Xəbərlərin siyahısı

Saat 11:00da işıq kəsiləcək Bu ərazilərdə

2025-10-14 22:49:00

Babək rayonunun Sirab kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Çilidə 5,7 ballıq zəlzələ oldu

2025-10-14 22:42:00

Çilidə 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Avropa İttifaqı genişlənir: Bu ölkə 28ci üzv olmağa hazırlaşır

2025-10-14 22:41:00

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Monteneqroya səfəri zamanı bildirib ki, ölkə üzvlük yolunda sürətlə irəliləyir və 2028-ci ildə AB-nin 28-ci rəsmi üzvü ola bilər.

Ramiz Mehdiyev buna görə həbs olunub

2025-10-14 22:38:00

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.

Bakıda Təranə Muradovaya həsr olunmuş “Rəqs Edən Brilyantların Gecəsi” keçiriləcək

2025-10-14 22:37:00

Oktyabrın 30-dan noyabrın 2-dək Bakı dünya rəqs mədəniyyətinin mərkəzinə çevriləcək. Azərbaycan paytaxtında Azerbaijan Dance Festival 2025 keçiriləcək. Tədbir Azərbaycan Rəqs İttifaqı (AzDC, prezidenti - Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova) və Beynəlxalq Rəqs Şirkəti SRDS (Smooth & Rhythm Dance Style, prezidenti - Olqa Krasnyanskaya) tərəfindən təşkil olunur. Rəqs bayramının axşamları JW Marriott Absheron Baku otelində baş tutacaq. "Rəqs Edən Brilyantların Gecəsi" - 31 Oktyabr Bu axşam Azərbaycanın Xalq Artisti və Azərbaycan Rəqs İttifaqının Prezidenti Təranə Muradovanın yubileyinə həsr olunmuş xüsusi bir hadisə olacaq. Gecənin proqramında Təranə xanım milli rəqs elementləri ilə birləşdirilmiş unikal ball rəqsi xoreoqrafiyasını təqdim edəcək. Səhnədə həmçinin dünya şöhrətli iki ball rəqsi əfsanəsinin parlaq şou nömrələri, eləcə də Smooth proqramı üzrə Peşəkarlar arasında Avropa Çempionatı nümayiş olunacaq. Bu axşam incəsənət, zəriflik və ilhamın birləşdiyi unudulmaz bir rəqs bayramı olacaq. 1 Noyabr - Bütün Yaş Kateqoriyaları üzrə Dünya Çempionatları Bu axşam Smooth proqramı üzrə Dünya Çempionatları bütün yaş kateqoriyalarında - uşaqlardan böyüklərə qədər - keçiriləcək. Bununla yanaşı, Avropa və Latın proqramları üzrə açıq beynəlxalq yarışlar da baş tutacaq. Bu gecə idman ruhu, adrenalın və zirvəyə can atmaq arzusu ilə ball rəqslərinin estetikasını və incəliyini birləşdirən möhtəşəm bir sintez olacaq. Qonaqları zərif şam yeməyi, canlı musiqi və fasilələrdə rəqs meydançasına çıxmaq imkanı gözləyir.   2 Noyabr - Beynəlxalq Pro-Am Yarışları Festivalın son günü Pro-Am (Professional-Amateur) formatına həsr olunacaq. Bu yarışlarda peşəkar rəqqaslar öz tələbə və həvəskar partnyorları ilə birgə çıxış edirlər. Bu sadəcə yarış deyil - bu, birlik və ilham fəlsəfəsidir, rəqsi özünüifadə və daxili harmoniya vasitəsinə çevirən insanları bir araya gətirir.  Pro-Am dünyasında yaş və hazırlıq səviyyəsi əhəmiyyət daşımır - hər kəs səhnə sənətinin, hərəkət gözəlliyinin və emosional azadlığın dünyasına qədəm qoya bilər. 2 noyabr - rəqs etməyin heç vaxt gec olmadığını sübut edənlər üçün əsl rəqs bayramı olacaq. Canlı Musiqi və İlham Atmosferi Festivalın hər üç axşamı dirijor Boris Myagkovun rəhbərliyi ilə simfonik orkestrin canlı müşayiəti ilə keçiriləcək. Azərbaycan bəstəkarlarının məşhur melodiyaları - vals, ça-ça-ça, tanqo və fokstrot - ball stilində aranjimanlarda səslənərək zəriflik və ilham dolu bir atmosfer yaradacaq. Zövq və Gözəllik Bayramı Qonaqları eksklüziv şam yeməkləri, nəfis mətbəx nümunələri və premium içkilər gözləyir.  Burada idman və ali incəsənət bir araya gəlir. "Rəqs Edən Brilyantların Gecəsi" - sadəcə bir rəqs tədbiri deyil, səhnənin gözəllik, güc və ilhamın parlaq təntənəsinə çevrildiyi an olacaq. Biletlər əldə etmək üçün https://iticket.az/events/azerbaijan-dance-festival-2025 İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Türkiyədə zəlzələ oldu

2025-10-14 22:22:00

Balıkesirin Sındırgı rayonunda afterşoklar davam edir.

DOST Agentliyində yüksək vəzifəyə təyinat

2025-10-14 22:16:00

DOST Agentliyində yeni təyinat həyata keçirilib.

Tramp: “Qəzzada ikinci mərhələ indi başlayır”

2025-10-14 22:08:00

ABŞ Prezidenti Donald Tramp, İsrail və Həmas arasında əldə olunan atəşkəs və əsir mübadiləsi anlaşması ilə bağlı açıqlama verib. Tramp bildirib ki, "Qəzzada ikinci mərhələ indi başlayır. 20 girov geri qaytarıldı, amma iş hələ bitməyib."

Sabah bu ərazilərdə qaz kəsiləcək

2025-10-14 22:05:00

Sabah Saray qəsəbəsində qaz kəsiləcək.

Sərnişinin səhhətində problem yarandı Təyyarə Bakıda eniş etdi

2025-10-14 22:01:00

"Singapore Airlines" aviaşirkətinə məxsus, Mançester-Sinqapur marşrutu üzrə hərəkət edən Airbus A350 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

"Bu qidaları yeyən gənclərin ürəyi "saatlı bomba" kimidir"

2025-10-14 22:00:00

"Bu qidaları yeyən gənclərin ürəyi "saatlı bomba" kimidir".

Ramiz Mehdiyev həbs edildi

2025-10-14 21:56:00

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

"Beauty Time"da qadın yanıq xəsarətləri aldı

2025-10-14 21:54:00

Sosial şəbəkələrdə "Beauty Time" adlı gözəllik salonunda lazer epilyasiyası zamanı vətəndaşın dodaq hissəsindən yanıq xəsarəti alması barədə məlumat yayılıb.

Fələstinli əsirin ailəsinə qovuşduğu an izləyənləri gözyaşına boğdu

2025-10-14 21:52:00

Fələstindən olan Şadi Əbu Seydo adlı məhbus əsirlikdə ağır psixoloji zorakılığa məruz qalıb.

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan ustad dərsləri davam edir FOTO

2025-10-14 21:30:00

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə oktyabrın 8-də silsilə ustad dərslərinə başlanılıb. Dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan layihə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün nəzərdə tutulub. Oktyabrın 18-dək davam edəcək ustad dərsləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı - Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir. Layihə üzrə oktyabrın 9-da Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində kamança ixtisası üzrə ustad dərsi təşkil olunub. Kamança ifaçısı, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev tərəfindən aparılan dərsdə bu təhsil ocağı ilə yanaşı, paytaxtda fəaliyyət göstərən Kövkəb Səfərəliyeva adına 16 nömrəli, Cabbar Qaryağdıoğlu adına 9 nömrəli və 4 nömrəli uşaq musiqi məktəblərindən müəllim və şagirdlər iştirak ediblər.  Dərsin əvvəlində MEMİM-in şöbə müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva çıxış edərək layihənin gənc ifaçıların inkişafındakı önəmini vurğulayıb. 

İnstaqramda yeni məhdudiyyət

2025-10-14 21:27:00

"Meta" şirkəti instaqramda 18 yaşdan aşağı istifadəçilərin yalnız "13 yaş və üzəri" üçün nəzərdə tutulmuş məzmunlarla qarşılaşacağını açıqlayıb.

Tovuzda qatar kişini vuraraq öldürdü

2025-10-14 21:18:00

Xəbər verdiyimiz kimi, Tovuzda qatarın vurduğu şəxs dünyasını dəyişib.

“Xatirə olacaq səhnələr” adlı sərgi açıldı FOTO

2025-10-14 21:08:00

Azyaşlıların kollektiv sosiallaşmalarına xidmət, həmçinin, valideynlərin onları qalereya və muzey tipli maarifləndirici məkanlara aparmalarına təşviq etmək məqsədi ilə elan olunmuş "Xatirə olacaq səhnələr" adlı sərgi  Xətai Sənət Mərkəzində açıldı. Sərgini giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru  Zahid Əvəzov açaraq, sərgi iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı. Söz alan Xətai rayon İcra hakimiyyəti  ictimai-siyasi və humanitar  məsələlər şöbəsinin  baş məsləhətçisi Turan Kərimzadə, Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri Elçin Hüseyn, Xətai Uşaq Sənəti Qalereyasının bədii rəhbəri, rəssam Gündüz Həbibov öz ürək sözlərini bölüşdülər. Sərgi sertifikatların təqdim olunması ilə davam etdi. Nəzərinizə çatdıraq ki, sərgi Azərbaycan Dövlət Rəssamlıq  Akademiyası, Azərbaycan Radio və Televiziya Verilişləri QSC-i, Xətai rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti  Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı elan olunmuşdur. Sərgiyə 100-dən çox azyaşlı uşağın şüuraltı fantaziyasının məhsulu olan təsvirlər təqdim olunmuşdur. Sərgilənmiş təsvirlərin online kataloqu : https://online.fliphtml5.com/zcykp/swmu/ Konsepsiyamıza uyğun olan işlərin Xətai Uşaq Sənəti Qalereyasında bir neçə həftə sərgilənməsi nəzərdə tutulmuşdur. Valideinlərə tövsiyə: Uşaqlara stimul yaratmaq və xatirəni yaşatmaq naminə sərgidən sonra bu işlərin evinizdə asılması məqsədə uyğun olardı.  İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

Bakıda 20dən çox restoran və şadlıq sarayı CƏZALANDIRILIB SİYAHI

2025-10-14 20:48:00

Cari ilin 9 ayı ərzində Bakı şəhərində keçirilən yoxlamalar zamanı 521 ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

İrana qarşı 3 böyük hücum təşkil olunub

2025-10-14 20:23:00

"Bu yaxınlarda İranın infrastrukturunu hədəf alan üç böyük kiberhücum müvafiq orqanların sayıqlığı sayəsində dəf edilib".

Bakının bu ərazisində park salınacaq FOTO

2025-10-14 20:08:00

Bakı şəhərinin 2040-cı il baş planına əsasən Zığ və Hövsan ərazisində yerləşən çirklənmiş su hövzələrinin təmizlənməsi tədbiri həyata keçirilir.

Narkotikə görə saxlanılan Ziynet Sali günlər sonra DANIŞDI

2025-10-14 19:51:00

Türkiyəli məşhurları hədəf alan narkotik əməliyyatında adı hallanan Ziynet Sali xaricdən qayıtdıqdan sonra açıqlama verib.

"Niva" məhəllədə dəhşət saçdı

2025-10-14 19:30:00

Sosial şəbəkədə "Niva" markalı avtomobilin sürücüsünün təhlükəli idarəetmə görüntüsü yayılıb.

Bakı metrosunda izdiham Saatlardır kart işləmir

2025-10-14 19:27:00

Bir neçə saatdır ictimai nəqliyyatda bank kartları ilə ödəniş sistemində problem yaranıb.

Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb

2025-10-14 19:20:00

"Azərbaycan Kartoqrafları" İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib.

Bakıda taksi icazələrinin sayı tənzimlənir

2025-10-14 19:14:00

Bakı şəhərində taksi icazələrinin sayı tənzimlənir.

Aysel “ayrılıq” paylaşımına aydınlıq gətirdi

2025-10-14 19:12:00

Bloger Aysel Şükür son paylaşımı ilə izləyicilərini çaşdırıb.

Bakı bu payız növbəti möhtəşəm tədbirə ev sahibliyi edəcək!

2025-10-14 19:00:00

Oktyabrın 31-dən noyabrın 2-dək Bakı incəsənət, mədəniyyət və ekologiyanı bir araya gətirən növbəti immersiv miqyaslı tədbirə ev sahibliyi edəcək.

Bulvarda atraksionlardan birdəfəlik istifadənin qiyməti açıqlandı

2025-10-14 18:56:00

Dənizkənarı Milli Parkda yenidən fəaliyyətə başlayan attraksionlardan birdəfəlik istifafə üçün bilet qiyməti dörd manat təşkil edir.

Dünyanın ən böyük qızıl yatağı tapıldı 1100 ton, 83 milyard dollar...

2025-10-14 18:47:00

Dünyanın ən böyük qızıl yatağı tapıldı - 1100 ton, 83 milyard dollar...Çin geoloqları nəhəng hesab edilən yeni qızıl yatağı aşkar ediblər.

İlham Əliyevin sosial şəbəkə hesablarında Misirə işgüzar səfəri ilə bağlı paylaşım edilib

2025-10-14 18:41:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Misirə işgüzar səfəri ilə bağlı paylaşım edilib.

Bu FOTOya görə qəzəbləndi: "İndiyə qədər olanların ən dəhşətlisidir"

2025-10-14 18:34:00

ABŞ Prezidenti Donald Tramp "Time" jurnalını öz fotosunu uğursuz şəkildə təqdim etdiyinə görə tənqid edib.

Ziraat Bank Azərbaycan 2025ci ilin 3cü rübündə də uğurlu maliyyə artımı dinamikasını davam etdirdi

2025-10-14 18:30:00

Ziraat Bank Azərbaycan 2025-ci ilin üçüncü rübündə uğurlu nəticələr əldə edərək böyümə strategiyasını davam etdirib. Bankın maliyyə göstəriciləri, səmərəli idarəetmə və müştəri etimadına əsaslanan davamlı inkişaf dinamikasını bir daha nümayiş etdirir. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bankın depozit portfeli müsbət dinamika ilə 60% artaraq  986 milyon manatı keçib. Hüquqi şəxslərin müddətli depozitləri isə 142 milyon manatı ötüb. Kredit portfeli də 64% artaraq 728 milyon manatı keçib. Qeyd olunmuş göstəricinin 671 milyon manatı biznes kreditlərinin payına düşür. Bu nəticə Ziraat Bank Azərbaycanın real sektora yönəlik kreditləşməni prioritet tutmasının bariz nümunəsidir. Bankın əməliyyat səmərəliliyinin artması ilə xalis əməliyyat mənfəəti 25% artaraq 29 milyon manatı keçib. Xalis faiz gəliri isə 18% artaraq 31 milyon manatı ötüb.  Ümumilikdə, Ziraat Bank Azərbaycanın xalis mənfəəti 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 63% artaraq 18 milyon 363 min manata çatıb. Bu, bankın maliyyə dayanıqlığının və strateji idarəetmənin effektivliyinin göstəricisidir. Ziraat Bank Azərbaycanın cəmi aktivləri isə 1 milyard 234 milyon manata yüksəlib, bu da 53% artım deməkdir. Ziraat Bank Azərbaycan bundan sonra da müasir texnologiyalara əsaslanan innovativ həllər və rəqəmsal xidmətlər vasitəsilə müştərilərin ehtiyaclarını qarşılamağa davam edəcəyini bildirib. "Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Etibarnamə ilə avtomobil idarə edənlərin NƏZƏRİNƏ

2025-10-14 18:25:00

Son günlər avtomobilin idarə edilməsinə görə etibarnamə tələbinin ləğv edilməsi ilə bağlı müzakirələr gedir. Bəzi şəxslər hesab edir ki, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olması və sahibinin şifahi razılığı yetərlidir. Təsadüfi deyil ki, MDB ölkələrinin əksəriyyətində etibarnamə tələbi aradan qalxıb.

"Rebuild Karabakh" sərgisində KOBİA xüsusi stendlə iştirak edir

2025-10-14 18:21:00

"Rebuild Karabakh" sərgisində dövlət dəstəyi ilə KOB-lar üçün ayrılmış xüsusi stenddə sahibkarlıq subyektlərinin məhsul və xidmətləri təqdim olunur. 

"Bu körpünün tikintisi bitsə tıxaclar aradan qalxacaq"

2025-10-14 18:12:00

Daşıyıcıların qarşılaşdığı problemlərin həlli üçün Bakıda keçirilən görüşdə Azərbaycan, İran və Rusiyanın gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi İşçi qrup yaradılıb.

Sosial şəbəkələrdə təbii kosmetik məhsulların satışı aparılır Qurumlardan AÇIQLAMA

2025-10-14 17:55:00

Son vaxtlar sosial mediada ev şəraitində hazırlanmış krem, sabun, serum və maskaların satışı geniş yayılıb. Bu məhsullar təbii adı altında təqdim olunsa da, əksəriyyətinin nə tərkibi bəllidir, nə də laboratoriya testləri və rəsmi icazələri mövcuddur.

BMTnin layihə rəhbəri Bakıda içkili vəziyətdə saxlanıldı

2025-10-14 17:53:00

Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı layihə rəhbəri Rəvan Həsənzadə saxlanılıb. 

Tramp Ərdoğandan danışdı

2025-10-14 17:42:00

ABŞ Prezidenti Donald Tramp Qəzzada tətbiq olunan atəşkəslə bağlı açıqlamasında Türkiyə, Qətər, Misir və BƏƏ başda olmaqla bir çox müsəlman ölkələrinin bu prosesə əhəmiyyətli şəkildə dəstək verdiyini bildirib.

Nazənin efirdə hönkürhönkür AĞLADI

2025-10-14 17:35:00

Müğənni Nazənin Salayeva qonaq olduğu efirdə kövrək anlar yaşayıb.

RusiyaUkrayna müharibəsində azərbaycanəsilli hərbçi həlak olub

2025-10-14 17:27:00

Ukraynadakı döyüşlərdə azərbaycanlı mənşəli hərbçi Faiq Şofel həyatını itirib. Bu barədə Odessada yaşayan jurnalist Anar Natiqoğlu sosial şəbəkə üzərindən məlumat paylaşıb.

Güllünün ölüm nədəni bəlli oldu Ekspertiza rəyi açıqlandı

2025-10-14 17:20:00

Türkiyəli tanınmış müğənni Güllü (Gül Tut) ilə bağlı məhkəmə-tibbi ekspertizanın yekun hesabatı açıqlanıb.

Ən çox şikayət olunan internet provayderlər açıqlanıb

2025-10-14 17:14:00

Azərbaycanda bu ilin üçüncü rübü üzrə internet provayderləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətləri açıqlanıb.

Azərbaycanlı müğənni özünə yarım milyonluq maşın ALDI

2025-10-14 16:50:00

Müğənni Vəfa Şərifova etirafı ilə diqqət çəkib.

Paşinyan iş gününə bu mahnı ilə başlayır

2025-10-14 16:38:00

Ermənistanın baş naziri Nikol Paşinyan iş gününə məşhur rus ifaçısı Zemfiranın "Məni bağışla, sevgilim" ("Прости меня, моя любовь") mahnısı ilə başladığı məlum olub.

Türkiyədəki bu görüntülər gündəm oldu

2025-10-14 16:34:00

Türkiyədə təhlükəsizlik əməkdaşı gənc qızı tramvayın altına düşməkdən son anda xilas edib

Dramaturq İlqar Fəhminin 50 illik yubileyi keçirilib

2025-10-14 16:30:00

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı, dramaturq İlqar Fəhminin 50 illik yubileyi keçirilib.

Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək

2025-10-14 16:18:00

"Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"na dəyişiklik edib. Yeni sənədə əsasən, kommunal xidmətlər göstərən dövlət müəssisələrin siyahısına İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi də əlavə olunub. Agentlik işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına münasibətdə bu fəaliyyəti həyata keçirəcək".

VTB (Azərbaycan) ASC 2025ci ilin üçüncü rübünün nəticələrini açıqladı

2025-10-14 16:15:00

VTB (Azərbaycan) ASC 2025-ci ilin üçüncü rübünün nəticələrini açıqlayıb. Bank 3-cü rübdə 10,490 milyon manat xalis mənfəət əldə edib.

Yaxtada baş nazirlə öpüşən müğənni səssizliyini pozdu FOTO

2025-10-14 16:12:00

Dünyaca məşhur müğənni Katy Perry ilk dəfə Kanadanın sabiq baş naziri Castin Trüdo ilə arasında eşq münasibətləri olduğuna işarə edib.