Səhnədə Cennifer Lopeze belə evlilik təklifi etdilər
Şou-biznes 18 İyl 2025 11:18:00 287 0
Dünyaca məşhur 55 yaşlı müğənni və aktrisa Cennifer Lopez səhnədə bir fanatının etdiyi evlilik təklifinə verdiyi cavabla diqqət çəkib.
Bu xəbəri də oxu: "Həmin libasları gözümün qarşısına qoyurdum və deyirdim ki..."
Son.az xarici mətbuata istinadən xəbər verir ki, "Up All Night" turu çərçivəsində səhnəyə çıxan Lopez tamaşaçılar arasında bir fanatın qaldırdığı "JLo, mənimlə evlənərsən?" yazılı plakatı görüb.
Plakatı ucadan oxuyan sənətçi, mikrofona verdiyi səmimi cavabında evlilik məsələsində artıq qərarını verdiyini açıq şəkildə bildirib.
"Deyəsən o dəftəri bağladım. Bəli, bir neçə dəfə sınadım", - deyən Lopez dördüncü evliliyi olan Ben Affleckdən ayrıldıqdan sonra artıq evlilik haqqında düşünmədiyini bildirib.
Cennifer Lopezin keçmiş evlilikləri
Cennifer Lopez indiyə qədər dörd dəfə evlənib. İlk evliliyini 1997-ci ildə Mayamidə ofisiant işləyən Ojani Noa ilə qurub. Lakin bu evlilik yalnız 11 ay davam edib.
2001-ci ildə rəqqas Cris Judd ilə ailə qurub. Onlar Lopezin "Love Don't Cost A Thing" klipinin çəkilişləri zamanı tanış olublar. Bu evlilik də cəmi 9 ay çəkib.
Ən uzunmüddətli evliliyini isə Latın musiqisinin tanınmış ifaçısı Marc Anthony ilə yaşayıb. Cütlük 2004-cü ildə evlənib, 2008-ci ildə onların Max və Emme adlı əkiz övladları dünyaya gəlib. Lakin evlilik 2011-ci ildə bitib, rəsmi boşanma isə 2014-cü ildə tamamlanıb.
Xəbər verdiyimiz kimi, iyulun 17-si saat 13:00-a olan məlumata görə, ölkə
İstanbulun Pendik rayonunda 20 il əvvəl qatar relslərində parçalanmış ha
Kəlbəcər - Azərbaycanın ən təbii, ecazkar və zəngin təbiətinə malik
Bakı şəhər Sabunçu rayonu ərazisində çılpaq vəziyyətdə əxlaqsız h
İstanbulda universitet tələbəsi, 22 yaşlı Ayşe Tokyazın qətli ilə bağ
"Qum adası-Bayramzadə İEM" magistral qaz kəmərində, "Bahar&
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı
İyulun 18-nə keçən gecə Suriyanın keçid administrasiyasının üç lideri
ABŞ Prezidenti Donald Tramp ayaqlarında yaranan yüngül şişkinlik və qolun
Azərbaycan Mərkəzi Bankı (AMB) 18 iyul tarixindən etibarən valyuta məzən
Türkiyəli müğənni Hadisənin son klipində üzündəki qırışlar müzakir
Mərhum xanəndə Səxavət Məmmədovun nəvəsi Cüneytin yeni videosu yayıl
