“Gənclərə dəstək” layihəsi çərçivəsində “Yürekten Ürəyə” adlı konserti baş tutdu FOTO
Kriminal 06 İyn 2025 17:21:00 96 0
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində "Gənclərə dəstək" layihəsi çərçivəsində keçirilən "Hoş Atölye" sənət mərkəzinin "Yürekten Ürəyə" adlı konserti baş tutdu.
Bu xəbəri də oxu: "Bakı axşamı dostlar əhatəsində" konserti keçiriləcək
Öncəliklə pianoçu, Marmara Universitetinin "Güzel sanatlar fakültesi" üzrə müəllimi Aytac Rzaquliyeva dinləyiciləri konsertlə bağlı məlumatlandırdı. Daha sonra isə hər əsərin obraz məzmunu və tarixi haqqında maraqlı faktları musiqisevərlərlə bölüşdü. Musiqili gecədə Begüm Aydın (piano), Utku Karataş (piano), Feraye Kumru (klarnet), Aytac Rzaquliyeva (piano), Güneş Tığlı (fleyta və soprano), Can Çerigenç (violonçel), Egemen Özgüven (piano), Kerem Uzunkaya (piano), Mert Kopuz (bağlama), Can Ünal (zərb alətləri) dinləyicilər qarşısında çıxış etdi.Tədbirin sonuncu nömrəsində dirijor Kerem Can Onuş`un rəhbərliyi ilə ansamblın ifasında Azərbaycan xalq mahnıları (işləməsi Kerem Can Onuş) səsləndi. Bu zalda əyləşən bütün dinləyicilərə xoş anlar bəxş etdi və musiqisevərlərin coşqulu alqışları ilə yekunlaşdı.
Sonda musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynur İsgəndərova Azərbaycan və Türkiyə arasında olan dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etməsi və bütün sahələri əhatə etməsini bir daha vurğuladı.Bu əməkdaşlığın ən gözəl nəticəsi olaraq baş tutan "Yürekten ürəyə" adlı parlaq konsertə görə Aytac xanıma təşəkkürlərini bildirdi və işıqlandırdığı gənc istedadlara gələcək fəaliyyətlərində uğurlar arzu edərək, onları M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəhbərliyi tərəfindən təqdim edilən diplomlarla təltif etdi.
İlon Mask "X" hesabında paylaşdığı sorğuda belə bir sual verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəndo

Xəbər verdiyimiz kimi, iyunun 5-i gecə saat 03:00 radələrində Qazaxda baş

2025-ci ilin meteoroloji müşahidələr tarixində Yer kürəsinin ən isti ü

Bu həftə ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən

Bakı şəhərində yaşayan əhalinin ölüm səbəbləri sırasında hansı ə

Uşaqları düzgün tərbiyə etməyin ən gözəl yollarından biri də onlara

İyunun 5-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzv

Çin hökuməti Haynan əyalətində qlobal internetə çıxışı qismən təmi

Xocalı rayonunun Təzəbinə kəndində fərdi yaşayış evlərinin təmiri i

AMEA Rəyasət Heyətinin iclası Qərbi Azərbaycan Ensiklopediyası sözlüyü

İyunun 5-i gecə saatlarında Qazax rayonu Əskipara kəndi ərazisində baş v

Azərbaycanda tikinti materiallarının istehsalı azalıb. Dövlət Statistika

Səyahət planlaşdırarkən düzgün otel seçimi ən önəmli məqamlardan bir
