Prezident Bəylik kəndinin açılışında iştirak edib
Siyasət 27 May 2025 12:23:00 354 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak edib.
AZƏRTAC bildirir ki, Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verib.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq Laçın rayonunda, o cümlədən Bəylik kəndində genişmiqyaslı quruculuq işləri aparılır.
X X X
Prezident İlham Əliyev Laçın rayonunun Bəylik kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub.
Buradakı otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var. Bəylik kəndində evlərin, sosial obyektlərin, küçələrin işıqlandırılmasında yaşıl enerjidən istifadə edilir. Bu məqsədlə digər obyektlər kimi klub-icma mərkəzinin binasının damında da günəş panelləri quraşdırılıb.
X X X
Sonra Prezident İlham Əliyev Bəylik kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, tamamilə yenidən tikilən kəndə ümumilikdə 90 ailə - 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Ərazisi 29,6 hektar olan kənddə 91 fərdi ev inşa olunub. Evlərdən 13-ü iki, 50-si üç, 15-i dörd, 13-ü isə beşotaqlıdır.
Bəylik kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr tikilib, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə təbr
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerdən Az
Bakıda və Abşeron yarımadasında mayın 28-də hava şəraitinin dəyişkən
Aşıq Namiq Fərhadoğlu açıqlaması ilə diqqət çəkib.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind
Sosial mediada dəbdəbəli həyat tərzi və rəngarəng çıxışları ilə ta
Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə
Bəzi ev bitkilərinin gözoxşayan görüntüsünün arxasında ciddi sağlaml
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın ka
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın El
Kibertəhlükəsizlik üzrə mütəxəssislər və texnologiya şirkətləri tel
Milli Qəhrəman Allahverdi Bağırovun bacısı Svetlana Bağırova vəfat edib
Bu gün Bakının Nizami rayonunda suyun verilməsində fasilə yaranacaq.
