Siçanlar şəhəri ələ keçirir Ölümcül bakteriya yayılır
Dünya 22 May 2025 14:14:00 599 0
Siçanların insanlar üçün ölümcül təhlükə yarada biləcək bakteriyaları yaydığı araşdırmalar nəticəsində məlum olub.
Bu xəbəri də oxu: İranda da zəlzələ oldu
Son.az xəbər verir ki, Amerikada aparılan altı illik araşdırma Boston şəhərindəki siçanların insanlar üçün ölümcül ola biləcək leptospiroz bakteriyasını yaydığını üzə çıxarıb.
Tufts Universitetinin rəhbərliyi və ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA), Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) və Şimali Arizona Universitetinin əməkdaşlığı ilə aparılan araşdırma çərçivəsində 2016-2022-ci illər arasında Bostonun 17 fərqli nöqtəsindən toplanan 328 siçan nümunəsi təhlil edilib. Nəticədə siçanların böyrəklərində leptospiroz xəstəliyinə səbəb olan Leptospira bakteriyasına rast gəlinib. Nümunələrin 18 faizində bu bakteriyanın olduğu müəyyən edilib.
Araşdırma göstərib ki, bu bakteriya əsasən tropik bölgələrdə yayılıb, lakin iqlim dəyişikliyi ilə daha sərin bölgələrdə də yayılmağa başlayıb. Siçan sidiyi ilə su, torpaq və durğun sulara keçən bakteriya, həmin mühitlə təmasda olan insan və heyvanlarda yoluxma riski yaradır.
2018-ci ildə Boston şəhərində qeydə alınan yoluxma hadisəsində, xəstədən alınan bakteriya ilə eyni bölgədə tutulan siçanlardan götürülən bakteriya nümunələrinin genetik quruluşunun demək olar ki, eyni olduğu sübut edilib. Bu isə şəhər siçanlarının birbaşa infeksiya mənbəyi olduğunu təsdiqləyib.
Bundan əlavə, siçan böyrəklərindən alınan bakteriyalar laboratoriyada uğurla artırılıb. Tufts Universitetindən Dr. Marieke Rosenbaum bu nəticənin elmi ədəbiyyatda bir ilk olduğunu bildirib. Şimali Arizona Universitetindən Prof. Dr. Dave Wagner isə tətbiq olunan yeni DNT texnikalarının bakteriyanın şəhərdaxili yayılma yollarını dəqiq şəkildə izləməyə imkan verdiyini deyib.
Araşdırmada qeyd olunub ki, insanlar siçanlarla birbaşa tez-tez təmasda olmasa da, evsiz şəxslər və açıq havada narkotik istifadə edən insanlar daha yüksək risk altındadır. Dr. Rosenbaum, xəstəliyin əlamətlərinin çox vaxt yüngül keçdiyini, buna görə diaqnoz və qeydiyyat hallarının az olduğunu bildirib. Antibiotiklərlə müalicə nəticəsində simptomlar olmadan sağalma, bir çox yoluxmanın qeydə alınmadan keçməsinə səbəb olur.
Siçanların şəhərdaxili hərəkətləri də araşdırılıb. Bostonun müxtəlif bölgələrindəki siçan populyasiyalarının genetik baxımdan fərqli olduğu, hər məhəllədə fərqli bakteriya növünün yayıldığı və siçanların təxminən 600 metr məsafə qət edə bildiyi müşahidə olunub. Yaşıl sahələr və bioloji keçidlər siçanlar üçün keçid yolu rolunu oynayır, geniş yollar isə onların hərəkətini məhdudlaşdırır.
Dr. Rosenbaum şəhər mühitində siçanların tamamilə yox edilməsinin real olmadığını deyərək, siçan nəzarəti tədbirlərinin həm heyvanların sayı, həm də xəstəliklərin yayılması baxımından daha dərindən araşdırılmasının vacibliyini vurğulayıb.
Araşdırmanın nəticələri "PLOS Neglected Tropical Diseases" adlı elmi jurnalda dərc olunub və şəhərlərdə tətbiq ediləcək yeni ictimai sağlamlıq və siçanla mübarizə strategiyaları üçün mühüm qaynaq hesab edilir.
İsmayıl Son.az
Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupl
Ukrayna hüquq-mühafizə orqanları əcnəbilərin saxta nikahlar vasitəsilə
Bakıda sürücüyə yazılan cərimə narazılıq doğurub.
Xəbər verdiyimiz kimi, ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən "Capi
STAR TV-də çərşənbə axşamları yayımlanan "Sahibsizlər" seria
İranın Sistan və Bəlucistan vilayətinin İranşəhr şəhərində oğurlan
Qurban bayramı öncəsi bazarlarda məhsulların qiymətləri öz sözünü dey
Bakıda və Abşeron yarımadasında mayın 23-ü hava şəraitinin dəyişkə
ABŞ-ın keçmiş prezidenti Co Baydenin metastatik prostat xərçəngi ilə ba
"Aşk-ı Memnu" serialının unudulmaz səhnələrinin lentə alınd
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib.
Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təf
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Mərhum tanınmış təşkilatçı və prodüser Nahid Emiloğlunun övladı efr
