Pyotr Qlıboçko Mehriban Əliyevanı təbrik etdi
Siyasət 23 May 2025 15:05:00 452 0
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya 28 May - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Bu xəbəri də oxu: Azərbaycanın İordaniyadakı səfiri geri çağırılaraq İraqa təyin olundu
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım.
İcazə verin, Sizə dərin ehtiramımı ifadə edim və Seçenov Universitetinin kollektivi adından, həmçinin şəxsən öz adımdan Sizi və Azərbaycan Respublikasının bütün xalqını Müstəqillik Günü münasibətilə təbrik edim.
Azərbaycan xalqının rifahı naminə genişmiqyaslı fəaliyyətiniz, humanitar dəyərlərə dərin sədaqətiniz, səhiyyə, təhsil və mədəniyyətin inkişafına böyük töhfəniz beynəlxalq aləmdə Sizə səmimi hörmət qazandırıb.
Sizin rəhbərliyinizlə ölkənin mənəvi potensialını möhkəmləndirən çox mühüm sosial təşəbbüslər həyata keçirilir. Sizin tibb elminin və təcrübəsinin inkişafına, həmçinin vətəndaşların sağlamlığının möhkəmləndirilməsinə yönəlmiş proqramların dəstəklənməsinə mühüm töhfənizi xüsusi qeyd etmək istərdim.
Sizə möhkəm cansağlığı, əmin-amanlıq və yüksək missiyanızda yeni-yeni uğurlarla bağlı ən xoş arzularımı qəbul edin.
Qoy, Azərbaycan sülh və tərəqqi naminə bundan sonra da yeni zirvələr fəth etsin!"
Sosial mediada reklam nəzarətə götürüldü: bloqerlər üçün yeni dövr b
Gözəllik, moda və rəqs mövzularında paylaşdığı videolarla tanınan və
Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayıl
Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Pr
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda kadr dəyişikliyi baş v
Sürücülərin məsuliyyətə cəlb olunması ilə bağlı qanuna dəyişiklik
"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin həbs müddəti uzadı
Mirasdan imtina etməmək mirasın qəbulu şərti kimi müəyyən edilir.
Müğənni Rəqsanə İsmayılova şəxsi həyatı barədə maraqlı açıqlamal
Dövlət İmtahan Mərkəzi bu gün 9-cu sinif şagirdlərinin buraxılış imta
Türkiyə Silahlı Qüvvələrində (TSK) FETÖ-yə qarşı keçirilən genişmi
Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Faye Prezident İlham Əliy
"Gürcüstan Azərbaycan - Ermənistan münaqişəsinə son qoymaqda çox m
Mayın 23-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəya
