BMTnin Afrika əsilli Şəxslərin Daimi Forumunun rəsmi internet səhifəsində BTQ icraçı direktorunun çıxışı yerləşdirilib


Siyasət 30 May 2025 23:22:00 88 0

BMTnin Afrika əsilli Şəxslərin Daimi Forumunun rəsmi internet səhifəsində BTQ icraçı direktorunun çıxışı yerləşdirilib

BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun rəsmi internet səhifəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasovun çıxışı yerləşdirilib.

Son.az report-a istinadən xəbər verir ki, mayın 29-da BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun rəsmi internet səhifəsində BTQ-nin icraçı direktoru Abbas Abbasovun, habelə Fransanın müstəmləkə əsarəti atlında olan Dənizaşırı ərazilərindən olan nümayəndələrinin, o cümlədən BTQ-nin dəstəyi ilə yaradılmış Beynəlxalq Dekolonizasiya Cəbhəsinin üzvlərinin 4-cü sessiyadakı çıxışları yer alıb.

Bundan əlavə, BTQ-nin BMT-nin Nyu-Yorkdakı iqamətgahında bu il aprelin 15-də BMT-nin Afrika əsilli Şəxslərin Daimi Forumunun (AŞDF) 4-cü illik sessiyası çərçivəsində "Dekolonizasiya: Sakit İnqilab" adlı beynəlxalq konfransın sonunda başladılmış "Tarixi müstəmləkə zülmünü tanımaq və lazımi təzminatı təmin etmək" adlı petisiya da Forumun rəsmi internet səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Forum BMT Baş Assambleyasının (BA) 2 avqust 2021-ci il tarixli A/RES/75/314 nömrəli qətnaməsi ilə yaradılıb.

Qətnamədə BMT BA-nın "Kolonializm, qulların alqı-satqısı və quldarlıq qurbanlarının, xüsusilə də Afrika diasporundakı Afrika əsilli şəxslərin, bərabərliyinə və insan ləyaqətinə hörmət edilməsi prinsiplərinə bağlılığı" qeyd edilir.

Forumun mandatında "Forumun BMT-nin digər orqanları və mexanizmləri ilə birgə Afrikalılar və Afrika əsilli şəxslərin məruz qaldığı quldarlığın, ticarətin və kolonializmin səbəb olduğu haqsızlıqların aradan qaldırılması üçün tədbirlər üzərində iş aparacaq" və "kolonializmin {...} fəsadlarını dayandırmaq, onları tanımaq {...} kimi məsələlərin həll edilməsi üçün təşəbbüslərin, imkanların, problemlərin və qabaqcıl təcrübələrin birgə öyrənilməsi, analizi və müəyyən edilməsinə yardım edən biliklərin tərtibatını təşviq" edəcək kimi məqamlar öz əksini tapıb.

Bundan əlavə, BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) məsləhətçi orqanı olan Forumun ildə bir dəfə sessiyası növbəlik əsasda BMT-nin mərkəzi orqanlarında təşkil olunur. Forumun gördüyü işlər, onun təkliflərini və tövsiyələrini özündə əks etdirən məruzə ildə bir dəfə BMT BA və İHŞ-ya təqdim edilir.

Xatırladaq ki, quldarlıq təcrübəsindən geniş şəkildə istifadə etmiş Fransanın hazırda müstəmləkəçiliyi altında olan ərazilərin əksəriyyətini Afrika əsilli şəxslər təşkil edir.

Beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq, dünyada dekolonizasiya prosesini təşviq edən və müstəmləkəçiliyə qarşı mübarizə aparan Bakı Təşəbbüs Qrupu müvafiq beynəlxalq mexanizmlərin yaratdığı imkanlardan yararlanaraq XXI əsrdə kolonializmin tam şəkildə ləğv etdirilməsi məsələsinin əhəmiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa davam edir. Son.az 

Xərçəng təhsilinə əngəl olmadı  İmtahanda yüksək nəticə göstərdi like
  • 30 May 23:14  
Digərləri Xərçəng təhsilinə əngəl olmadı İmtahanda yüksək nəticə göstərdi

Xəbər verdiyimiz kimi, 20 aprel tarixinində keçirilmiş buraxılış imtahan

arrow Ətraflı
"Allah haqqı, itin zülmünü çəkirik" like
  • 30 May 23:08  
Digərləri "Allah haqqı, itin zülmünü çəkirik"

Biləsuvar rayonunun Əhmədağa Muğanlı küçəsində yaşayan sakinlər uzun

arrow Ətraflı
"Üzüldüm, fikirdən arıqlamışam" like
  • 30 May 22:51  
Şou-biznes "Üzüldüm, fikirdən arıqlamışam"

"Dərd, fikirdən arıqlamışam. Üzdü məni. Problemlərim var. Ruhəngi

arrow Ətraflı
Ən yüksək balı onlar topladı like
  • 30 May 22:37  
Digərləri Ən yüksək balı onlar topladı

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəss

arrow Ətraflı
Tələbə faciəvi şəkildə öldü like
  • 30 May 22:24  
Digərləri Tələbə faciəvi şəkildə öldü

Mingəçevir Dövlət Universitetinin tələbəsi vəfat edib.

arrow Ətraflı
Gəncənin bombalanmasının şahidi  "Hadisə zamanı ətrafa 6070 bombacıq düşdü" like
  • 30 May 21:59  
Siyasət Gəncənin bombalanmasının şahidi "Hadisə zamanı ətrafa 6070 bombacıq düşdü"

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
"Xəyanət qlobal məsələ deyil ki, ailəmi dağıdam" like
  • 30 May 21:42  
Şou-biznes "Xəyanət qlobal məsələ deyil ki, ailəmi dağıdam"

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları maraqlı açıqlamalar ver

arrow Ətraflı
Elgizin səhhəti pisləşdi: "Az qala ölmüşdüm" like
  • 30 May 21:11  
Şou-biznes Elgizin səhhəti pisləşdi: "Az qala ölmüşdüm"

"Az qala ölmüşdüm. Bir halda idim. Dedim ki, artıq bitdi".

arrow Ətraflı
Bu ərazilərdə 15 dayanacaq pavilyonu quraşdırılacaq like
  • 30 May 20:26  
Digərləri Bu ərazilərdə 15 dayanacaq pavilyonu quraşdırılacaq

Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göst

arrow Ətraflı
Dəbdəbəli bağından VİDEO yaydı like
  • 30 May 20:06  
Şou-biznes Dəbdəbəli bağından VİDEO yaydı

Şair və qiraətçi Nazilə Səfərli sevincini izləyiciləri ilə bölüşüb

arrow Ətraflı
Rumıniya Prezidenti İlham Əliyevi təbrik edib like
  • 30 May 19:58  
Siyasət Rumıniya Prezidenti İlham Əliyevi təbrik edib

Rumıniyanın Prezidenti Nikuşor Dan Azərbaycan Respublikasının Prezidenti

arrow Ətraflı
Ağdərəə mülki şəxs minaya düşdü like
  • 30 May 19:50  
Digərləri Ağdərəə mülki şəxs minaya düşdü

Ağdərə ərazisində mülki şəxs minaya düşüb.

arrow Ətraflı
Gəncənin bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları elan olundu like
  • 30 May 19:46  
Siyasət Gəncənin bombalanmasını həyata keçirmiş Ermənistan hərbçilərinin adları elan olundu

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq ol

arrow Ətraflı
Latviya Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb like
  • 30 May 19:41  
Siyasət Latviya Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviç Azərbaycan Respublikasın

arrow Ətraflı
Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub like
  • 30 May 19:22  
Siyasət Azərbaycan və BƏƏ prezidentləri arasında telefon danışığı olub

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmi

arrow Ətraflı