Oquldjaxan Atabayeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib


Kriminal 16 İyl 2025 17:45:00 68 0

Oquldjaxan Atabayeva Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-da Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olublar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, muzeyin direktoru Əminə Məlikova qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib.

Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası istifadə olunan materialların, toxuma texnikalarının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, muzeyin kolleksiyasının "qızıl fondu"nu Azərbaycanın 7 regionunun - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbrizin xovlu və xovsuz xalça nümunələri təşkil edir. Bununla yanaşı, ekspozisiyada digər dekorativ-tətbiqi sənət nümunələri də nümayiş olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük səyləri sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Qonaq, həmçinin muzeydə xalçatoxuma prosesini izləyib.

Sonra Oquldjaxan Atabayevaya Azərbaycanın qədim kəlağayı sənəti haqqında məlumat verilib. Qonaq kəlağayının hazırlanma üsulu, onun üzərindəki ənənəvi naxışların daşıdığı mənalar barədə ətraflı məlumatlandırılıb.

Sonda qonağa Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyinə həsr olunmuş kitab hədiyyə olunub.

Oquldjaxan Atabayevaya öz növbəsində Milli Xalça Muzeyinə xalça hədiyyə edib.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu Oquldjaxan Atabayevada xoş təəssürat yaradıb. Son.az

İllərdir onu danışdırmayan qaynanasının şəklini efirdə göstərdi like
  • 16 İyl 17:35  
Şou-biznes İllərdir onu danışdırmayan qaynanasının şəklini efirdə göstərdi

Müğənni Qumral Musayeva efirlərin birində qonaq olub. Son.az xəbər ve

arrow Ətraflı
Yekaterinburqda Şahin Şıxlinskinin oğlu məhkəmə qarşısına çıxarılır like
  • 16 İyl 17:26  
Digərləri Yekaterinburqda Şahin Şıxlinskinin oğlu məhkəmə qarşısına çıxarılır

Yekaterinburqda Azərbaycan diasporunun tanınmış nümayəndəsi Şahin Şıxl

arrow Ətraflı
Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində olub like
  • 16 İyl 17:20  
Siyasət Türkmənistan Xalq Məsləhətinin sədrinin qızı Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində olub

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız

arrow Ətraflı
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini işğal etdi like
  • 16 İyl 17:10  
Digərləri Rusiya ordusu Donetskdə yaşayış məntəqəsini işğal etdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yaşayış mənt

arrow Ətraflı
Ukraynada hökumətin istefası təsdiqləndi – Yeni nazirlər gözlənilir like
  • 16 İyl 17:05  
Dünya Ukraynada hökumətin istefası təsdiqləndi – Yeni nazirlər gözlənilir

Ukrayna Ali Radası ölkənin baş naziri Denis Şmıxalın və onun rəhbərlik

arrow Ətraflı
“Nəsildənnəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda təşkil olunub  FOTO like
  • 16 İyl 17:00  
Kriminal “Nəsildənnəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda təşkil olunub FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Meto

arrow Ətraflı
İsrail Suriya hərbi qərargahını VURDU like
  • 16 İyl 16:56  
Dünya İsrail Suriya hərbi qərargahını VURDU

İsrail ordusunun Suriyanın paytaxtı Dəməşqə hava zərbələri nəticəsin

arrow Ətraflı
"Zəngəzur dəhlizinin idarəçiliyi özəl şirkətə verilə bilər"  Paşinyan like
  • 16 İyl 16:42  
Siyasət "Zəngəzur dəhlizinin idarəçiliyi özəl şirkətə verilə bilər" Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Naxçıvana Sünik ray

arrow Ətraflı
Magistraturaya qəbul imtahanında dəyişiklik gözlənilir  DİM rəsmisi like
  • 16 İyl 16:29  
Digərləri Magistraturaya qəbul imtahanında dəyişiklik gözlənilir DİM rəsmisi

Magistraturaya qəbul imtahanlarında hər hansı dəyişiklik nəzərdə tutulm

arrow Ətraflı
Sovet dövründə tikilən evlərin sənədləşdirilməsi qaydaları dəyişdi like
  • 16 İyl 16:25  
Siyasət Sovet dövründə tikilən evlərin sənədləşdirilməsi qaydaları dəyişdi

Daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün

arrow Ətraflı
Həftəsonunadək hava necə olacaq? like
  • 16 İyl 16:24  
Digərləri Həftəsonunadək hava necə olacaq?

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlə

arrow Ətraflı
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır like
  • 16 İyl 16:20  
Siyasət Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır

Prezident İlham Əliyev "İcra məmurları haqqında", "İcra ha

arrow Ətraflı
Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub like
  • 16 İyl 16:18  
Siyasət Oquldjaxan Atabayeva Heydər Əliyev Mərkəzində olub

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qız

arrow Ətraflı