Ermənistan silahlı qüvvələrinin məxfi əmri məhkəmədə tədqiq edilib
Siyasət 19 İyn 2025 19:16:00 326 0
İyunun 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsinin - qondarma rejimin "ordusunun qərargah rəisinin müavini" Kamo Vardanyanın imzaladığı məxfi sənəd tədqiq edilib.
Bu xəbəri də oxu: 8 nəfər azərbaycanlı əsirgirovun eyni vaxtda qətlə yetirilməsi ilə bağlı sənəd tədqiq edilib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2020-ci il sentyabrın 25-də imzalanmış 0671 saylı sənəd "Rəqibin yaşayış məntəqələrinin atəşlə məhv edilməsinin qəbul edilməsi haqqında" əmr adlanır. Sənədlə, birləşmələrin və hərbi hissələrin komandirlərinə 2020-ci il sentyabrın 28-dək sənədə əlavə olunmuş siyahıda göstərilən yaşayış məntəqələrinin atəşlə məhv edilməyə qəbul olunmasının təmin edilməsi əmr edilib. Əmr edilir ki, atəş üçün mövqelər hesablansın və döyüş tətbiqinə dair sənədlər tam şəkildə tərtib olunub doldurulsun. Sənədlə əmr olunur ki, artileriya hərbi hissələrində 40 kilometr məsafədə vura bilən raketlərlə atəş açmaq üçün konkret M-21 stansiyası ayrılsın: "Bu stansiya üçün nəzərdə tutulmuş 80 raketdən 40-ı daimi döyüş vəziyyətində maşınlarda saxlanılsın. Qalan 40 raket isə döyüş mövqeyinə çıxmazdan əvvəl yüklənsin".
Əmrin icrasına nəzarət "ordunun artilleriya üzrə komandirinin müavininə" tapşırılıb.
Əmrə "atəşlə məhv edilməyə məruz qalacaq yaşayış məntəqələrinin siyahısı" da əlavə olunub. Siyahıda Azərbaycanın 70-dək yaşayış məntəqəsinin, o cümlədən Gəncə, Mingəçevir, Naftalan şəhərlərinin, Beyləqan, Ağcabədi, Yevlax, Bərdə rayonarının və kəndlərinin adları yer alıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 20-də davam etdiriləcək. Son.az
Xəbər verdiyimiz kimi, Ukraynanın Xalq artisti Ani Lorak Rusiya vətəndaşl
Sərfəli rabitə xidmətləri təqdim edən "Nar", eyni zamanda sosia
Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 24-də bütün müavinət,
Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Horta Azərbayca
Xəzər rayonu, Qala qəsəbəsində qaz tənzimləyicinin quraşdırılması, S
Mozambikli sosial media fenomeni Ana Barbara Buhr Buldrini İstanbuldakı özəl
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasın
Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Azərbaycan Respublikas
Soyuducu anbarlara tələbat, Azərbaycanın ekoloji turizm potensialı, dəri v
Maykl Ceksonun keçmiş vəkili pop kralının ölümünün əsl səbəbini bild
İsrail ordusu İranın Arak bölgəsində yerləşən nüvə reaktorunu uğurla
Xalq artisti Afaq Bəşirqızı açıqlamaları ilə diqqət çəkib.
Tale bizə Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsinin şa
Kahramanmaraşdakı "Azərbaycan" məhəlləsi xalqlarımızın talel
