Elgizin verilişi ilə bağlı qərar verildi
Şou-biznes 26 May 2025 18:24:00 406 0
26 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.
Bu xəbəri də oxu: "Xalq artistləri kafe səviyyəsindədir, ölkədə əsl ulduz ROZADIR"
Son.az xəbər verir ki, bu barədə Şuradan məlumata verilib. Bildirilib ki, "ARB" televiziya kanalının efirində 21 may 2025-ci il tarixdə yayımlanan "Elgizlə izlə" proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub.
Qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı aparıcı və qonaq tərəfindən "Qadını özbaşına buraxmaq olmaz. Bunu qadınlar özləri də etiraf edirlər ki, qadını ki, özbaşına buraxdın, evin yıxıldı. Qurtardı e...", "Ümumiyyətlə deyirlər ki, qadını tanımaq üçün qadına pul vermək lazımdı və bir də azadlıq vermək lazımdı. Onda siz qadını çox yaxşı tanıyacaqsız...", "Azadlıq da ver, pul da ver. O qadının sonra əl-ayağını yığışdırmaq olar? Pulu da verəsən, azadlığı da verəsən..." fikirləri səsləndirilib.
Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
Şura üzvləri məsələni diqqətlə müzakirə etmiş və yekdilliklə bu dialoqun cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəliblər. Sonda Audiovizual Şuranın üzvləri "ARB" kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib, bütün yayımçılardan belə müzakirələr zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub. Son.az
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbayca
28 may - Azərbaycan Respublikasının Müstəqillik gününə həsr olunmuş &q
Beynəlxalq Muğam Muğam Mərkəzində milli muğam sənətinin görkəmli nüm
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyev
Amerikalı alimlər Qərbi Amerika sahillərində gələcək onilliklər üçün
Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev Pre
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident
Yasamal rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yarana
Fövqəladə Hallar Nazirliyi (FHN) Nəvahi qəsəbəsində 11 ailə üçün fə
Müğənni Damlanın maraqlı görüntüsü yayılıb.
Ulduzlar bəzi bürclərə nəhayət gülümsəyir. Ulduz falına inananlar üç
Son.az xarici mətbuata istinadla 26 may - 1 iyun həftəsi üçün bürc proqno
Pərvin Abıyeva Azərbaycanda aktrisa kimi fəaliyyət göstərməyəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, əgər Konstitusiya M
İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Raka Azərbayca
