Anar Ələkbərov Yaponiyanın “Ekspo 2025” üzrə naziri ilə görüşüb FOTO
Siyasət 03 İyn 2025 13:47:00 88 0
Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin "Ekspo 2025" üzrə baş komissarı Anar Ələkbərov Yaponiyanın Regionların inkişafı naziri, eləcə də "Ekspo 2025" üzrə nazir Yoşitaka İto ilə görüşüb.
Bu xəbəri də oxu: Bakı sözünü dedi: indi növbə Avropa İttifaqında
Trend xəbər verir ki, görüşdə iki ölkə arasında inkişaf etməkdə olan siyasi-iqtisadi, humanitar əlaqələrin əhəmiyyəti vurğulanıb, regionlararası əməkdaşlıq və digər sahələrdə birgə layihələrin perspektivləri müzakirə olunub.
Ölkəmizin "Ekspo 2025"də fəal iştirakına və bununla da dünya sərgisinə verdiyi töhfəyə görə minnətdarlığını bildirən Yoşitaka İto Azərbaycan milli pavilyonunun Osaka sərgisində ən seçilənlər və ziyarət olunan pavilyonlar sırasında olduğunu vurğulayıb. Osakada "Ekspo 2025" çərçivəsində iyunun 5-də keçiriləcək Azərbaycan Milli Günü münasibəti ilə təbriklərini çatdıran Yoşitaka İto Azərbaycan və Yaponiyanın bir sıra şəhərləri arasında gələcək əməkdaşlığın da əlaqələrin genişlənməsində vacib olduğunu bildirib.
Azərbaycanın Osakadan əvvəl əvvəl Milan, Dubay kimi dünya sərgilərində də müstəqil milli pavilyonla təmsil olunduğunu qeyd edən Anar Ələkbərov ölkəmizin Ekspo hərəkatına hər zaman öz töhfəsini verdiyini bildirib. Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq islərinin aparıldığını diqqətə çatdıran Anar Ələkbərov, ölkədəki bu cür genişmiqyaslı layihələrlə yanaşı dünya sərgisində təmsil olunmağın Azərbaycanın Ekspo hərəkatına verdiyi önəmin göstəricisi olduğunu vurğulayıb.
Qeyd edək ki, Yaponiyanın Osaka şəhərində aprelin 13-dən fəaliyyətə başlayan "Ekspo 2025" dünya sərgisi oktyabrın 13-dək davam edəcək. 2000-ci ildən Ekspo sərgilərində uğurla iştirak edən Azərbaycan bu il də milli pavilyonla təmsil olunur. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyon "Dayanıqlı inkişafa doğru yeddi körpü" (Seven bridges for sustainability) mövzusunu əhatə edir. İyunun 5-də keçiriləcək Azərbaycan Milli Günü çərçivəsində isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunacaq.
Bakıda iki uşaq anasının ölümündə təqsirləndirilən həkimə hökm o

Gələn ay Azərbaycanda qadınların pensiya yaşı yenidən qalxacaq.

Keniyada keçirilən dəbdəbəli toy mərasimində inanılmaz hadisə yaşanıb

Prezident İlham Əliyev Qaraməryəm-İsmayıllı-Şəki magistralını Oğuz r

Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Jomart Tokayevi t

Monteneqroda reklam çəkilişi zamanı 19 yaşlı serbiyalı model Tiyana Radon

Moldova aktiv şəkildə Azərbaycanla uzunmüddətli qaz tədarükü müqavilə

Qurban minimum xırdabuynuzlu heyvanlardan - qoç, qoyun, keçidən kəsilir.

Sabah Bakıda külək zəifləyəcək, rayonlarda güclənəcək.

Meyxanaçı Pərviz Bülbülə keçirilən tədbirlərin birinə qatılıb.

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icra

Xantı-Mansiysk Muxtar Dairəsinin (XMAO) Dumasında təmsil olunan azərbaycanl

Mobil rabitə operatoru olan "Azercell" şirkətinin yeni tarif siyas

Şəhərin Nizami, Rza Quliyev, Nabat Aşırbəyova, Çingiz Mustafayev və Mirz

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin q
