Prezident İlham Əliyev UFCnin prezidentini qəbul edib FOTO
Siyasət 20 İyn 2025 14:26:00 375 0
İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Ultimate Fighting Championship"in (UFC) prezidenti, amerikalı sahibkar Deyna Uaytı qəbul edib.
Bu xəbəri də oxu: 8 nəfər azərbaycanlı əsirgirovun eyni vaxtda qətlə yetirilməsi ilə bağlı sənəd tədqiq edilib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Deyna Uayt Bakıda keçiriləcək UFC turnirinə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğuladı və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı UFC turnirinin ölkəmizdə ilk dəfə təşkil edilməsinin əhəmiyyətinə toxundu, onun davamlı olacağına ümidvarlığını bildirdi və bu tədbirin Azərbaycanın dünyada idman ölkəsi kimi daha çox tanıdılması baxımından rolunu qeyd etdi.
Söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə göstərilən dövlət qayğısından söhbət açıldı, son illərdə idmançılarımızın dünya səviyyəli mühüm yarışlarda qazandıqları uğurlar vurğulandı, gənc nəsildə idmana həvəsin təbliğ edilməsi istiqamətində görülən işlərə toxunuldu.
Görüşdə indiyədək ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının yüksək səviyyədə təşkil edilməsindən məmnunluq ifadə olundu, UFC turnirinin də bu cür keçiriləcəyinə əminlik bildirildi.
İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin təsviri ABŞ-nin nüfuz
Braziliyanın tanınmış aktyoru Fransisko Kuoko 91 yaşında vəfat edib.
"Bu yer 2002-ci ildə tikilib. İndiyə qədər sökülmək məsələsi olm
İyunun 20-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi
Naxçıvanda valideynlər oğullarına "Eray" adını vermək istəyib
İran Azərbaycanın ticarət tərəfdaşlarından biridir. Ölkəyə gətirilə
Binəqədi yolunda aparılan işlər ilə bağlı yolda iki həftədən çoxdur
18 iyun tarixində Bakının mərkəzində yerləşən "Pasifico" klub
Bakıda yol-nəqliyyat hadisəsi baş verib, piyada həyatını itirib.
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə he
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xa
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
İranın dini liderinin müşaviri Əli Şamxani sağ olduğunu, lakin ağır ya
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "8№-li Avtom
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səla
