Yeni Kaledoniya lideri Kristian Tein azadlığa buraxılır
Dünya 03 İyn 2025 23:01:00 81 0
Yeni Kaledoniya lideri Kristian Teinin işinə baxan üç hakim Fransada istintaq altında olan, bir ildir, istintaq təcridxanasında saxlanılan Kanak müstəqillik liderlərinin azadlığa buraxılmasına qərar verib.
Bu xəbəri də oxu: Evlilik yubileyində möhtəşəm hədiyyə
Son.az xəbər verir ki, qərar Parisdə keçirilən məhkəmə prosesində verilib.
Uzun sürən istintaqın yekununda hakimlər dəlilləri əsas götürərək, Kanak və Sosialist Azadlıq Cəbhəsinin (FLNKS) prezidenti və Sahə Fəaliyyəti Koordinasiya Birliyinin (CCAT) rəhbəri Kristian Tein, digər fəallar Dimitri Qeneqey, Guillaume Vama və Ervan Waetheanenin həbsini davam etdirmək üçün heç bir səbəb olmadığına qərar verib.
Lakin prokurorlar qərarla razılaşmayıb, qərardan apellyasiya şikayəti verib.
Qeyd edək ki, Tein və digər fəalların azadlığa buraxılması üçün Bakı Təşəbbüs Qrupu (BTQ) hərtərəfli addımlar atılıb.
BTQ müxtəlif səviyyələrdə və platformalarda kanakların və Fransa müstəmləkəsi altında olan digər xalqların hüquqlarının müdafiəsi üçün tədbirlər təşkil edib, kanaklı məhbuslara, eləcə də onların ailələrinə hərtərəfli dəstək olub.
Bundan başqa, Bakı Təşəbbüs Qrupu kanakların mubarizəsinə hər cür yardım göstərib, onların haqq səsinin çatdırılması üçün müxtəlif yerlərdə aksiyalar təşkil edib.
Onu da əlavə edək ki, BTQ Fransanın təzyiqləri ilə üzləşmiş, Parisin müstəmləkə siyasətinin qurbanı olmuş xalqların və siyasi məhbusların məsələsini beynəlxalq təşkilatlarda müzakirəyə çıxarmağa nail olub, haqsız yerə həbs olunanların, o cümlədən Teinin azadlığa buraxılması üçün çoxsaylı aksiyalar keçirib.
Bu məsələ mütəmadi olaraq beynəlxalq təşkilatların gündəliyinə təklif olunub və salınıb. Kanaklı siyasi məhbusların hüquqlarının qorunması və azadlığa buraxılması istiqamətində beynəlxalq arenada, o cümlədən BMT strukturlarında davamlı iş aparılıb. /APA Son.az
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasını

Gilasın bölgələrdə ucuz, paytaxtda isə baha qiymətə satılması ictimaiy

Namibiyada səhra aslanlarını dəstəkləmək üçün bir çox işlərə qatı

İsmayıllının Lahıc kəndində "Diz Əli" adlanan ərazidə və Fi

Satış məqsədi olmadan narkotik vasitə saxlama ittihamı ilə həbs edimiş

Bu ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat sektorunda çalışan i

"Məşhur olmaq istəyən ya mənim, ya da qızımın yanına gəlsin"

"Mətanət hegemon idi, sözünü deyirdi. İndiyənə kimi mən var idim,

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Jurnalist Karli Kassella "ScienceAlert" beynəlxalq jurnalında Xəzə

Milli Məclisin sonuncu plenar iclasında sənədsiz evlərlə bağlı problem y

Rusiya atəşkəsə yenə razılaşmayıb. Kreml liderlər arasındakı görüş

Bir küsüb, bir barışan duet ortaqları Nəfəs və Aqşin Fateh bir arada g

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respubl
