Azərbaycan Cammu və Kəşmir münaqişəsinin hüquqla həllini dəstəkləyir
Siyasət 22 İyn 2025 14:15:00 281 0
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51‑ci sessiyası çərçivəsində Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak və çıxış edib.
Bu xəbəri də oxu: Prezident bu şəxslərə vəzifə verdi SƏRƏNCAM
Bu barədə Son.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
C. Bayramov çıxışında Azərbaycanın Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və müvafiq BMT Təhlükəsizlik Şurası qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
Bu istiqamətdə, beynəlxalq humanitar hüquqa tam əməl olunmaqla, əhalinin fundamental hüquq və azadlıqlarının qorunmasının, o cümlədən regionun demoqrafik struktunun saxlanılmasının önəmi qeyd edilib.
Nazir Azərbaycanın İƏT və xüsusilə Təmas Qrupu çərçivəsində bu məsələyə göstərilən davamlı diqqəti yüksək qiymətləndirdiyini bildirib.
C.Bayramov Cənubi Asiyada ümumi sabitlik və təhlükəsizliyin təmin olunması baxımından Cammu və Kəşmir məsələsinin tezliklə nizamlanmasının əhəmiyyətini qeyd edib.
O, son dövrlərdə regionda yaşanmış gərginliyi Azərbaycanın narahatlıqla izlədiyini ifadə edib.
10 may 2025‑ci il tarixində Hindistan və Pakistan arasında elan edilmiş atəşkəs razılaşması alqışlanıb, bu addımın hər iki ölkə arasında davamlı dialoq və uzunmüddətli münasibətlərin normallaşması üçün təməl rol oynayacağına ümidvarlıq ifadə olunub.
C.Bayramov İƏT-in Cammu və Kəşmir üzrə Təmas Qrupunun iclasında iştirak edib.
Yəmən İran və İsrail arasında gedən münaqişəyə qoşulmağa hazır old
Uzun müddətdir ki, bir və ya maksimum iki uşağa sahib olmaq daha sakit, ida
ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən öncə Tehran
Azərbaycan və Rusiya Kinematoqrafçılar İttifaqlarının üzvü, Rusiyanın
ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi hücumlara cavab olaraq, İran
Rusiya Milli Qvardiyasının(Rosqvardiya) Novosibirsk vilayəti üzrə təhlük
Bakıda "İmperator Hall" şadlıq sarayında toy zamanı dava düşü
Cari ilin ilk dörd ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat ş
İyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə
Fransanın paytaxtı Parisdə son günlərdə baş qaldıran genişmiqyaslı iğ
İngiltərədə botoks etdirən azı 14 nəfər danışıq çətinliyi, udqunma
İsrail Hərbi Hava Qüvvələri İranın qərb bölgəsində yerləşən hərbi
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış
İsrail Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında İranın qərbind
