Kavelaşvili İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 27 May 2025 20:10:00 370 0
Gürcüstanın Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi
Son.az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına gürcü xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün Azərbaycan xalqının milli qürurunun, mətanətinin və əzmkarlığının qüdrətli rəmzidir.
Azərbaycan öz tarixi boyu güclü, müstəqil dövlət kimi beynəlxalq aləmdə nüfuzlu rola malik ölkə olmaq üçün xeyli çətinliklərin öhdəsindən gəlib.
Gürcüstanda biz xalqlarımızı birləşdirən nümunəvi dostluğu və güclü strateji tərəfdaşlığı yüksək qiymətləndiririk. Ölkələrimiz qarşılıqlı hörməti və gələcəyə ümumi baxışı rəhbər tutaraq ardıcıl şəkildə həmrəydirlər.
Gürcüstan Azərbaycanın davamlı inkişafına verdiyi dəstəyə sadiq qalır. Əminəm ki, sıx əməkdaşlığımız sayəsində biz Cənubi Qafqazda davamlı sülhə və sabitliyə mühüm töhfə verə bilərik.
Mən Sizi yaxın gələcəkdə Tbilisidə salamlamaq fürsətini səbirsizliklə gözləyirəm.
Bu mühüm bayram münasibətilə Sizə və Azərbaycan xalqına bir daha ən səmimi təbriklərimi çatdırır, sülh, firavanlıq və davamlı uğurlar arzulayıram". Son.az
Tədbirdə nəqliyyat sahəsində yaşıl texnologiyaların tətbiqi, bu sahəd
Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı meyxana ustası
Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 27-də Laçında Azərbaycan Re
Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının
Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Respublikasının
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Türkiyənin Şırnak rayonunda mayın 24-də baş verən qəza ağır itkilər
Əməkdar artist Coşqun Rəhimov "Günaydın, Azərbaycan" verilişin
Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avr
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezi
1918-ci il mayın 28-i Azərbaycan xalqının dövlətçilik tarixində dönüş
Müğənni Zenfira İbrahimova ilk dəfə evinin qapısını kameraların obyekt
Son.az xəbər verir ki, Laçında Azərbaycan Respublikasının Prezidenti İl
Ankara mərkəzli 16 il davam edən əməliyyat nəticəsində dövlət qurumlar
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan
