Siyasət
2025-12-16 19:17:00
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 16-da davam etdirilib.
2025-12-16 11:54:00
Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun təsdiq edilib.
2025-12-16 10:56:00
Respublikamızın dinamik sosial-iqtisadi inkişafı, "yaşıl iqtisadiyyat"a ədalətli keçid, süni intellektin əmək bazarına təsiri həmkarlar ittifaqlarının qarşısında məsuliyyətli və strateji vəzifələr qoyur, onları daha fəal olmağa sövq edir.
2025-12-16 10:53:00
Azərbaycan həmkarlar ittifaqları çoxşaxəli fəaliyyəti, əmək münasibətlərinin inkişafında rolu və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə verdiyi töhfələrlə respublikanın ictimai və sosial həyatında önəmli yer tutur.
2025-12-16 10:40:00
Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbəti VIII qurultayının iştirakçılarına müraciət ünvanlayıb.
2025-12-16 10:01:00
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
2025-12-15 23:23:00
Rəsmi Tehranın "Azərbaycanla əlaqələr bizim üçün çox önəmlidir" açıqlamasından sonra bu ölkənin xarici işlər nazirii Abbas Əraqçinin Bakıya səfərindən bir həftə ötür.
2025-12-15 20:18:00
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi (The United Nations Office for South-South Cooperation (UNOSSC)) 2025-ci ilin aprelində Bakıda 116 ölkədən QHT-lər tərəfindən təsis edilmiş Qlobal Cənub QHT Platforması (Global South NGO Platform (GSNP)) barədə məlumatları yeni əməkdaşlıq modelinə nümunə kimi rəsmi saytında yerləşdirib. UNOSSC tərəfindən GSNP son illərin ən inklüziv vətəndaş cəmiyyəti səfərbərliklərindən biri kimi qiymətləndirilib. BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin Azərbaycan QHT-lərinin qlobal təşəbbüsünü dəyərləndirərək öz profili üzərindən yayması ilk dəfədir baş verir. Qeyd edək ki, dünya əhalisinin 80%-nin yaşadığı - Latın Amerikası, Afrika, Asiya, Okeaniya və Avstraliyanı əhatə edən Qlobal Cənubun çox zaman beynəlxalq qərarların qəbulunda kənarda qalması, həlledici anlarda öz taleyinin sahibi ola bilməməsi narahatlıq doğurur. Mövcud dezinteqrasiya prosesləri fonunda qarşılıqlı etimad, fayda, bərabərlik, məsləhətləşmə, mədəni müxtəlifliyə hörmət prinsipləri ilə əməkdaşlıq formatlarının yaradılması heç vaxt olmayan qədər aktuallıq qazanıb. Yeni dünya düzəninin formalaşdığı, ayırıcı xətlərin təzədən çəkildiyi bir dövrdə yaranmış Qlobal Cənub QHT Platforması qlobal təklənməyə qarşı birləşmək zərurətinin aydın təzahürü kimi olduqca əhəmiyyətlidir. Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən vahid şəbəkə indiyədək mövcud olmayıb. İlk dəfə ki, Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 3/2 hissəsini əhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazanıb və 116 ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq birgə platforma təsis edib. Qoşulmama Hərəkatında təmsil olunan 120 ölkədən 116-sının vətəndaş cəmiyyəti nümayəndələrinin bu tərkibdə yer alması nəinki Azərbaycan, Qlobal Cənub miqyasında rast gəlinməyən məxsusi hadisədir. Qoşulmama Hərəkatının gənclər və parlament şəbəkələri olsa da, QHT şəbəkəsi yox idi. Qlobal Cənub QHT Platforması Qoşulmama Hərəkatının QHT şəbəkəsi olmağa layiqdir. Bu platformanın yaradılış ruhu 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi "Bandunq prinsipləri"nə tam uyğundur. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır. Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir.
2025-12-15 14:13:00
Azərbaycan ilə Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib.
2025-12-15 14:12:00
Azərbaycan və Surinam arasında viza rejimi qismən ləğv edilib.
2025-12-15 14:11:00
Azərbaycanla Qvineya-Bisau arasında diplomatik, xidməti və xüsusi pasport sahibləri vizadan qarşılıqlı azad azad edilməsi haqqında Saziş təsdiqlənib.
2025-12-15 14:10:00
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edilib.
2025-12-15 14:09:00
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.
2025-12-15 14:08:00
Aida Əli qızı Hüseyn Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.
2025-12-15 13:43:00
Prezident İlham Əliyev "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
2025-12-13 19:49:00
"AnewZ" telekanalı Ruben Vardanyan haqqında sənədli film çəkib.
2025-12-13 12:18:00
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Polşa Respublikasına işgüzar səfər edib.
2025-12-12 19:46:00
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 12-də davam etdirilib.
2025-12-12 14:54:00
Ulu Öndər Heydər Əliyev epoxası Azərbaycan tarixində dövlətçilik ideologiyasının, milli özünüdərk prosesinin və modern dövlət quruculuğunun bünövrəsini təşkil edən inkişaf dövrüdür.
2025-12-12 11:32:00
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər həqiqətən unikal xarakter daşıyır.
2025-12-12 11:02:00
"Ana Vətən Partiyasının fəaliyyəti qaydasındadır".
2025-12-12 11:00:00
Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış yeni "Strateji Gündəlik" sənədi qurumun Cənubi Qafqaza dair mövqeyini yenidən gündəmə gətirib. Sənəd ilk baxışda əməkdaşlıq çərçivəsinin genişləndirilməsi kimi təqdim olunsa da, onun məzmunu Aİ-nin regionda baş verən prosesləri adekvat şəkildə qiymətləndirməkdə çətinlik çəkdiyinin göstəricisidir.
2025-12-12 10:37:00
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.
2025-12-12 10:31:00
Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynovun parlamentdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsdiyi üçün VHP-nin vitse-spikerə töhmət verməsi ciddi müzakirələrə səbəb olub.
2025-12-12 09:10:00
XX əsrin siyasi səhnəsində çox adlar görünmüş, çoxu isə zaman keçdikcə sükuta qərq olubr. Amma, Heydər Əliyev haqqında danışanda insan adi bir dövlət xadimindən deyil, tarixlə iradənin qovşağında formalaşmış bir şəxsiyyətdən bəhs etdiyini hiss edir. Onun həyatı yalnız dövlət idarəçiliyi yox, həm də taleyin müxtəlif sınaqları qarşısında milli yaddaşın dayanma gücünün hekayəsidir.
2025-12-12 00:03:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
2025-12-12 00:02:00
Birinci vitse-prezident Mehriban Əliyeva 12 Dekabr - Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi "İnstaqram" səhifəsində paylaşım edib.
2025-12-12 00:00:00
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından bu gün 22 il keçir.
2025-12-11 22:44:00
Azərbaycan və Gürcüstanın hökumət başçılarının Aşqabaddakı görüşü çox məhsuldar olub. Bu görüşlər çərçivəsində ticarət-iqtisadi əlaqələr və ölkəmizin iqtisadi inkişafı ilə bağlı əsas mövzular müzakirə olunub.
2025-12-11 19:51:00
Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisad Birliyinin Hökumətlərarası Şurasının iclasında Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb.
2025-12-11 18:35:05
Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın göstərişlərinə uyğun olaraq, Əmirliklər BMT-nin Qlobal Humanitar Baxış (Global Humanitarian Overview - GHO) proqramına 550 milyon ABŞ dolları həcmində böyük maliyyə öhdəliyi elan edib. Proqram 2026-cı ildə 23 humanitar əməliyyat çərçivəsində 135 milyon insana yardım etmək üçün ümumilikdə 33 milyard dollar toplamağı hədəfləyir. Buraya qaçqınlara və miqrantlara dəstək proqramları da daxildir. Humanitar missiyanın məqsədi təcili yardıma ehtiyacı olan 87 milyon insanın həyatını qorumaq üçün 23 milyard dollarlıq maliyyənin təmin edilməsidir. Bu təşəbbüs BƏƏ-nin humanitar sahədə beynəlxalq səylərin gücləndirilməsi, qlobal miqyasda fəlakətlərdən və böhranlardan zərər çəkən ən həssas icmalara yardım göstərilməsinə sarsılmaz öhdəliyini bir daha təsdiqləyir. Eyni zamanda bu dəstək BƏƏ-nin çoxtərəfli humanitar fəaliyyətin təşviqində aparıcı rolunu vurğulayır və ölkənin BMT qurumları, xüsusilə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) ilə sıx əməkdaşlığını əks etdirir. Bu əməkdaşlıq sayəsində yardım ən çox ehtiyacı olan insanlara vaxtında çatdırılır və Şeyx Məhəmməd bin Zayedin "sürətli və effektiv humanitar reaksiya" prinsipi yerinə yetirilir. Mövzu ilə açıqlama verən BƏƏ-nin Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət naziri Reem bint İbrahim Al Həşimi bildirib ki, ölkəsi qlobal humanitar səylərə dəstəyini davam etdirir və BMT tərəfdaşlarımızla birlikdə ən çox zərər görən icmalara yardımın əlçatan olmasını təmin edir. "Bu maliyyə öhdəliyi Əlahazrət Şeyx Məhəmməd bin Zayedin direktivlərini əks etdirir və insanların həyatlarının qorunması və xilas edilməsi üçün beynəlxalq həmrəyliyin vacibliyinə olan dərin inamımızı nümayiş etdirir."-deyə o bildirib. BMT-nin Humanitar İşlər üzrə Baş katibinin müavini və OCHA rəhbəri Tom Fletcher hesab edir ki,BƏƏ-nin sürətli dəstəyi tam zamanında edilib.
2025-12-11 18:13:00
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin dekabrın 11-də növbəti iclası keçirilib.
