Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
Siyasət 06 İyl 2025 21:25:00 259 0
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.
Bu xəbəri də oxu: Zəngəzur Dəhlizi: Avrasiyanın yeni strateji nəbzi
Son.az xəbər verir ki, başsağlığında deyilir:
"Pençe-Kilit antiterror əməliyyatı bölgəsindəki əməliyyat-axtarış tədbirlərində 2022-ci ilin 28 may tarixində terrorçuların açdığı atəş nəticəsində şəhid olmuş Türkiyə Silahlı Qüvvələrinin bir nəfər zabitinin nəşinin axtarışı zamanı cari ilin 6 iyul tarixində mağarada metan qazından təsirlənən 19 türk hərbi qulluqçusundan 5 nəfərinin şəhid olması xəbəri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan qəti mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.
Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Müalicə olunan hərbi qulluqçulara isə tezliklə sağalmaları üçün Allahdan şəfa diləyirəm.
Allah rəhmət eləsin".
3-4 iyul 2025-ci il tarixlərində Azərbaycanın Xankəndi şəhərində İqtis
Astrologiya aləmində hər bürcün özünəməxsus xarakteri və təsir gücü
Maşında bəzi texniki problemlər var ki, qəfil baş verdikdə sizi yolda qoy
Gələn həftənin ən şanslı bürcləri açıqlanıb
Yay aylarında yüksək temperatur səbəbilə avtomobildə unudulan bəzi əşy
ABŞ-də aparılan yeni tədqiqat göstərib ki, zeytun yağında olan təbii ma
Uzun müddətdir seriallarda rol almayan məşhur türkiyəli aktrisa Türkan Ş
Ermənistanın Baş naziri Nikol Paşinyan "Hraparak" qəzetini məhk
İlon Maskın ən iddialı layihələrindən biri olan insanabənzər robot Opti
Alimlər Yer kürəsinin fırlanma sürətində gözlənilməz artım müşahid
Rusiyalılara Qırğızıstan vətəndaşlığının verilməsi dayandırılıb.
Türkiyənin Manavgat bölgəsində yerləşən "Land of Lions" adlı
6 iyul 2025-ci il tarixində əməliyyat bölgəsində aparılan axtarış zama
