“Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” Arayik Harutyunyan


Siyasət 23 May 2025 19:37:00 66 0

“Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun”  Arayik Harutyunyan

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Arayik Haruyunyanın yer aldığı videomaterial nümayiş etdirilib və o, dövlət ittihamçılarının suallarını cavablandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, videokadrlarda təqsirləndirilən şəxsin Samvel Karapetyanla birgə tankın üzərində oturub durbinlə ərazini müşahidə etdiyi görünür.

Dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran A.Harutyunyan videomaterialda danışdıqlarını yalan adlandırıb, bu fikirləri qardaşının adından səsləndirdiyini deyib.

O, Güllücə kəndinin (Ağdam rayonunun kəndidir - red.) tutulması barədə videoda səsləndirdiyi fikirlərlə bağlı isə bildirib: "Biz Güllücəyə girdik deyəndə 8-ci alayı nəzərdə tuturdum".

Məhkəmə prosesində nümayiş olunan fotoşəkillərin bəzilərində Arayik Harutyunyan özünü tanıyıb. Şəkillərin əksəriyyətində o, hərbi formada görünür.

Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxsə BMT-nin qətnamələrinin niyə icra olunmaması barədə suallar verib.

O, suallara cavabında deyib: "Bu barədə qərar var idi. Amma niyə yerinə yetirilməməsini bilmirəm. Mən Levon Ter-Petrosyanla da görüşmüşdüm. Başa düşdüm ki, yekdillik olmayıb".

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran təqsirləndirilən şəxs 2018-2019-cu illərdə Ermənistanla keçmiş qondarma qurum arasında keçirilən iki iclasın birində iştirak etdiyini bildirib və deyib: "2020-ci ilin may ayında "prezident" vəzifəsini qəbul etdim. İyun ayında Ermənistanın baş naziri Nikol Paşinyandan xahiş etmişəm ki, iclas çağırsın. İstəyirdim ki, Azərbaycanla danışıqlar olsun, yekun razılığa gəlinsin. Həmin söhbətin içində BMT-nin dörd qətnaməsi də var idi".

Dövlət ittihamçısı Vüsal Əliyevin Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərinin talanması barədə sualına cavab verən A.Harutyunyan qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 26-da davam etdiriləcək. Son.az 

“Azərbaycanın bu tədbirə ev sahibliyi etməsini alqışlayıram”  Paşinyan like
  • 23 May 18:59  
Siyasət “Azərbaycanın bu tədbirə ev sahibliyi etməsini alqışlayıram” Paşinyan

"Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçiri

arrow Ətraflı
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdamda keçirildi like
  • 23 May 18:56  
Siyasət Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdamda keçirildi

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respu

arrow Ətraflı
Bu klinikada uşaq ölümünə görə yoxlama aparıldı, pozuntu AŞKARLANDI like
  • 23 May 18:46  
Digərləri Bu klinikada uşaq ölümünə görə yoxlama aparıldı, pozuntu AŞKARLANDI

Yeni doğulan uşağın ölümü ilə bağlı açılan cinayət işi üzrə Lən

arrow Ətraflı
"Vasif Məhərrəmli yalan danışır" like
  • 23 May 18:20  
Şou-biznes "Vasif Məhərrəmli yalan danışır"

Əməkdar artist Nüşabə Ələsgərli həmkarı Vasif Məhərrəmlinin onun ha

arrow Ətraflı
FHNdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT like
  • 23 May 18:06  
Digərləri FHNdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti

arrow Ətraflı
Bağçalara qəbulda növbələrin yaradılması müvəqqəti dayandırıldı like
  • 23 May 18:00  
Digərləri Bağçalara qəbulda növbələrin yaradılması müvəqqəti dayandırıldı

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi

arrow Ətraflı
Xaçmazda evə sərxoş gələn qayınata gəlinini döydü like
  • 23 May 17:55  
Digərləri Xaçmazda evə sərxoş gələn qayınata gəlinini döydü

Xaçmazda evə sərxoş gələn qayınata gəlinini döyüb.

arrow Ətraflı
Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsi başa çatdı like
  • 23 May 17:46  
Dünya Rusiya və Ukrayna arasında ən böyük əsir mübadiləsi başa çatdı

ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında ən böyük hərbi ə

arrow Ətraflı
Lüks avtomobillər su qiymətinə  BMW, "Mercedes" və "Toyota" 1 200 manatdan... like
  • 23 May 17:40  
Digərləri Lüks avtomobillər su qiymətinə BMW, "Mercedes" və "Toyota" 1 200 manatdan...

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)

arrow Ətraflı
"Əsəbdən qıpqırmızı oldu" like
  • 23 May 17:35  
Şou-biznes "Əsəbdən qıpqırmızı oldu"

Əməkdar artist Dilarə Əliyeva İzzət Bağırovla bağlı yol əhvalatını

arrow Ətraflı
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ like
  • 23 May 17:12  
Digərləri Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Mayın 24-ü axşam və 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamand

arrow Ətraflı
XƏBƏRDARLIQ: Bu küçələrdə avtomobillərin hərəkəti dayandırılır like
  • 23 May 17:04  
Digərləri XƏBƏRDARLIQ: Bu küçələrdə avtomobillərin hərəkəti dayandırılır

Sabah bir sıra yollarda avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiy

arrow Ətraflı
Halit Ergenç həbs edildi like
  • 23 May 16:55  
Şou-biznes Halit Ergenç həbs edildi

Aktyorlar Halit Ergenç və Rıza Kocaoğluna hökm oxunub.

arrow Ətraflı
Mixail Qusmanın filminin premyerası baş tutacaq like
  • 23 May 16:48  
Dünya Mixail Qusmanın filminin premyerası baş tutacaq

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın "Birləşmiş

arrow Ətraflı