Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?
Digərləri 25 May 2025 17:18:00 67 0
Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə ciddi ziyan vurub. Bunun məhsuldarlığa mənfi təsir edəcəyi proqnozlaşdırlır.
Bu xəbəri də oxu: Yeni qanunla sosial media reklamı tənzimlənir Nələr dəyişəcək?
Son günlərdə ölkəmizdə yağıntı miqdarının normadan dəfələrlə artıq müşahidə edilməsi kənd təsərrüfatı sahəsinə də ciddi ziyan vurmaqdadır. Əvvəlki dövrlərdə bu aylarda artıq bazarlarda bir çox mövsümi meyvə-tərəvəzlərə rast gəlirdik. Lakin havaların yağışlı keçməsi bu il üçün heç də üzümüzü güldürmür. Belə vəziyyətdə çoxumuzu bir sual düşündürür: havanın belə qeyri-sabit keçməsi kənd təsərrüfatına necə təsir göstərəcək? Bunun bazardakı qiymətlərə təsiri olacaqmı?
Son.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
Yağışlı havalar ən çox şimal bölgəsinə ziyan vurub
Aqrar ekspert Eldar Hüseynovun sözlərinə görə, yağışlı havalar ən çox şimal bölgəsinə ziyan vurub: "Havaların dəyişkən keçməsi, davamlı yağışların yağması kənd təsərrüfatı üçün çox pis oldu. Məhsul əkilən bölgələrimizdə ciddi fəsadlar var. Quba və Qusar ərazisində yağan leysan yağışları nəticəsində 80 min hektar əkin sahəsi ciddi ziyan görüb. Bəzi yerlərdə məhsulları yenidən əkirlər. Bu isə onların yetişməsində gecikməyə səbəb ola bilər. Şimal bölgələrində məhsulların gecikməsi digər ərazilərə görə, daha çox müşahidə ediləcək. Həm də havalar belə olduğu dövrdə məhsullarda xəstəliklər də yayılır. Bunun qarşısını almaq da xeyli çətin olacaq".
Hansı məhsullara ziyan dəyib?
E.Hüseynov bildirdi ki, Mil-Muğan zonasında bu dövrlərdə bir çox məhsullar, tərəvəzlər yetişirdi. Lakin bu il həmin zonada da məhsulların yetişməsində gecikmələr var: "Açıq havada əkilən pomidorun da bazara çıxmasında gecikmələr olacağı gözlənilir. Bu gedişlə qarpızın da yetişməsi uzanacaq. Qeyri-sabit hava şəraiti ən çox tərəvəzlərə təsir edəcək. Tərəvəz seqmentində ən çox ziyan görən pomidordur. Soğana xeyli ziyan dəyib. Meyvələr üçün isə elə də böyük risk mövcud deyil".
Ekspert qeyd etdi ki, taxıl məhsulları da yağışdan ziyan görən məhsullar siyahısındadır: "Taxıla da yağıntılar xeyli ziyan vurub. Bəzi sahələrdə kiflənmə, yatma müşahidə edilir. Normalda may ayının 20-dən arpa yığımı başlayacaq, iyunda isə buğda biçiləcək. Havalar bir az isindiyi təqdirdə bu məhsullarla bağlı problemlər aradan qalxa bilər".
İxrac olunan məhsullarla bağlı heç bir problem olmayacaaq
Ekspertin fikrincə, yağıntılarla əlaqədar məhsullar az olacağından, qiymətlərin də artacağı qaçılmazdır: "Keçən il bu ildən daha çox məhsul əkilmişdi. Məsələn, keçən il 10 hektar badımcan əkilmişdisə, bu il bu rəqəm 2 hektardır. Pomidor bu il daha çox əkilib. Lakin daşqınlar səbəbindən əksəriyyəti tələf oldu. Aran zonasında Beyləqan və Yevlaxda pomidorları don vurdu. Bu səbəbdən pomidor ilk dövrlərdə baha ola bilər. Lakin payıza doğru bahalaşma səngiyəcək".
E.Hüseynov bildirdi ki, ixrac olunan kənd təsərrüfatı məhsulları ilə bağlı heç bir problem olmayacaq: "Çünki ixrac üçün əsasən istixanalarda yetişdirilən məhsullar göndərilir".
"Aqroparklar yaradılmalıdır"
İqtisadçı Rauf Qarayev də qeyd etdi ki, yağıntılardan ən çox ziyan görən tərəvəzlərdir: "Yağış mütəmadi olaraq müşahidə olunarsa, yeraltı suların qalxması müşahidə edilir. Nəticədə insanlar əkdikləri tərəvəzləri yığa bilmirlər. Məhsul məhv olduğu üçün bazarda qiymətlərin yüksəlməsi müşahidə olunur".
R.Qarayev daxili bazarda qiymətlərin yüksəlməməsi üçün aqroparkların yaradılmasını zəruri sayır: "Aqroparklarda istənilən məhsulu yetişdirə bilərik. İqlim dəyişikliyi, yağıntılar aqroparklara təsir etmir. Belə olarsa, artıq bazarda məhsul qıtlığı da yaranmayacaq".
İdxaldan asılılıq artacaq
R.Qarayevin sözlərinə görə, kənd təsərrüfatı məhsulları ilə bağlı qıtlığı aradan qaldırmaq üçün idxala da yönələ bilərik: "Əgər yağıntılar səbəbindən ölkəmizdə məhsul qıtlığı yaranarsa, digər ölkələrdən idxal edə bilərik. İdxal istiqamətlərinə İran, Gürcüstan, Türkiyə, Rusiyanı daxil etmək olar".
Ekspert düşünür ki, artıq aqrar strategiyamızı dəyişməliyik: "Bütün dünyada iqlim dəyişir. Dünyada da isti regionlar soyuyur, şimal regionlarda istiləşmə baş verir. Bu da o deməkdir ki, artıq cənubda yetişən məhsullar şimalda da yetişdirilə bilər və ya əksinə. Bu səbəbdən ölkəmizin kənd təsərrüfatı strategiyasında dəyişiklik edə bilərik. Bunu edə bilsək, havaların sərt, qeyri-sabit keçməsi kənd təsərrüfatına o qədər də təsir etməz".
R.Qarayevin fikrincə, havaların yağışlı keçməsindən istifadə etməliyik: "Çünki kənd təsərrüfatı sahəsində su çatışmazlığı yaranır. Bunun qarşısını almaq üçün süni göllər yaradılmalıdır. Ölkəmizdə yağış sularından yetərincə istifadə edilmir. Yağışlı havanın çox olması daşqınların yaranmasına səbəb olur. Bu, bir çox hallarda məhsullara ziyan vurur. Bunun qarşısının alınması üçün bəndlərin möhkəmlənməsi işləri də aparılmalıdır".
Qars şəhərində həyata keçirilən unikal tibbi əməliyyat zamanı bir xəs

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə

Ümumdünya Nobel Mükafatları Komitəsinin Beynəlxalq Nobel İnformasiya Mər

Elxan Şahinoğlu: Azərbaycanın Ukraynaya dəstəyi beynəlxalq nüfuzunun gö

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün II və III ixtisas qrupları

ABŞ və Avropanın yüksək səviyyəli rəsmiləri və hərbi ekspertləri hes

Mayın 26-dan etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokoll

"Azərbaycanfilm" kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq

Azərbaycan Hava Yolları (AZAL) təyyarədə pəncərə kənarında əyləşmə

Biz müharibəni bu il diplomatik yolla sonlandırmaq istəyirik.

Tiflisin mərkəzindəki Qəhrəmanlar meydanında BMV markalı avtomobilin sür

Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıyır və də

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə t
