Digərləri
2026-03-13 07:07:00
Sinqapur Milli Universitetinin tədqiqatçıları ətraf mühitdəki rütubəti və istiliyi udaraq 150 saatdan çox fasiləsiz enerji istehsal edə bilən, cəmi 0,3 mm qalınlığında yeni cihaz hazırlayıblar. Bu texnologiyanın gələcəkdə günəş panellərini əvəz edəcəyi gözlənilir.
2026-03-13 03:03:00
Sosial rəqabət və şəxslərarası münasibətlərin görünməz mübarizəsində bəzi bürclər diqqət çəkmək əvəzinə sükutu üstün tutur.
2026-03-13 01:01:00
Alimlər qan qrupu ilə yoğun bağırsaq xərçəngi arasında diqqətçəkən əlaqə aşkar ediblər.
2026-03-13 00:46:00
Heyvandarlıq sektorunda əvvəllər diqqət çəkməyən, lakin hazırda dünyanın ən bahalı maddələrindən birinə çevrilən inək öd daşları qlobal bazarlarda böyük səs-küyə səbəb olub. Tibb dünyası üçün kritik əhəmiyyət kəsb edən bu daşların bir qramı artıq qızıldan daha baha satılır.
2026-03-13 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2026-03-12 23:25:00
Gəncədə yeniyetmə qız 9-cu mərtəbədən yıxılıb.
2026-03-12 23:14:00
Yunanıstan Xarici İşlər Nazirliyi cümə axşamı günü Tehrandakı səfirliyinin Azərbaycana, Bakıya köçürüldüyünü açıqlayıb.
2026-03-12 22:37:00
Ötən gün Bakıda polis tərəfindən saxlanılan özbəkistanlı ekstrasens İqbol Soliyev sərbəst buraxılıb.
2026-03-12 22:32:00
Hörmüz boğazından keçən gəmilər İran Hərbi Dəniz Qüvvələri ilə razılaşdırılmalıdır.
2026-03-12 22:15:00
Xocavənd rayonunda mina hadisəsi baş verib.
2026-03-12 13:27:00
Dilənçiliklə məşğul olma əməli artıq avaralıq sayılmayacaq və yeni cərimələr tətbiq ediləcək.
2026-03-12 06:06:00
Yeni bir araşdırma göstərir ki, eirfrayerlər yağda qızartma ilə müqayisədə havanı daha az çirkləndirir. Lakin bu üstünlüyün davamlı olması cihazdan nə dərəcədə düzgün və təmiz istifadə etməyinizlə birbaşa bağlıdır.
2026-03-12 00:18:00
ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) Kaliforniya ştatının polis idarələrinə İranın pilotsuz uçuş aparatları ilə mümkün hücum təhlükəsi barədə xəbərdarlıq göndərib.
2026-03-11 22:34:00
Tehranda ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan İran generalları və mülki vətəndaşlarla vida mərasimi keçirilib.
2026-03-11 20:04:00
"BakuBus" MMC-yə məxsus avtobuslarda bəzən sürücülərin sərnişinlərdən gedişhaqqının ödənilməsini israrla tələb etməsi diqqət çəkir. Bu isə sərnişinlər arasında belə bir sual yaradır: görəsən, ödəniş etməyən sərnişinin gedişhaqqı sürücünün maaşından tutulurmu?
2026-03-11 17:59:00
İndiyədək 263 KOB subyektinə "Startap" şəhadətnaməsi təqdim edilib.
2026-03-11 16:15:00
Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində xəsarət alan və xəstəxanaya yerləşdirilən Azərbaycan vətəndaşının müalicəsi yekunlaşıb.
2026-03-11 16:01:00
ABŞ-dan olan bir həkim milyonlarla insanın tez-tez istehlak etdiyi bir meyvənin sağlamlıq üçün zərərli ola biləcəyini iddia edib.
2026-03-11 15:40:00
"Vərəm xəstəliyi zamanı düzgün qidalanma müalicənin vacib hissəsidir".
2026-03-11 12:57:00
Ramazan ayında restoranlarda iftar süfrələrinin təşkili yenidən cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Müqəddəs ayın başlaması ilə birlikdə bir çox restoran və kafe xüsusi iftar menyuları təqdim edir. Bu isə həm restoran sektorunda canlanma yaradır, həm də iftar süfrələrinin qiymətləri ilə bağlı müzakirələri artırır.
2026-03-11 12:52:00
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyasının 2026-cı ilin yaz mövsümü çərçivəsində ilk ağacəkmə aksiyası Zaqatala rayonunda təşkil edilib.
2026-03-11 11:54:00
Bakıda əxlaqsız hərəkətlər edən qadın peyda olub.
2026-03-11 11:52:00
İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei sağdır
2026-03-10 21:40:00
Mingəçevir Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 4 saylı Mənzil İstismar Sahəsinin rəisi Rasim Mustafayev vəfat edib.
2026-03-10 16:16:00
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncama əsasən hər il martın 10-u ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda humanitar fəaliyyətin təşviqi, mərhəmət və həmrəylik dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Son.az xəbər verir ki, bu münasibətlə martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Cəmiyyətin əməkdaşları və könüllüləri Fəxri xiyabanı ziyarət ediblər. Ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulub, əziz xatirəsi dərin ehtiram və minnətdarlıqla yad edilib. Tədbir iştirakçıları Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tarixi xidmətlərini xüsusi qeyd edərək onun zəngin siyasi irsinin bu gün də Azərbaycanın inkişaf yolunda mühüm istiqamətverici rol oynadığını vurğulayıblar. Daha sonra tədbir iştirakçıları Əliağa Şıxlinskinin məzarını ziyarət edərək onun xatirəsini ehtiramla anıblar. Qeyd olunub ki, general Əliağa Şıxlinski Azərbaycan hərb tarixinin ən görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, ölkəmizdə humanitar ideyaların və xeyriyyəçilik ənənələrinin formalaşmasına da mühüm töhfələr vermiş şəxsiyyətlərdən biridir. Ziyarət mərasimindən sonra tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində davam etdirilib. Burada Cəmiyyətin yaradılmasının ildönümü münasibətilə Novruz Aslanovun müəllifi olduğu "105 il sizinlə" adlı kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən Novruz Aslanov kitabın hazırlanması ideyası, məzmunu və əhəmiyyəti haqqında geniş məlumat verib. Qeyd olunub ki, nəşrdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 105 illik fəaliyyət tarixi, təşkilatın formalaşma mərhələləri, ölkənin müxtəlif dövrlərində həyata keçirdiyi humanitar layihələr, sosial proqramlar və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər ətraflı şəkildə əksini tapıb. Kitabda həmçinin təşkilatın könüllülük hərəkatının inkişafı, fövqəladə hallarda əhaliyə göstərilən yardım, sosial həssas qruplara dəstək layihələri və digər mühüm fəaliyyət istiqamətləri barədə məlumatlar yer alır. Çıxış zamanı vurğulanıb ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti fəaliyyət göstərdiyi illər ərzində ölkədə humanitar dəyərlərin təşviqi, ehtiyacı olan insanlara yardımın göstərilməsi, könüllülük fəaliyyətinin inkişafı və beynəlxalq humanitar prinsiplərin təbliği istiqamətində ardıcıl və sistemli iş aparıb.
2026-03-10 14:55:00
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən Dərnəgül dayanacağının tikintisi davam etdirilir.
2026-03-10 14:53:00
"Qarabağ" qəzetinin baş redaktoru Çingiz Tofiq oğlu İsmayılov vəfat edib.
2026-03-10 14:27:00
Manset.az xəbər portalı bəzi müğənnilərə efir qadağası qoyulması ilə bağlı məlumat yayımladıqdan sonra müğənni Elxan Qaraxanoğlu saytımızla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
2026-03-10 13:26:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 11-də respublika üzrə pensiyaların qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
2026-03-10 13:06:00
Dövlət İmtahan Mərkəzi martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
2026-03-10 12:35:00
Medianın İnkişafı Agentliyinin və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin yeni nizamnamələri hazırlanacaq.
