Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley sərgisinin açılışı baş tutub – FOTO


Kriminal 21 Fev 2026 18:18:00 223 0

Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley sərgisinin açılışı baş tutub – FOTO

Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley sərgisinin açılışı baş tutub. Çoxsaylı ictimaiyyət nümayəndələrinin qatıldığı açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbayacan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Xalq rəssamları Ömər Eldarov, Fuad Salayev, s.ü.f.d. Telman İbrahimov, Davud Kazımovun oğlu, AzRA-nın professoru Akif Kazımov çıxış ediblər.  Çıxışlarda görkəmli rəssam Davud Kazımovun Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərindən, milli rəngkarlıq məktəbinə verdiyi töhfələrdən, gənc rəssamların formalaşmasındakı rolundan bəhs edilib, yüksək insani keyfiyyətləri, tələbələrinə olan qayğıkeş münasibəti ilə bağlı səmimi xatirələr bölüşülüb. Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən yubiley sərgisində Xalq rəssamı Davud Kazımovun 40-a yaxın rəngkarlıq əsəri nümayiş etdirilir. Zəngin yaradıcılıq irsinə malik sənətkarın AMİM-nin və şəxsi kolleksiyalardan seçilmiş, yaradıcılığının müxtəlif dövrlərini əhatə edən əsərləri tematika üzrə bölünmüş zallarda təqdim olunur. Davud Kazımov Azərbaycan təsviri sənətində lirik mənzərələri, əmək mövzusuna həsr olunmuş süjetli tabloları və yüksək peşəkarlıqla işlənmiş qrafika nümunələri ilə özünəməxsus yer tutur. O, öz yaradıcılığında ölkəmizin cənub rayonlarının təbiəti və insanlarını, eləcə də "Neft daşları" mövzusunda Xəzər neftçilərinin romantik həyatını böyük sənətkarlıqla əbədiləşdirib. Bolqarıstan, İspaniya və digər ölkələrə səfərləri zamanı canlı müşahidə və təəssüratları əsasında yaratdığı silsilə əsərlər Davud Kazımovun sənət dünyasını daha da zənginləşdirib. Rəssamın Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və Mirzə Əli Möcüz kimi ədiblərin əsərlərinə verdiyi bədii tərtibat isə kitab illüstrasiyası sahəsində dəyərli töhfələrdir. Ekspozisiyada müəllifin natürmort, portret və tematik tabloları xüsusi yer tutur. İlk zalda nümayiş olunan "Nərgizlər", "Xrizantemlər", "Astralar" kimi çiçək natürmortları rəssamın zərif kolorit duyumunu və rəng harmoniyasına həssas yanaşmasını parlaq şəkildə əks etdirir. Bu əsərlərdə gül ləçəklərinin incə fakturası və işıq-kölgə keçidləri poetik ovqat yaradır və tamaşaçını estetik bir aləmə aparır. Dağ mənzərələri, "Səhər", "Qızmar gün" tablolarında təbiətin nəfəsi, gün işığının dinamizmi və füsunkar landşaftların emosional təsviri diqqəti cəlb edir. "Lənkəran qadınları" əsərində isə bölgə insanının xarakteri və həyat ritmi səmimi boyalarla təqdim olunur. "Bolqarıstan silsiləsi", "Əlhambra" və "İspan rəqsi" əsərləri müəllifin xarici səfərlərdən aldığı təəssüratların bədii ümumiləşməsidir. Bu tablolar fərqli mədəni mühitlərin palitrasını, hərəkət və ritmini canlı kompozisiyalar vasitəsilə təqdim edir. "Ana", "Məhsul bayramı", "Bağda" kimi əsərlərdə əmək, torpaq və insan mövzusu mükəmməl bədii həllini tapıb, "Xəzərin yeraltı sərvətləri" tablosunda isə neftçilərin fədakar həyatı əks olunub. Ekspozisiyanın sonunda təqdim olunan videoçarx sənətkarın həyat və yaradıcılıq yoluna ümumi baxış imkanı yaradaraq ziyarətçilərdə dolğun təəssürat formalaşdırır. Sərgi 31 mart 2026-cı il tarixinədək davam edəcək. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az

Xalq artisti, görkəmli tarzən Ramiz Quliyevin xatirə gecəsi keçirilib – FOTO like
  • 21 Fev 18:07  
Kriminal Xalq artisti, görkəmli tarzən Ramiz Quliyevin xatirə gecəsi keçirilib – FOTO

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, Dövlət mükafatı laureatı, &q

arrow Ətraflı
Mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanıldı like
  • 21 Fev 17:48  
Digərləri Mağaza və evlərdən silsilə oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq hadisəsi baş verib. Naməlum

arrow Ətraflı
Azərbaycanda qida məhsullarının istehsalında DƏYİŞİKLİKLƏR like
  • 21 Fev 17:35  
Digərləri Azərbaycanda qida məhsullarının istehsalında DƏYİŞİKLİKLƏR

Bu ilin yanvar ayında Azərbaycanda 1 904,4 ton kərə yağı istehsal edilib.

arrow Ətraflı
Xəsarət alan FHN əməkdaşından XƏBƏR VAR like
  • 21 Fev 16:53  
Digərləri Xəsarət alan FHN əməkdaşından XƏBƏR VAR

Xidməti vəzifəsini yerinə yetirərkən hərəkətdə olan avtomobilin vurmas

arrow Ətraflı
Xalq artisti Əliabbas Qədirovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib like
  • 21 Fev 16:43  
Digərləri Xalq artisti Əliabbas Qədirovun 80 illik yubileyi münasibətilə anım tədbiri keçirilib

Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli sənətkarı, Xalq arti

arrow Ətraflı
Zakir Həsənov hava hücumundan müdafiə hərbi hissəsinin xidmətidöyüş fəaliyyətini yoxladı like
  • 21 Fev 16:30  
Digərləri Zakir Həsənov hava hücumundan müdafiə hərbi hissəsinin xidmətidöyüş fəaliyyətini yoxladı

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müav

arrow Ətraflı
Gəncədə yol qəzası  Yaralılar VAR like
  • 21 Fev 16:13  
Digərləri Gəncədə yol qəzası Yaralılar VAR

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
“Lion Centre” direktorundan İDDİA: Hakim sübutları niyə nəzərə almadı? like
  • 21 Fev 16:00  
Digərləri “Lion Centre” direktorundan İDDİA: Hakim sübutları niyə nəzərə almadı?

"Lion Centre" MMC-nin direktoru Ramil Aslanov məhkəmələrdə üzlə

arrow Ətraflı
Kino musiqisinə həsr olunan “İki könül görüşəndə” adlı konsert keçirilib like
  • 21 Fev 15:56  
Digərləri Kino musiqisinə həsr olunan “İki könül görüşəndə” adlı konsert keçirilib

Beynəlxalq Muğam Mərkəzində  Cahangir Cahangirov adına Xor kollektivinin

arrow Ətraflı
Qalmaqallı məmur işindən azad olundu like
  • 21 Fev 15:38  
Digərləri Qalmaqallı məmur işindən azad olundu

Fövqəladə Hallar Nazirliyinin Ərizələrin və şikayətlərin qəbulu şöb

arrow Ətraflı
Son 7 ildə ölkədə neçə uşaq övladlığa verilib? like
  • 21 Fev 15:24  
Digərləri Son 7 ildə ölkədə neçə uşaq övladlığa verilib?

2019-cu noyabrın 1-dən bu günədək Sosial Xidmətlər Agentliyi tərəfində

arrow Ətraflı
Güclü külək GƏLİR  Sarı XƏBƏRDARLIQ like
  • 21 Fev 15:08  
Digərləri Güclü külək GƏLİR Sarı XƏBƏRDARLIQ

Fevralın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bö

arrow Ətraflı
Samirədən Mətanətə cavab YUBANMADI: "Gedib güzgüdə özünə baxsın" like
  • 21 Fev 14:52  
Şou-biznes Samirədən Mətanətə cavab YUBANMADI: "Gedib güzgüdə özünə baxsın"

Meyxanaçı-müğənni Samirə Yusifqızı qızı Fərəhi təhqir etdiyi üçü

arrow Ətraflı