Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək?
Siyasət 06 İyn 2025 12:00:00 418 0
İran Prezidenti Məsud Pezeşkianın yaxın günlərdə Ermənistana rəsmi səfəri planlaşdırılır.
Son.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
Mövzunu şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Pezeşkian prezident seçildikdən sonra ilk xarici səfərini Cənubi Qafqaz ölkələri arasında Azərbaycana edib:
"Onun bu seçimi milli kimliyi və Azərbaycanın türk dili ilə bağlılığı baxımından təbii qarşılanıb.
Bununla belə, müşahidəçilər bildirirlər ki, Pezeşkian İrəvanda Bakıda verdiyi bəyanatların eynisini səsləndirə bilməyəcək. Məsələn, Azərbaycan dilində "Heydərbabaya Salam" şeirini səsləndirməsi kimi jestlərin İrəvanda təkrarlanması mümkün görünmür.
İrəvanda İran Prezidentinin daha çox mehriban qonşuluq və iqtisadi əməkdaşlığın inkişafı kimi neytral mövzulardan danışacağı gözlənilir. Onun Ermənistanda verəcəyi bəyanatlar yalnız Bakıda deyil, həm də Təbriz və Ərdəbil kimi şəhərlərdə də diqqətlə izlənəcək".
Asya Son.az
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclas
ABŞ-ın tanınmış iş adamı İlon Maskın keçmiş həyat yoldaşı və mode
2025-ci ilin mayında Avropa İttifaqının "Radio Azadlıq" adı ilə
"İyunun 2-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi
Şəkinin Cəyirli kəndində 34 yaşlı Zəhra Əliyeva atasının evində qət
Yaponiyanın Osaka şəhərində "Ekspo 2025" dünya sərgisi çərçi
2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda 529 kiloqram nərə bal
Ermənistan siyasətində yenidən ağır bir gurultu səsləri eşidilir: baş
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Azərbaycanın bir sıra rayonlarda daha bir neçə bələdiyyələrə məxsus m
Ermənilərin İrəvan Qazılığının bərpası ilə bağlı münasibəti bizi
