Xocalı soyqırımı zamanı yaralanmış şəxs: Bacımın meyitini 3 gün sonra götürə bildim,
Kriminal 10 İyl 2025 13:49:00 306 0
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesi iyulun 10-da işini Azərbaycan ərazilərinin vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması nəticəsində zərər çəkmiş şəxslərin ifadələri ilə davam etdirib.
Bu xəbəri də oxu: “Xatirələr” – musiqi dolu bir axşam Opera studiyasında!
Son.az AZƏRTAC-a istinadən bildirir ki, zərərçəkmiş şəxs Vüqar Eminov ifadəsində 1994-cü il aprelin 25-də Ağdam rayonunun Güllücə kəndində əsir götürüldüyünü, əsirlik müddətində Şuşa həbsxanasında, Xankəndidəki xüsusi rejimli təcridxanada saxlanıldığını bildirib. O deyib ki, əsirlik müddətində özü və digər azərbaycanlı əsir-girovlar işgəncələrə məruz qalıb, armatur və digər ağır əşyalar ilə döyülüb, bədənlərinə elektrik cərəyanı verilib.
O, digər azərbaycanlı əsir və girovlarla birlikdə işləmək üçün Xocavənd rayonunun Ağbulaq kəndinə aparılıb, 1995-ci il oktyabrın 9-da Qadir və Bayram adlı azərbaycanlı əsir-girovla oradan qaçıb. Oktyabrın 22-də Azərbaycan hərbçilərinin nəzarətində olan ərazilərə keçməklə əsirlikdən xilas olub.
Zərərçəkmiş şəxs İmran Quliyev ifadəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalını ağır zirehli texnika və silahlardan atəşə tutub yandırmağa başladıqlarını, soyqırımı zamanı qardaşı Zakirin, bacısı Zöhrənin qətlə yetirildiyini bildirib. O deyib ki, düşmən bacısı Zöhrənin meyitini götürməyə imkan verməyib. Bacısının nəşini üç gün sonra götürə bilib. Qardaşı isə hələ də itkindir. İ.Quliyev isə özü də yaralanıb.
Türkiyəli müğənni Doğuş sosial media hesabında paylaşımı ilə diqqət
Britaniya kralı III Çarlzın son görüntüləri ictimaiyyətdə narahatlıq
Türk musiqisinin və səhnə sənətinin unudulmaz simalarından biri olan Rü
Xalq Qəhrəmanı Babəkin həyatı ilə bağlı Türkiyədə çəkilməsi plan
Hacıqabulda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
"Sertifikatlaşdırma prosesi artıq növbəti mərhələsini uğurla başa
"Azərbaycan vətəndaşı Mayis Qədir oğlu Səfərov 2024-cü ilin oktya
2025-2026-cı tədris ilində müəllimlərin orta aylıq əməkhaqqı ilə bağ
Dünyada insanların təhlükəsizliyi, əmin-amanlığı və rifahının təmin
Azərbaycanda müharibə əlilləri və şəhid ailələri dövlət tərəfində
