Tramp ad günü üçün fantastik məbləğ xərcləyəcək Tanklar, orkestr...
Dünya 02 İyn 2025 13:27:00 321 0
ABŞ prezidenti Donald Tramp 79-cu doğum günü münasibətilə Vaşinqtonda təşkil olunacaq hərbi parada təxminən 45 milyon dollar xərcləyəcək.
Bu xəbəri də oxu: İranda iki avtobus toqquşdu Xeyli sayda yaralı var
Son.az xəbər verir ki, parad həm də ABŞ ordusunun 250 illiyinə həsr olunacaq.
Amerika rəsmilərinin hesablamalarına görə, parad Vaşinqton küçələrinə 16 milyon dollaradək ziyan vura bilər.
Tədbir zamanı 28 M1A1 tankı, 28 Bradley döyüş maşını, 28 Stryker zirehli texnikası və müxtəlif artilleriya sistemləri olmaqla ümumilikdə 130-a yaxın texnika iştirak edəcək.
Parad marşrutunda 50-dən çox helikopter havaya qalxacaq, 7000 əsgər küçələrdən keçəcək. Əlavə olaraq, səkkiz orkestr, onlarla at və iki qatır da paradda yer alacaq.
NBC News-un məlumatına görə, ordu şəhər infrastrukturuna dəyəcək ziyanı qarşılamağı planlaşdırır. Yalnız küçə təmiri xərcləri 16 milyon dollar təşkil edə bilər. Tankların hərəkəti üçün əraziyə 20 fut hündürlüyündə metal lövhələr yerləşdiriləcək - bu da əlavə 3 milyon dollar xərc deməkdir.
Vaşinqton meri Muriel Bouzer zirehli texnikanın şəhər infrastrukturuna vuracağı zərərin miqyasından narahat olduğunu bildirib.
Donald Tramp isə NBC News-a verdiyi açıqlamada 90 dəqiqəlik paradı "göz yaşardacaq qədər dəyərli" adlandırıb və yüksək xərcləri haqlı saydığını bildirib.
Fidan Son.az
Hər il valideynləri narahat edən əsas məsələ məktəbli geyimləridir. Ç
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre
Aparıcı Aytən Səfərova açıqlaması ilə diqqət çəkib.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre
İyunun 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
Müğənni əkiz bacılar Sevil- Sevinc açıqlmaları ilə diqqət çəkiblər
EMOSİONAL SAĞLAMLIĞA YENİ YANAŞMA: “EMOSİYALAR” FUNKSİYAS
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiq
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre
Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqinə fasilə vermək qərarına
Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şax
"Bakı Enerji Həftəsi" Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıye
Prezident İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçıları
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre
