Tanınmış cərrah illərlə narkozlu xəstələrinə qarşı əxlaqsızlıq edibmiş
Dünya 28 May 2025 22:35:00 444 0
Cərrah işlədiyi illərdə yüzlərlə xəstəyə, əsasən də uşaqlara qarşı əxlaqsızlıq etdiyini etiraf edən sabiq fransız həkim Joel Le Scouarnec 20 il azadlıqdan məhrum edilib.
Bu xəbəri də oxu: İranda iki avtobus toqquşdu Xeyli sayda yaralı var
Son.az BBC-yə istinadla xəbər verir ki, 74 yaşlı Le Scouarnec 1989-2014-cü illər arasında baş vermiş hadisələrlə bağlı ötən aylarda məhkəmədə 299 nəfərə qarşı əxlaqsız hərəkətlər etdiyini qəbul edib. Hökmü oxuyan hakim Aude Burési sabiq cərrahın əsasən xəstə, müdafiəsiz və ya narkoza verilmiş şəxsləri hədəf aldığını bildirib.
20 illik cəzanın ən azı üçdə ikisini çəkilməsi məcburidir. Le Scouarnec artıq 7 ilini həbsdə keçirdiyi üçün 2030-cu ildən etibarən şərti azadlığa buraxıla bilər.
Zərərçəkmişlərdən biri Amélie Lévêque onun bir gün küçədə sərbəst gəzə biləcəyini düşünməyin belə üzücü olduğunu deyib. "Biz artıq normal həyat yaşaya bilmirik, amma ona bu hüququ verirlər. Bu məni iyrəndirir," - deyə o bildirib.
Zərərçəkmişlərin hüquqşünaslarından Francesca Satta hökmü yüngül adlandıraraq, qanunların dəyişdirilməsinin vaxtı çatdığını deyib: "299 nəfərin adı olan bir iş üçün 20 il çox azdır."
Le Scouarnec-in vəkili Maxime Tessier onun hökmə etiraz etməyi planlaşdırmadığını açıqlayıb.
O, artıq 2020-ci ildə dörd uşağa qarşı törətdiyi əxlaqsız əməllərə görə 15 il həbs cəzası almışdı. Yeni məhkəmə prosesi isə fevral ayının sonundan bəri Fransanın Bretan bölgəsində keçirilirdi.
Bu müddətdə bir çox zərərçəkmiş məhkəmədə çıxış edərək yaşadıqları travmalardan danışıblar. Le Scouarnec onların çoxuna əməliyyat zamanı və ya narkoza verilmiş vəziyyətdə toxunduğunu etiraf edib.
Onun evində tapılan şəxsi gündəliklərində əməllərini təfərrüatlı şəkildə yazması nəticəsində polis zərərçəkmişlərin izinə düşə bilib. Bir çoxu baş verənləri yalnız bu yazılardan sonra öyrənib.
İsmayıl Son.az
Səhər açılar-açılmaz mətbəxə keçib çaydanı işə salmaq azərbaycan
Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu iyunun 2-də İstanb
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş 28 May -
Rusiya xarici işlər naziri Sergey Lavrov Almaniyanın Ukraynaya hava hücumund
Yay fəslində təbiətdə vaxt keçirmək çoxları üçün istirahət və əyl
Xəbər verdiyimiz kimi, Muay-Tay Federasiyasının sədri Araz Musayev Antalyad
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana
Astroloji aləmdə bəzi bürclər var ki, söz demədən, yalnız varlıqları
Dövlət Təhlükəsizliyi Xidmətinin sosial şəbəkə səhifələrində 28 Ma
ABŞ-də aparılan sorğulara görə insanların 42 faizi səhər, 25 faizi isə
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi, jur
İsrailin Baş naziri Benyamin Netanyahu 28 may 2025-ci il tarixində Knessetd
Avstraliyada baş verən qeyri-adi və eyni zamanda sarsıdıcı hadisə sosial
Neftçala rayonunda bədbəxt hadisə baş verib.
Hər il olduğu kimi bu il də radikal müxalifət dairələrinin ənənəvi siy
