Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA
Şou-biznes 31 May 2025 20:14:00 93 0
Əməkdar artist Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən kənarlaşdırılması və ona töhmət verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Bu xəbəri də oxu: "And olsun Allaha, ən bahalı maşını o, sürür"
Füzuli Hüseynov bu barədə Oxu.Az-a açıqlaması zamanı teatr rəhbərliyinin qərarından xəbərsiz olduğunu deyib:
"Müdiriyyət necə məsləhət bilirsə, elə də edir. Burada nə var ki? İşə gedim, yəqin, bildirərlər. İşçiyə töhmət verərlər də".
F.Hüseynov, həmçinin aktyor Əli Nurla aralarında yaşandığı deyilən dava və onun hüquq-mühafizə orqanlarına müraciəti məsələsinə də münasibət bildirib:
"Mən belə bir aktyor tanımıram. Hara istəyir, ora şikayət etsin. Mənim üçün həmin adam maraqlı deyil".
Xatırladaq ki, Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad olunub və ona töhmət verilib. Teatrın yaydığı məlumatda bildirilib ki, bu qərar Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə ilə əlaqədar verilib.
"Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb", - deyə teatrın açıqlamasında qeyd olunub. Son.az
Müğənni Mənzurə Musayeva "Funda Hospital"da çalışan plastik-c

Texnologiya nəhəngi İlon Mask yenidən gündəmə gəlib. Bu dəfə isə səb

Mart ayında Misir Hərbi Hava Qüvvələrinə məxsus Antonov An-74t-200A nəql

ABŞ-nin Florida ştatının Mayami şəhərində faciəli şəkildə ölən az

Astroloji aləmində bəzi bürclər var ki, onların adını eşidən kimi ağ

Bir vaxtlar "O şimdi asker" mahnısı ilə məşhurluq qazanan Tuğba

Keçmiş müstəntiq Rüfət Səfərovun həbs müddəti uzadılıb.

Alimlər ilk dəfə Günəşin üst qatında - koronasında "yağışa bən

Müğənni Aysun İsmayılova rəqsi ilə diqqət çəkib.

Türkiyədə sosial şəbəkədə tanış olduğu qadınları qarət edən azər

ABŞ Prezidenti Donald Trump polad və alüminium idxalına tətbiq edilən rüs

Məşhur modellər Bella və Cici Hadidin daha bir bacısı olduğu ortaya çıx

Alyaska sakini Kell Morris həyatı bahasına başa gələcək hadisədən möc

Ermənistanın Azərbaycan ərazilərini mina ilə çirkləndirməsi səbəbind
