Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi
Siyasət 11 İyl 2025 11:33:00 308 0
"Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı"nda dəyişiklik edilib.
Bu xəbəri də oxu: İlham Əliyev Zəngilanda 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
Son.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Bakinski raboçi" qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində "Bakinski raboçi" qəzetinin redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Respublika" qəzeti və "Xalq qəzeti" redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində "Xalq" qəzetinin redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti formalaşdırılır.
Fərmana görə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Bakinski raboçi" qəzeti redaksiyasının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Bakinski raboçi" qəzetinin redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir. O cümlədən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Respublika" qəzeti və "Xalq qəzeti" redaksiyalarının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Xalq" qəzetinin redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir.
Bu Fərmanın 1-ci və 2-ci hissələri ilə yaradılan məhdud məsuliyyətli cəmiyyətlər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan "Bakinski raboçi", "Respublika" qəzetlərinin və "Xalq qəzeti"nin redaksiyaları fəaliyyətlərini davam etdirəcəklər.
Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ər
Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının
Rusiyanın Krasnoyarsk şəhərində inşa olunan 25 mərtəbəli yaşayış bin
Türkiyədə "Terrorsuz Türkiyə" prosesində yeni və tarixi mərhə
Rüstəmov Cəlil Abbas oğlu Kəngərli Rayon İcra Hakimiyyəti başçısını
Azərbaycan Prezidenti İlham Əliyev monqolustanlı həmkarı Uxnaaqiyn Xurelsu
Müğənni Əlikram Bayramov itkin düşdükdən 35 gün sonra tapılan qardaş
Fransa Prezidenti Emmanuel Makron bir daha həyat yoldaşı Bricitlə bağlı qa
Xəbər verdiyimiz kimi, iyulun 9-da saat 18 radələrində Qəbələnin Vənda
Baham adalarında superyaxtanın stüardessası cənnət səyahəti zamanı cans
"Könül bacısına zəng edib deyib ki, yoldaşı onu bıçaqla hədələy
Ağdamın Qızıl Kəngərli kəndində bərpa tikinti işləri aparılarkən in
İyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Atlant" Ail
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin
