Netanyahu Trampa xəbərdarlıq etdi:
Dünya 12 İyl 2025 14:00:00 301 0
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa bildirib ki, əgər Tehran yenidən nüvə proqramını aktivləşdirməyə cəhd edərsə, Təl-Əviv İrana qarşı yeni zərbə endirəcək.
Bu xəbəri də oxu: Netanyahu ordusuna Qəzzaya hücum əmri verdi
Son.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb.
Xəbərə görə, iyulun 8-də baş tutan rəsmi görüş zamanı Donald Tramp qeyd edib ki, o, ABŞ-nin İrana qarşı zərbələr endirməsini istəmir. Bununla belə, Netanyahu xəbərdarlıq edib ki, əgər İran yenidən nüvə silahı hazırlamaq yoluna qədəm qoysa, İsrail kənarda dayanmayacaq. Tramp isə diplomatik həllə üstünlük verdiyini ifadə edib, lakin İsrailin mövqeyinə qarşı çıxmayıb.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər. İyunun 22-də ABŞ də münaqişəyə qoşularaq İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərini bombalayıb. İyunun 23-də Tehran ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbi hava bazası olan Qətərdəki "Əl-Udeyd" bazasına raket zərbəsi endirib. Daha sonra Amerika Prezidenti Donald Tramp İsrail və İranın atəşi tamamilə dayandırmağa razılaşdıqlarını bəyan edib. 24 iyunda atəşkəs qüvvəyə minib. /Oxu.Az
Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib.
Həftənin sonunda maliyyə şansları bürcün bir neçə əlamətinə gülüms
"TikTok"da 600 mindən çox izləyicisi olan tanınmış fenomen Nail
Teleaparıcı Vüsalə Əlizadə ad gününü keçirib.
Nəinki Azərbaycanda, başqa ölkələrdə də Çin maşınları ilə bağlı c
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyu
Son illər Rusiya Federasiyası xarici siyasi təsir aləti kimi kütləvi infor
Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 ya
Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhal
Aktyor Elcan Rəsulov depressiyaya düşdüyün bildirib.
Fransa prokurorları milyarder İlon Maska məxsus "X" sosial media pl
Rusiya gecə saatlarında Ukraynanın Çernovtsı şəhərinə pilotsuz uçuş
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün AK Partiyanın ənənəvi
Türkiyəli sosial media fenomeni Kadir Ezildi paylaşdığı görüntülərlə
