2025-09-22 23:09:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Yorkda "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə görüşüb.

İlham Əliyev Brüs Flətt ilə görüşüb

2025-09-22 23:00:00

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşüb.

Məhkəmədə Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan edilib

2025-09-22 21:03:00

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 22-də davam etdirilib.

Ceyhun Bayramov Kaya Kallasla görüşüb

2025-09-22 20:33:00

BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

Ermənistan vətəndaşları məhkəmədə Paşinyanla bağlı tələb irəli sürdülər

2025-09-22 18:03:00

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən şəxslər vəsatətlərlə çıxış ediblər.

Avropa İttifaqından Azərbaycana dəstək

2025-09-22 15:46:00

Avropa İttifaqı Azərbaycanın minalaradan ziyan çəkmiş rayonlarına dəstəyi davam etdirəcək.

Ermənistan vətəndaşlarının məhkəməsində Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edilib

2025-09-22 14:01:00

Sentyabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Azərbaycan Yaxın Şərqə qayıdır

2025-09-22 12:14:00

Azərbaycan XIX əsrin imperiya müharibələri ilə qoparıldığı məkana - Yaxın Şərqin orbitinə geri dönür. Bu, artıq sadəcə geosiyasi bəyanat deyil, rəqəmlərlə və konkret layihələrlə təsdiqlənən obyektiv reallıqdır. Azərbaycanın iqtisadiyyatı Körfəz bazarları ilə getdikcə daha sıx bağlanır: 2024-cü ildə BƏƏ ilə ticarət dövriyyəsi bir milyard dollardan artıq olub, Səudiyyə Ərəbistanı ilə son beş ildə isə iki dəfədən çox artıb.

Rəqəmsal pərdə: hakimiyyət quyruğu hissəhissə necə kəsir

2025-09-22 11:37:00

Üç ildən çox davam edən müharibə Rusiyada informasiya istehlakını kökündən dəyişib. Vaxtilə "zomboyashik" kütləvi şüurun yeganə idarəetmə aləti hesab olunurdusa, indi onun hökmranlığı xeyli zəifləyib. Sorğular göstərir ki, hələ də rusların 60 faizi əsas məlumat mənbəyi kimi televizoru göstərir. Amma ümumilikdə sosial şəbəkələr, Telegram kanalları və video platformaların payı artıq bu rəqəmi ötüb.

Sülh müqaviləsinin paraflanması Azərbaycanın suverenliyinin dünya miqyasında tanınmasıdır Baş prokuror

2025-09-22 11:24:00

Azərbaycan daim sülhün tərəfdarı olub, torpaqlarımızın işğal altında olduğu dövrdə də daim məsələnin sülh yolu ilə həll olunması üçün səylər göstərib.

Prezident “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

2025-09-22 11:14:00

Azərbaycan Prezidenti İlham Əliyev "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Prezident İlham Əliyev: Prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar

2025-09-22 10:53:00

Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlərə qarşı mübarizənin ön sırasında dayanırlar. Bununla da onlar təkcə qanunçuluğun təmin edilməsi vəzifəsini yerinə yetirmir, eyni zamanda, konstitusion nizamın və suverenliyin qorunmasına xidmət edirlər. Bu baxımdan prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar.

Prezident: Enerji siyasətimiz beynəlxalq iqtisadi mövqeyimizin güclənməsində mühüm rol oynayır

2025-09-22 10:38:00

Enerji siyasətimiz Azərbaycanın beynəlxalq iqtisadi mövqeyinin güclənməsində mühüm rol oynayır.

Azərbaycan Prezidenti: Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir

2025-09-22 10:31:00

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir.

Prezident: Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib

2025-09-22 10:26:00

Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib. 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7 faiz artıb və onun ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlib. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir.

İlham Əliyev: Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub

2025-09-22 10:19:00

Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub.

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatıb

2025-09-21 17:26:00

Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 21-də başa çatıb.

Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb

2025-09-21 17:01:00

Prezident İlham Əliyev "Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib.

Suverenlik milli dövlətçilik doktrinasının fundamental elementidir

2025-09-21 12:21:00

Beynəlxalq hüququn aparıcı subyekti kimi dövlətlərin bir sıra mühüm əlamətləri mövcuddur. Bunun hüquqi təsdiqini müəyyən etmək üçün vaçib kodifikasiya nümunəsi olan "Dövlətlərin hüquqları və vəzifələri haqqında" 26 dekabr 1933-cü il tarixli Montevideo konvensiyasının 1-ci maddəsinə müraciət etmək lazımdır. Həmin maddəyə əsasən dövlətlər müəyyən əraziyə, həmin ərazidə daimi yaşayan əhaliyə, ali və tək hökumətinə, digər dövlətlərlə münasibətlərə daxil olma qabiliyyətinə malik olmalıdırlar.

Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

2025-09-21 11:09:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidentini Zati-aliləri xanım Miriam Spiteri Debonoya təbrik məktubu ünvanlayıb.

Əhmədzadənin arxasında kim dayanır?

2025-09-20 22:14:00

Son.az politoloq Asif Nərimanlının yazısını təqdim edir. SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini, iş adamı Adnan Əhmədzadənin həbsinin səbəbləri ilə bağlı mediada yayılan məlumatlar və ona qarşı irəli sürülən ittihamlar məsələnin "dərin köklərə" malik olduğunu deməyə əsas verir.

İlham Əliyev Ruanda Prezidenti ilə görüşünə dair paylaşım edib

2025-09-20 20:29:00

Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Ruanda Prezidenti ilə görüşünə dair paylaşım edib.

“1 il 7 aydır ki, sərhəddə əsgər ölməyib, sülh budur”

2025-09-20 18:51:00

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla əldə olunan sülhü yüksək qiymətləndirib.

Azərbaycanda referendum olacaq? Deputatdan REAKSİYA

2025-09-20 17:00:00

Azərbaycan sülh sazişi üçün Ermənistanın qarşısına bir sıra şərtlər qoymuşdu. O şərtlərdən demək olar ki, hamısı yerinə yetirilib. Yalnız Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi qalır. 

Prezident Pol Kaqame: Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var

2025-09-20 16:50:00

Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var. Hesab edirəm ki, biz bu oxşarlıqları daha da inkişaf etdirə, əməkdaşlığı və tərəqqini daha da artıra bilərik.

Prezident: Ruanda Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləyib

2025-09-20 16:41:00

Ruanda, həmçinin Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləmiş və ona qoşulmuşdur.

Prezident İlham Əliyev: Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır

2025-09-20 16:38:00

Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik.

İlham Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub

2025-09-20 14:20:00

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.