Azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq SƏRƏNCAM
Siyasət 30 May 2025 12:12:00 72 0
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında Sərəncam imzalayıb.
Son.az AZƏRTAC-a istinadən əbər verir ki, Sərəncama əsasən Nazirlər Kabinetinə "Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın layihələrini, habelə həmin layihələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin həcminə və maliyyələşmə mənbələrinə dair təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Sərəncama əsasən Nazirlər Kabineti nəzərdə tutulan layihələr hazırlanarkən 2027−2030-cu illərdə hazırlanması planlaşdırılan dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əhatə olunmasını, qabaqcıl beynəlxalq təşkilatlarla və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını təmin etməlidir. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Sərəncamda qeyd edilib ki, sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənib, şaxələnməsi dərinləşib, iqtisadi artım davamlı və inklüziv xarakter alıb, əhalinin rifah səviyyəsi yüksəlib və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşıb.
Qeyd olunan nəticələrin əldə edilməsində özəl təşəbbüslərin və investisiyaların cəlbinin təşviqi, biznes mühitinin əlverişliliyinin dəstəklənməsi, qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı mühüm rol oynayıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirib.
Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.
Bir vaxtlar məşhur olan "Çuda peçka" mağazalar şəbəkəsinin sa

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri An

Alimlər ömrü uzatmağın yolunu tapıblar.

Gizli kamera qalmaqalı böyüyür: Hotel, gündəlik ev, lazer mərkəzinə qə

Manisada yerləşən avtomobil yuma məntəqəsində faciə baş verib.

Bu gün tədbirin təşkilatçılarından, eyni zamanda dövlət başçımızın

Milli Məclis Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyev və

Daima korporativ sosial məsuliyyət layihələrində fəal iştirak edən Ziraa

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb.

2025-ci ilin yanvar-mart aylarında Bakı şəhərində muzdla işləyənlərin

Rusiya ordusu tərəfindən Yuxarı Tersa kəndinə hava hücumları həyata ke

Bu gün Naxçıvanda Qlobal İnformasiya Mühiti və Media Trendləri" Konf

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə baş mə

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Birdən böyük pul qazana biləcək 6 bürc astroloji inanclara əsaslanaraq a
