Bakıda falçı 74 min manatı necə alıb? “7 yumurtaya 200 manat verdim”
Kriminal 08 İyn 2025 23:51:00 58 0
Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadın məhkəmə zalında həbs edilib. O, iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. Zərərçəkmişlərdən biri Ukrayna vətəndaşıdır.
Bu xəbəri də oxu: Vaqif Kərimov vəfat etdi
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nərgiz Soltanova külli miqdarda dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
İttihama görə, Nərgiz Soltanova taksi sürücüsü vasitəsilə tanış olduğu Nigar adlı qadından "kəfən dönməsi" ritualı etmək adı ilə pul alıb. Belə ki, Nigar adlı xanıma öləcəyi barədə cadu edildiyini deyib və bu cadunu pozacağını bildirib. Bu vədlərlə ondan 21 min manat pul alıb.
İkinci ittihama görə isə Nərgiz Soltanova Viktoriya adlı qadından 53 min manat pul alıb. Bu məbləğin qarşılığında isə onun və ailə üzvlərinin müharibə təhlükəsindən qorunmaları üçün rituallar edəcəyini deyib. Həmin məbləği hissə-hissə olmaqla öz kartına köçürülməsinə nail olub, bir hissəsini isə nağd şəkildə Bakıda alıb.
Nərgiz Soltanova ifadəsində özünü təqsirli bilməyib.
Fotoda Nərgiz Soltanova:
O, baş verənləri belə danışıb:
"Nigarla məni Fuad adlı taksi şoferi tanış etmişdi. Nigar həmin taksidə olanda sürücü ilə danışıb baxıcı və ya görücü yanına getmək istədiklərini deyib. Fuad da mənim yanıma gətirib. Mən Fuada görücülük qabiliyyətim haqda danışdığımdan Nigarı mənim yanıma gətirmişdi. Onları qəbul etmək istəmirdim. Onlar israrla evimə gəldilər. Nigarın yanında bir rəfiqəsi də var idi. Mən baxıcı olmamışam. Baxıcılar hansısa atributlardan istifadə edirdilər. Amma mən heç nədən istifadə etmirdim. Bu məndə Allah vergisi olub, hissiyatım olub. Azərbaycanda bütün baxcıların yanında olmuşam.
Mən Nigara görücülük qabiliyyətimin olduğunu demişdim. Gördüklərimi dedim, o da inandı. Nigara kəfəndən dönmə və ya başqa rituallar söhbəti etməmişəm. Sadəcə, mənə dərdlərini danışıblar. Nigara bir bacı kimi dəstək olmağa çalışmışam. Ona səbirli olmağı demişəm".
Zərərçəkmiş Nigar isə ifadəsində bildirib ki, taksidə olan zaman rəfiqəsi ilə falçıdan söhbət düşüb. Bunu eşidən Fuad adlı sürücü Yeganə adlı falçının olduğunu deyərək onun yanına aparıb:
"Sonradan Yeganənin əsl adının Nərgiz olduğunu bildim. İlk görüşdə Nərgiz mənə ölümümə cadu edildiyini, "kəfəndən dönmə" ritualı edilməsinin vacib olduğunu söylədi. Qara toyuğun yumurtalarının lazım olduğunu dedi. 500- 600 manat da pul istədi. 7 yumurtaya görə 200 manat pul ödədim. Həmin yumurtaların gündə birini qırıb suya töküb yatanda başımın üstünə qoymalı idim. Səhər də şəklini çəkib ona göndərməli idim. Ailə üzvlərimlə bağlı hər şeyi ona danışırdım. Nərgizin əsas taktikası məni hər kəsdən uzaqlaşdırmaq idi. Bunu bacarmışdı. Onun təsiri altında idim. Nərgiz hər dəfə yeni "düyünlər" çıxdığını bildirib pul alırdı. Qurğuşun tökmə, xüsusi ip və şamlarla rituallar keçirirdi. Ceyran dərisinin içərisində ərəb hərfləri ilə yazılar verdi. Buna görə də həmin yazıların hər birinə görə 600 manat pul aldı. 800 manata da ceyran göbəyi alıb dua yazdırmışdı. Nərgiz ona şübhə edənlərin xeyir tapmayacaqlarını deyirdi. Əlini məndən götürəcəyi halda daha pis şeylərə məruz qala biləcəyini bildirdi. Mənə deyirdi ki, onun son layihəsiyəm. Bütün gücünü mənə verəcəyini, bundan sonra bu işi bağlayacağını da söyləyirdi. Mənə "yaxşı ki, sən varsan. Mən bu dünyaya sənə yaxşılıq etmək üçün gəlmişəm" deyirdi".
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkə hakimiyyəti kils

Əməkdar artist Ruhəngiz Allahverdiyeva plastik əməliyyatlarını açıqlay

Azərbaycanda daşınan evlərə tələbat artıb.

Aktyorluqla yanaşı daşınmaz əmlak yatırımları ilə də gündəmə gələ

2025-ci ilin əvvəlindən bəri dünya bazarlarında neft qiymətləri eniş te

Qurban bayramı münasibətilə ölkə üzrə 135 məntəqədə satış və kəs

Kolumbiyalı senator və gələn il keçiriləcək prezident seçkilərində nam

Doğum günü həyatın gedişatını müəyyənləşdirir. Bu, bir insanın xar

İsveçdə kişi və qadına 8 aylıq həbs cəzası verilib. Diş həkimi müay

Son illərdə Azərbaycanda tikinti sektoru iqtisadi inkişafın əsas istiqamə

Xalq artisti Leyla Şıxlinskayanın yeni görüntüsü yayılıb.

Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatını

Ağstafada uşaq ölümü faktı qeydə alınıb.

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Vaqif Kərimov uz

Romantik görüntüləri ilə tez-tez gündəmə gələn İlayda Alişan və Oğ
