78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı
Dünya 15 İyn 2025 14:27:00 391 0
Qlobal mədən sənayesini təəccübləndirən yeni kəşf baş verib.
Bu xəbəri də oxu: Makronun arvadı dövlət sistemində kişi çıxdı
Son.az xəbər verir ki, Mərkəzi Çində müasir texnologiyaların köməyi ilə nəhəng qızıl ehtiyatları aşkarlanıb.
Yeni qızıl ehtiyatları Çinin mərkəzində yerləşən Hunan əyalətindəki Vanqu yatağında aşkar edilib. İlkin qiymətləndirmələrə əsasən, bu yataqdakı qiymətli metal ehtiyatlarının ümumi dəyəri təxminən 78 milyard dollar təşkil edir. Bu, bu günə qədər dünyada aşkarlanmış ən iri qızıl yataqlarından biri sayılır.
Məlumata görə, Vanqu yatağında aparılan ilkin qazma işləri zamanı artıq 2 min metr dərinlikdə 300 ton qızıl ehtiyatı qeydə alınıb. Ancaq tədqiqatlar 3 min metr dərinlikdə ehtiyatların 1000 tona çata biləcəyini göstərir.
Mütəxəssislərin qiymətləndirməsinə görə, hər ton süxurda təqribən 138 qram qızıl ola bilər. Dağ-mədən kəşfiyyatı üzrə mütəxəssis Çen Julin jurnalistlərə bildirib ki, qızıl birbaşa süxur nümunələrində gözlə görünə bilirdi ki, bu da müasir yataqlarda nadir rast gəlinən haldır.
Geoloqlar yatağın qiymətləndirilməsi üçün yeni üsullardan istifadə ediblər. Onlar qızıl damarlı süxurların 3D modellərini yaradaraq dəqiq xəritələşdirmə aparıblar. Hunan Geoloji Bürosunun direktor müavini Lyu Yunszün bildirib ki, bu texnologiya sayəsində ən zəngin sahələr və perspektivli kənar zonalar müəyyən edilib.
Ekspertlər hesab edirlər ki, bu dəqiq xəritələşdirmə metodu dünya üzrə qızıl hasilatı sahəsində inqilabi dəyişikliklərə səbəb ola bilər. Bu texnologiya, əvvəllər qeyri-effektiv sayılan yataqların da iqtisadi baxımdan sərfəli şəkildə işlənməsini mümkün edə bilər./Qaynarinfo
"Bəzi insanlar toksik münasibətlər yaşayırlar. Bunların müxtəlif s
İranla İsrail arasında yaranan qarşıdurma ilə əlaqədar İrandan təxliy
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, bə
İtaliyanın Verona şəhərində yerləşən sənət qalereyasında xoşagəlm
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Qurtuluş Gün
Əgər Ukraynanın sakit və mənzərəli guşələrini kəşf etmək istəyirsi
Türkiyənin Aksaray şəhərində baş verən hava şarı qəzası faciə ilə
İstanbulun Beylikdüzü rayonunda gəzintidə olan bir qadın təqib edildiyini
İran nüvə silahından imtinaya zəmanət verən sazişə imza atmağa hazırd
Güclü külək Zaqatala və Balakəndə elektrik enerjisinin verilməsində fas
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Koreya Res
Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran
Ankarada qeyri-adi bir barter hadisəsi baş verib. Lüks BMW markalı avtomobil
