Prezident Şuşa ilə bağlı Sərəncam imzaladı
Siyasət 12 İyn 2025 16:57:00 282 0
Şuşanın "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" olması ilə bağlı tədbirlər planı hazırlanacaq.
Bu xəbəri də oxu: Zəngəzur Dəhlizi: Avrasiyanın yeni strateji nəbzi
Son.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaqdır.
Sərəncamla Azərbaycan Respublikasının Nazirlər Kabineti Şuşa şəhərinin 2026-cı il üçün "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Rusiya Silahlı Qüvvələrinin "Mərkəz" qoşun qrupunun hərbçilə
"Bizimləsən" verilişinə üz tutan yaşlı kişi həyat hekayəsini
İyunun 12-də gecə saatlarında Rusiya ordusu Xarkov şəhərinə kamikadze dr
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin Xəzinadarl
Uzun müddətdir səhhətindəki problemlərlə mübarizə aparan Yeşilçamın
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti
Rüşvət müqabilində qanunsuz olaraq avtomobil idxalını həyata keçirməkd
Xəbər verdiyimiz kimi Hindistanda dəhşətli təyyarə qəzası baş verib.
Bu yay sərhədləri yox, imtiyazları keçin
Terrorçuluqda təqsirləndirilən "Qisas qrupu" üzvlərinin məhkəm
HUAWEI WATCH 5-in ən böyük yeniliklərindən biri - Multi-sensing X-TAP texno
Birləşmiş Krallığın Qida Standartları Agentliyi (FSA) Dubayda məşhurla
Hindistanın Əhmədabad şəhərində hava limanı yaxınlığında yerləşən
Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılovanın keçmiş əri Ramil V
