Kriminal
2025-06-05 17:36:00
"Daş Salnamə Muzeyi"ndə Azerbaijan Fashion Week-in 18-ci mövsümü keçirildi. Tədbir təşkilində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən YARADICI - Mədəni və Yaradıcılıq Sənayelərinin İnkişafı Mərkəzi iştirak etdi. AFW-in hər mövsümü təbiətin bir ünsürünə həsr olunur və bu yanaşma təkcə vizual deyil, həm də fəlsəfi bir konsepsiyaya çevrilir. Mövsüm mədəniyyət, moda və kimlik anlayışlarının vəhdətini ifadə edir. 2025-ci il mövsümünün mövzusu Yer ünsürü seçildi - dayanıqlılığın, dərinliyin və mirasın simvolu. Mövsümün sloqanı - "The Spirit of Stone" (Daşın Ruhu) - dizaynda təbii forma, struktur, material və daxili gücə diqqəti ön plana çəkir. Azerbaijan Fashion Week çərçivəsində yalnız podium nümayişləri deyil, həm də təhsil təşəbbüsləri, yaradıcılıq görüşləri və brendlərin kolleksiyalarını təqdim etdiyi showroom proqramı həyata keçirildi. Hyatt Regency Baku otelində keçirilən showroom-da yerli və beynəlxalq brendlərin işləri təqdim olundu. Showroom iştirakçıları arasında Octavio Pizarro (Fransa), Naiyl Baikuchukov (Qazaxıstan), Ianis Chamalidy, Leffers, Lilia Fisher, Yulia Kiseleva və EDGE (Rusiya) yer aldı. 24 may tarixində AFW podiumunda Naiyl Baikuchukov, Reve, Malique, Tsyhkovskyi və Aksona kimi dizaynerlər çıxış etdi. Həmçinin Menzer Zakizade Fashion School proqramının iştirakçılarının işləri nümayiş olundu. Bu kolleksiyalar həm dizaynerlərin fərdi estetik baxışını, həm də mövsümün ümumi əhval-ruhiyyəsini əks etdirdi. AFW-nın ilk gününü isə etnik yanaşması, ənənəvi formalar və sənətkarlıq texnikalarına olan diqqəti ilə tanınan Natavan brendinin kolleksiyası bağladı. Onun işləri milli irsi müasir estetikayla birləşdirərək kimlik və mənsubiyyətin dərinliyini vurğulayır - bu mövsümün mahiyyətini ən yaxşı ifadə edən təqdimatlardan biri oldu. Kolleksiya Cahangir Cahangirov adına xorun bənzərsiz müşayiəti ilə təqdim edildi. 25 may tarixində isə tanınmış beynəlxalq dizaynerlərin solo nümayişləri keçirildi. Podiumda Zemfira Jaffar Couture, Letters brendi, həmçinin mövsümün xüsusi qonaqları olan Octavio Pizarro (Paris) və Yanis Chamalidi (Sankt-Peterburq) öz kolleksiyalarını təqdim edəcəklər. Onların dizayna yanaşması - kütür texnikası, dərin mədəni kontekst və forma üzərində müasir düşüncənin harmoniyasıdır. Bu mövsümdə xüsusi diqqət təhsil proqramlarına yönəldi. YARADICI mərkəzinin dəstəyi ilə UNEC Dizayn Məktəbi, Mədəniyyət və İncəsənət Universiteti və gənc dizaynerlər üçün bir sıra mühazirə və ustad dərsləri təşkil olundu. Tədbirdə yerli və beynəlxalq mütəxəssislər - fotoqraflar, moda prodüserləri, stilistlər və sənaye ekspertləri, o cümlədən Adil Yusifov, Natavan Əliyeva, Nadejda Kojevnikova və Andrey Artonov öz təcrübələrini bölüşüblər. AFW-2025-in baş informasiya tərəfdaşı və nümayişlərin təşkilatçısı HELLO! jurnalına məxsusdur. Xüsusi dəvət olunmuş qonaq - top-model Vialina Lemann. 2015-ci ildən etibarən Azerbaijan Fashion Week Avropa, MDB və Asiyadan olan dizaynerləri, media nümayəndələrini və ekspertləri bir araya gətirən beynəlxalq mədəniyyət platforması statusunu qoruyur. Hər mövsüm yalnız estetik meyilləri əks etdirmir, eyni zamanda moda, mədəniyyət və kimlik arasında dialoq üçün real meydançaya çevrilir.
2025-06-05 17:26:00
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konsert proqramı baş tutub. Balaca istedadlar olduqca zəngin, rəngarəng musiqi nömrələri, bir-birindən parlaq səhnə geyimləri ilə gələn qonaqlarda xoş təəssürat yaradıb. Bu konsert həm də uşaqların hesabat konserti idi. Belə ki, il ərzində öyrəndiklərini, bilik və bacarıqlarını zalda əyləşən tamaşaçılara böyük həvəslə, həyəcanla, sevgiylə ötürdülər. Konsertdə Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən kollektivlər - Nəfəsli alətlər ansamblı (bədii rəhbər Sərvan Mehdizadə), "Sədəf" xalq çalğı alətləri ansamblı (bədii rəhbər Qönçə Mehdiyeva, müəllim Elbrus Niftəliyev), "Pərilər" vokal ansamblı (müəllim Leyla Aslanova), Gimnastlar qrupu ( müəllim Səbinə Cəlilova), "Şəms" uşaq xoru (bədii rəhbər Leyla Muradzadə), "Səda" uşaq xoru (bədii rəhbər Aysel Mehdizadə), Musiqili Uşaq Teatrı (müəllim Ağasəlim Feyzullayev), Uşaq Folklor Rəqs Ansamblı (bədii rəhbərlər Nigar Zeynalova, Məhəmməd Quliyev, müəllimlər Zeynal Cigərxanov, Günel Təhməzova) iştirak edib. Konsert proqramının rejissoru Günay Səttarovadır. Konsertdən əvvəl "Bacarıqlı əllər" rəsm dərnəyinin (müəllimlər Günay Qarayeva, Səriyyə Teymurova, Fəridə Süleymanlı, Fidan Qurbanova) gənc və istedadlı rəssamlarının əl işlərindən ibarət sərgi nümayiş olunub. Daha sonra təşkil olunmuş "Yaradıcılıq yarmarkası"-ndə uşaqların müxtəlif əl işləri, rəsm əsərləri satışa çıxarılıb. Yarmarka tamaşaçılar tərəfindən marağa səbəb olub. Konsertin sonundan isə illər ərzində Uşaq Filarmoniyasının mədəni və yaradıcılıq həyatında fəal iştirakına görə bütün iştirakçılar sertifikatlarla təltif olunub. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
2025-06-05 16:24:00
Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konsertində Əməkdar artistlər Təyyar Bayramov, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva, İlkin Əhmədov, Elnur Zeynalov və respublika və beynəlxalq müsabiqələr laureatı Güllü Muradova çıxış edib.
2025-06-05 15:43:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" və Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin 70 illik yubileyinə həsr olunmuş konsert baş tutub.
2025-06-04 23:57:00
Xəbər verdiyimiz kimi, Lerikdə itkin düşən Şahin Musa oğlu Şərifovun meyiti tapılıb.
2025-06-04 19:43:00
Mobil telefonlar və digər texniki avadanlıqlara kənardan müdaxilə edən proqramlar hazırlamaqda, eləcə də kompüter məlumatlarını qanunsuz ələ keçirməkdə ittiham olunan "Zeromap" MMC-nin icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi başa çatıb.
2025-06-04 17:43:00
Qarşıdan Bakıda yayın ən maraqlı musiqi hadisələrindən biri - Bakı Piano Festivalı gəlir. İyunun 14-dən 28-dək Bakı Piano Festivalı musiqisevərlərə dünyanın virtuozlarının ifasında müxtəlif janrlarda musiqilər təqdim edəcək. Festivalda Avstriya, Braziliya, Gürcüstan, Hollandiya, Türkiyə, Fransa və digər ölkələrin tanınmış musiqiçiləri konsert proqramı ilə çıxış edəcəklər.
2025-06-04 16:39:00
Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova sosial şəbəkədə tənqid olunub. Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, buna səbəb hər iki sənətkarın bu yaşda Üzeyir Hacıbəylinin 2 pərdəli "Leyli və Məcnun" tamaşasında baş rol oynamasıdır.
2025-06-04 15:51:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti baş tutdu.
2025-06-03 18:28:00
Azerbaijan Kids Festivalının finalı Sea Breeze-in ərazisində yerləşən Nine Senses incəsənət məkanında baş tutdu. Bu ölkəmizdə uşaq dəbi sahəsində ən böyük sosial yönümlü layihədir. Festivalda 4-15 yaş arası 20 uşaq iştirak etdi və onlar öz tərzlərini geniş auditoriya və dəb sahəsinin peşəkar münsiflər heyəti qarşısında nümayiş etdirdilər. Münsiflər heyətinə dizaynerlər, blogerlər, moda sahəsinin ekspertləri və ictimai xadimlər daxil idi.
2025-06-03 18:03:00
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı təqdim olunub. "Kiçik solistlər" adlı konsert proqramında Teatrın Estrada Simfonik Orkestri ilk dəfə gənc solistləri müşayiət edib. Layihədə beynəlxalq və respublika müsabiqələrinin laureatları Ağayarova Gövhər, Ömər Bəbirli, Məhərrəmli Milay, Osmanzadə Zəhra, Məmmədli Nərgiz, Niftəliyev Mehdi, Məmmədli Yunis, Əhmədov Hüseyn, Əkbər Quliyev, Məşədiyeva Fidan, Teymur Qarayev, Arif Qarəhmədli çıxış ediblər.
2025-06-03 17:51:00
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konsert proqramı baş tutub.
2025-06-03 17:11:00
1 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş olduqca maraqlı konsert baş tutdu.
2025-06-02 19:49:00
Sosial şəbəkələrdə paytaxtda avtomobildən silahabənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılıb.
2025-06-02 17:00:00
5 və 6 iyun tarixlərində, saat 12:00-dan 20:00-dək Bakıda Rəna Nəcəfzadə-Səadəddinovanın rəhbərlik etdiyi qadınlar cəmiyyəti İZ Community tərəfindən təşkil olunan "Squeeze the Moment" adlı 10-cu yubiley yarmarka-vorkşopu baş tutacaq.
2025-06-02 16:40:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin müəllimləri Aytən Cavadova, Könül Abbasova, Nərminə Əliyevanın sinif konserti baş tutub.
2025-06-02 15:31:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyanın səhnəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş 17 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin konserti keçirilib.
2025-06-02 15:15:00
Cəfər Cabbarlının "Solğun çiçəklər" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.
2025-06-01 23:36:00
Xaçmazda 2 il əvvəl itkin düşən şəxsin meyiti tapılıb.
2025-06-01 18:09:00
Antalyanın Kəmər rayonunda Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayevin (48) bıçaqlanması ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 8 şübhəlidən 6-sı həbs edilib.
2025-05-31 18:24:00
Keçmiş müstəntiq Rüfət Səfərovun həbs müddəti uzadılıb.
2025-05-31 17:40:00
Türkiyədə sosial şəbəkədə tanış olduğu qadınları qarət edən azərbaycanlı saxlanılıb.
2025-05-31 16:10:00
Gədəbəydə Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı dostunun avtomobilini qarət edib.
2025-05-31 16:04:00
Beynəlxalq Muğam Mərkəzi Cahangir Cahangirov adına Xor Bəstəkarlar İttifaqında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsertlə çıxış edib.
2025-05-31 15:13:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin müəllimi Zərifə Alxazovanın sinif konserti keçirilib.
2025-05-31 12:52:00
Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısına hökm oxunub.
2025-05-30 19:16:00
Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.
2025-05-30 16:25:00
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində "Kamera Musiqisi Axşamı" adlı konsert baş tutub.
2025-05-30 15:50:00
28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Heydər Əliyev Sarayında təntənəli konsert proqramı keçirilib.
2025-05-30 13:11:00
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dahi rus bəstəkarı P.İ.Çaykovskinin 185 illiyinə həsr olunmuş təntənəli konsert və sərgi keçirilmişdir.