Fəxrəddin Kərimovun 70 illik yubileyinə həsr olunmuş konsert keçirilib FOTO
Kriminal 15 İyn 2025 18:36:00 380 0
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respublikasının Xalq artisti, dirijor Fəxrəddin Kərimovun 70 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Öncəliklə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova və Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova yubiley münasibəti ilə çıxış edərək öz təbriklərini çatdırdılar. Daha sonra bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistiləri Fəridə Məmmədova (soprano), İlham Nəzərov (kontratenor), və Şərif Bağırov (klarnet), Mirxalid Məmmədzadə (fleyta), Yuliya Kərimova (piano), Ənvər Kərimov (truba) dinləyicilər qarşısında çıxış etdi. Proqramda Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səslənib. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Bu xəbəri də oxu: Opera studiyasında Nizami Əliyevin yaradıcılıq gecəsi keçiriləcək
Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb.
Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün qidalanma çox mühüm
Tanınmış aktyor Cansel Elçin və həyat yoldaşı, aktrisa Zeynep Tuğçe Ba
"Zəvvarların geridönüş qrafikində heç bir dəyişiklik olmayacaq. 18
İsrail ordusu İranın paytaxtı Tehrana raket zərbələri endirib.
Səhhətimizdə narahatlıq yarandıqda ağrılardan daha tez qurtulmaq üçün
Azərbaycanda torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması
Azərbaycanda istifadə olunan bütün avtomobillər sığortalanıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış
Yuxusuzluqdan əziyyət çəkirsinizsə, alimlərin də təsdiqlədiyi və yuxuy
Kainatın necə sonlanacağına dair uzun illərdir qəbul edilmiş nəzəriyyə
İran bütün daxili və beynəlxalq uçuşların dayandırılması ilə bağlı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə
Rusiyadan alimlərin kütləvi şəkildə köçməsi "beyin axını"n
