İlham Əliyev Britaniya Kralını təbrik edib
Siyasət 14 İyn 2025 18:30:00 64 0
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Əlahəzrət,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında xoş ənənələrə əsaslanan əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında dostluq münasibətlərinin, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığın gündən-günə genişlənməsi bizi sevindirir. Mühüm iqtisadi tərəfdaşlarımızdan biri olan ölkənizin şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edirlər.
Enerji sahəsində uzun illərdən bəri davam edən ənənəvi əməkdaşlığımız strateji xarakter daşıyır. Eyni zamanda bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, yaşıl enerjiyə keçid və dekarbonizasiya məsələlərinin bu gün Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyində aparıcı yer tutmasını məmnunluqla qeyd etmək istərdim.
Əminəm ki, qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Əlahəzrət, bu bayram günündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ali fəaliyyətinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim rifah və firavanlıq arzulayıram".
Son.az
Zərbələr nəticəsində 20-dən çox İran komandiri öldürülüb.

"Bacıma o qədər bağlı idim ki, o ailə quranda sarılıq tutdum. 5 ya

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.

ABŞ Prezidenti Donald Tramp iyunun 12-də İsrail baş naziri Benyamin Netanyah

İranın atdığı raketlər İordaniya səmasından keçərək İsrailə keçib

Aktrisa Cəmilə Tağızadə Türkiyə vətəndaşı Murad Temizlə boşanma pr

BƏƏ-nin Dubay Marina rayonunda (Dubay şəhərinin rayonudur - red.) 67 mərt

Tel-Əviv və Tehran arasında artmaqda olan gərginlik fonunda İsrailin müdaf

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələr

Azərbaycan Milli İncəsənətMuzeyində "Opera Günləri" adlı yeni

Müğənni Nüşabə Musayevanın fərqli geyim tərzi ilə diqqət çəkib.

İsrail və İran arasında artan gərginlik artıq silahlı qarşıdurma mərh

Ermənistanın ikinci prezident Robert Köçəryan Baş nazir Nikol Paşinyana v
