ABŞ İranın Azərbaycana qarşı PUA hücumlarını pisləyib
Siyasət 07 Mar 2026 21:28:00 205 0
ABŞ Dövlət Departamenti İranın Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını pisləyən bəyanat yayıb.
Son.az xəbər verir ki, bəyanatda deyilir:
"Amerika Birləşmiş Ştatları 5 mart tarixində İranın Azərbaycan Respublikasına qarşı, Naxçıvan Beynəlxalq Hava Limanını və uşaq məktəbini hədəf alan, günahsız mülki şəxslərin xəsarət almasına və vacib mülki infrastruktura ziyan vurmasına gətirib çıxaran səbəbsiz pilotsuz uçuş aparatları hücumunu qətiyyətlə pisləyir. Bu hücumlar Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması və İranın təcavüzünün lazımsız şəkildə artırılmasıdır.
Amerika Birləşmiş Ştatları bu təhdidlərə qarşı Azərbaycanla tam həmrəydir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə hücumlar qəbuledilməzdir və ABŞ-ın həmin tərəfdaşlara qətiyyətli dəstəyi ilə qarşılanacaq". (Report)
Son.az
İsrail Müdafiə Qüvvələri Tehrandakı İslam İnqilabı Keşikçiləri Kor
Dünyada qeyri-adi memarlıq nümunələri kifayət qədərdir. Lakin bəzi tiki
Abşeronda itkin düşən kişinin meyiti tapılıb.
Yataq otağı sakitlik, bərpa və psixoloji rahatlıq üçün nəzərdə tutulm
Ukraynanın Volın vilayətində döyüşə çağırılan bir kişinin dövlət
Türk pop musiqisinin sevilən adlarından olan Emre Altuğ bu dəfə yeni albom
Martın 4-də metro stansiyalarının birində oğurluq hadisəsi qeydə alını
"Şəfa" futbol klubunun yeni prezidentinin adı məlum olub.
İnsan alverində ittiham olunan 40 yaşlı qadının məhkəməsi keçirilib.
Türkiyə Yaxın Şərqdə baş verən son hadisələri nəzərə alaraq, Şimal
İstanbulda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan x
Türkiyədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türk Dövlə
