İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar FOTO
Siyasət 17 İyl 2025 12:52:00 96 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.
Bu xəbəri də oxu: İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Mehmandarovların malikanə kompleksində olublar FOTO
AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə həyata keçirilən işlər haqqında məlumat verdi.
Bildirilib ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və memarlıq həlli rəmzi xarakter daşıyan məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi seçiləcək. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu da öz növbəsində Şuşanın işğalçılardan azad olunduğu günü - Zəfər Gününü simvolizə edəcək. Məscidin iki minarəsi isə 11 rəqəmi formasında olacaq. Bu isə Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzidir. Minarələrinin hündürlüyü 72 metr olacaq məscid Şuşanın yuxarı hissəsində inşa edilir. Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Hazırda işlərin 60 faizindən çoxu həyata keçirilib. Məscidin inşasının gələn il yekunlaşdırılması nəzərdə tutulub.
İyulun ilk günləri çətinliklər, emosional dalğalanmalar və gözlənilmə

Azərbaycanın Fransadakı səfirliyi Ermənistanın Azərbaycana hərbi təcav

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqa başsağlığı verib.

Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətl

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türk

Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Təsərrüfatı Nazirl

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanq

İraqın Kut şəhərində yerləşən ticarət mərkəzində baş verən gücl

"İctimai TV"nin əməkdaşı Aydın Muradov rejissor Kənan M.M.-dən

Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə "İpoteka və Kredit Z

Son illərdə bütün dünyada insanlar həyat keyfiyyətini artırmaq üçün q

Hər sürücünün bilməli olduğu praktik üsul – sadəcə qaynar su və tə

Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar bəzi ərazi
