Kukla teatrında kuklalar sərgisi
Kriminal 20 May 2025 10:22:00 74 0
Mayın 19-da Azərbaycan Dövlət Kukla Teatrında "Meksika kuklaları" adlı fotosərginin açılışı olub.
Bu xəbəri də oxu: DİN hadisə ilə bağlı açıqlama yaydı: Bataqlıqda gizləniblərmiş
Bu barədə Son.az-a teatrın mətbuat xidmətindən məlumat verib.
Tədbirdə ölkəmizə akkreditə olunmuş bir sıra ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, səfirlik nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət və media nümayəndələrinin iştirak ediblər.
Qonaqları salamlayan Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero layihəni iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından önəmli addım kimi dəyərləndirdi, sərginin yüksək səviyyədə təşkilinə dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Kukla Teatrı rəhbərliyinə təşəkkürünü bildirdi: "Biz hər zaman mədəniyyəti xalqları birləşdirən körpü hesab etmişik. Bu sərgi çox maraqlı və əhəmiyyətlidir. Bu günün əsas mövzusu Meksika kuklalarıdır. Hesab edirəm ki, uşaqlar üçün də çox maraqlı və öyrədici tədbirdir".
Sərginin müəllifi, rəssam Aydın Sadıqov tədbirin ideyasının təqribən üç il əvvəl yarandığını və bu layihəyə də ilk dəstəyin həm də Kukla Teatrından gəldiyini dilə gətirdi: "Meksikadan əvvəl Çexiyanın kukla sənəti ilə maraqlanmışam. Meksikanın qədim tarixi və rəmzlərini bu kuklalar vasitəsilə təqdim etmək maraqlı təcrübədir. Burada döyüşçüləri, inancları və emosiyaları əks etdirən fiqurlar yer alıb. Onu da deyim ki, bundan əvvəl də Polşa kukla sənəti ilə bağlı məhz bu məkanda maraqlı bir sərgimiz baş tutdu".
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə dedi ki, kukla teatrı müxtəlif xalqların bədii nümunələri ilə yanaşı kukla sənəti incilərinin də zaman-zaman tamaşaçı qarşısına çıxarılmasına maraq göstərir: "93 illik tarixi yol keçən Azərbaycan Dövlət Kukla Teatrı milli ədəbi nümunələrimiz ilə yanaşı dünya xalqlarının bədii irsini də, ədəbi nümunələrini də teatrın, səhnənin özünəməxsus ifa üslubu ilə yetişən nəsillərə çatdırmağa çalışır.
Bu sərgi də bizim bu mənada marağımızı cəlb edən aksiyalardandır.
Son illərdə ölkədə gənclər arasında pensiya sisteminə inam getdikcə az

Bakıda ictimai nəqliyyatda təhlükəli hadisə qeydə alınıb.

Bakının Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində apar

Uzun zamandır ürəyində problem olan gənc müğənni Mirkamil Kamilov bu gü

Mersinin Toroslar rayonunda yerləşən audio və video sistemləri istehsal ed

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayə

Prezident İlham Əliyev BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-m

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının

2025-ci ilin mayı bürclər üçün maddi uğurların və sürpriz qazancın b

Aparıcı Vüsalə Əlizadə paylaşımı ilə diqqət çəkib.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin

Ulduzlar bu sahədə ciddi çətinliklər proqnozlaşdırmasalar da, bəziləri

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 174 ölkəsindən 7

Müğənni Şəbnəm Tovuzlunun açıqlaması diqqət çəkib.
