"Melaniya Tramp ABŞ vizasını qeyriqanuni yolla alıb"
Dünya 27 İyn 2025 13:25:00 387 0
ABŞ-ın birinci xanımı Melaniya Trampın ABŞ vizasını qanunsuz şəkildə aldığı iddia olunur.
Bu xəbəri də oxu: Dünyanın ən uzun zaman evli olan kişi ÖLDÜ
Son.az xəbər verir ki, bu barədə Demokratlar Partiyasının nümayəndəsi, konqresmen Jasmin Kroket Konqresdə keçirilən müzakirələr zamanı açıqlama verib.
Konqresmen Kroket bildirib ki, Melaniya Trampa 2001-ci ildə verilmiş EB-1 kateqoriyalı viza, yalnız beynəlxalq səviyyədə tanınmış şəxslərə - Nobel və ya Pulitzer mükafatı laureatlarına, görkəmli alimlərə, elm, incəsənət və idman sahəsində fövqəladə bacarıqlara malik olanlara təqdim olunur. Lakin Kroketin fikrincə, Trampın həyat yoldaşı bu şərtlərə cavab vermirdi:
"Melaniya Tramp model idi, amma Tayra Banks və ya Sindi Krauford kimi sənaye miqyasında tanınan bir sima deyildi. Bu vizaya uyğun deyildi və onun bu statusu əldə etməsi hüquqi cəhətdən ciddi suallar doğurur", - deyə Kroket bildirib.
Jasmin Kroket eyni zamanda Respublikaçıları ikili standart tətbiq etməkdə ittiham edib:
"Onlar adi miqrantlara qarşı sərt qaydalar tələb edir, amma Trampa yaxın olanların vizanı necə aldığına göz yumurlar. Bu, ikili standartın bariz nümunəsidir."
Məlumat üçün bildirək ki, EB-1 vizası ictimaiyyətdə "Eynşteyn vizası" kimi tanınır. Bu viza, ABŞ-ın ən nüfuzlu immiqrasiya proqramlarından biridir və yalnız seçilmiş şəxslərə verilir.
Fidan Son.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İran İsl
Müğənni Zenfira İbrahimovanın Şəbnəm Tovuzlu barədə söylədikləri bi
Ermənistanda Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyan
Ürək əməliyyatı keçirən Mirkamil səhhəti barədə danışıb.
"Fənərbağça"da işlədiyi vaxtda Arda Güleri kəşf edən və ona
Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və
Belarus tərəfi Rusiya Prezidenti Vladimir Putin və digər yüksək səviyyəl
Efirlərdən uzaq olan müğənni Mətanət Əsədova yeni görüntüsü ilə di
Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Sənan Axundovun oğlu
ABŞ ordusunun yüksək rütbəli generalları bəyan ediblər ki, İranın yera
Verilişlərin birində Hande Ataiziyə şillə vurması ilə yadda qalan model
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Sudan Resp
Yaponiyada 2022-ci ildən bəri ilk dəfə olaraq ölüm hökmü icra edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Res
