Prezident İlham Əliyevin Təzəbinə və Xanyurdu sakinləri ilə səmimi söhbəti FOTO


Siyasət 18 İyl 2025 17:11:00 69 0

Prezident İlham Əliyevin Təzəbinə və Xanyurdu sakinləri ilə səmimi söhbəti  FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 18-də Xocalının Xanyurdu kəndində olub.

Trend xəbər verir ki, dövlətimizin başçısı kəndə köçən sakinlər Rasim Cavadovun və Kərəm Abbasovun evlərində oldu.

Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu kəndlərinə köçən sakinlərlə görüşdü, onlarla söhbət etdi.

Sakinlər: Hörmətli Prezidentimiz, eşq olsun Sizə! Allah Sizi qorusun! Allah Sizin üstünüzdə yar olsun! Bizim burada olmağımızın səbəbkarı sizsiniz. Bu, Sizin gərgin əməyinizin nəticəsidir.

Sakin: Ürəyim Sizə qurban. Xoş gəlmisiniz!

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz.

Sakin: Bu günümüzə şükür, Allah xanımınızı qorusun! Allah Sizi qorusun! Bu günü bizə yaşatdığınız üçün Allah üstünüzdə yar olsun! 200 neçə illik qara buludu üstümüzdən götürdünüz. Ağlasam, məni qınamayın. Sevinc göz yaşlarıdır.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Sağ olun, var olun, öpürəm. Allah Sizi qorusun! Amin!

Prezident İlham Əliyev: Sağ olun. Siz də xoş gəlmisiniz. Artıq bir neçə gündür ki, doğma torpağınızda yerləşmisiniz, şərait də yaxşıdır. Mən bu gün həm Təzəbinə kəndində, həm də Xanyurduda şəraitlə tanış oldum. Biz iki gözəl kəndi demək olar ki, yenidən bərpa etdik və sizin sərəncamınıza verdik.

Sakinlər: Çox sağ olun, minnətdarıq.

Prezident İlham Əliyev: Burada rahat yaşayın, xoşbəxt yaşayın, siz buna layiqsiniz. Siz uzun illər çətin şəraitdə yaşamısınız - çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə. Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun.

Sakin: Cənab Prezident, Allah Sizə qüvvət versin! Sizin gərgin əməyiniz öz yerində. Sinəsini düşmən gülləsinə sipər edən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizin canını sağ eləsin.

Prezident İlham Əliyev: Amin.

Sakin: Allah Sizi, xanımınızı qorusun. Var olun. Bu gün Sizinlə burada üz-üzə durmaqdan qiymətli heç nə yoxdur.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Cənab Prezident, bir dəqiqə olar?

Prezident İlham Əliyev: Bəli, buyur.

Sakin: Səhər-səhər mən evdən çıxanda, bağışlayın, bizim xanım dedi: Kişi, ən xoşbəxt insansan ki, bu gün Prezidentlə görüşəcəksən. Allah haqqı, elə belə də dedi.

Prezident İlham Əliyev: Sağ olun. Bütün qohumlara, ailə üzvlərinə salam yetirin. İndi siz buraya birinci köçənlərdənsiniz, amma bunun ardı gəlir. Bir, bəlkə də bir neçə aydan sonra burada, hər iki kənddə yəqin ki, minlərlə insan yaşayacaq. Dövlət bütün şəraiti yaradıb - evlər, həyətyanı sahələr, içməli su, təbii qaz, elektrik. Yəni, yenə də deyirəm, siz buna layiqsiniz.

Sakin: Maşallah, hər şey yüksək səviyyədədir.

Prezident İlham Əliyev: Çünki ən ağır vəziyyətdə yaşayanlar siz olmusunuz. Bütün bu otuz il ərzində yenə də, necə deyərlər, öz iradənizi göstərərək inanırdınız ki, bu tarixi gün gələcək və biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Həm 2020-ci ilin Vətən müharibəsi, həm də 2023-cü ilin antiterror əməliyyatı bizim şanlı qələbələrimizdir. Allah şəhidlərimizə rəhmət eləsin. Bundan sonra biz burada əbədi yaşayacağıq. Daha heç kim bizi bu yerlərdən çıxara bilməz.

Sakin: O günlər dalda qaldı.

Prezident İlham Əliyev: O, qaldı.

Sakin: Ulu Öndərə də Allah qəni-qəni rəhmət eləsin ki, bizi Sizə tapşırıb.

Digər sakin: Ali Baş Komandanımızı Allah var eləsin, həmişə ucalarda olsun!

Prezident İlham Əliyev: Sağ olun. Təbrik edirəm, təbriklər. Harada yaşamısınız işğal dövründə?

Sakin: Pirşağı qəsəbəsində.

Prezident İlham Əliyev: Pirşağıda, sanatoriyada.

Sakin: Siz gəlmişdiniz oraya.

Prezident İlham Əliyev: Bəli. Orada şərait də çox ağır idi, çətin idi.

Sakin: Şükür bugünkü günümüzə.

Digər sakin: O vaxt mənim oğlum dağda şəhid oldu.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Sakin: Sağ olun.

Prezident İlham Əliyev: Sizi təbrik edirəm. İndi burada xoşbəxt yaşayın. Allah sizi də qorusun, uşaqlarınızı da.

Qadın sakin: Mehriban xanıma salamlarımızı çatdırın, "Dəmir yumruğ"a güvənirik. Təşəkkür edirik.

Prezident İlham Əliyev: Mütləq söyləyəcəyəm. Onun da sizə salamı var.

Digər qadın sakin: Şəhid bacısıyam. Sizə çox minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun.

Digər qadın sakin: Çox sağ olun, var olun. Allah Sizi var eləsin, Allah dövlətimizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun, bir daha təbrik edirəm.

Sakin: Çox sağ olun, cənab Prezident, bu yumruğunuz həmişə düşmənlərin üstündə olsun. Allah Sizdən razı olsun, Allah Sizi qorusun. Sizi dövlətimizin üstündən əskik etməsin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Sağ olun, tez-tez gəlin.

“Hyundai Accent” “Gelandewagen”i aşırdı like
  • 18 İyl 17:08  
Digərləri “Hyundai Accent” “Gelandewagen”i aşırdı

Bu gün paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yol-nəqliyyat h

arrow Ətraflı
"Studiyaya getmişdim, “mırt vurmuşam”" like
  • 18 İyl 17:00  
Şou-biznes "Studiyaya getmişdim, “mırt vurmuşam”"

Xalq artisti Alim Qasımov rep deməsi ilə bağlı yayılan xəbərlərə aydı

arrow Ətraflı
Bu tarixə qədər Azərbaycanda dəhşətli istilər olacaq  XƏBƏRDARLIQ like
  • 18 İyl 16:56  
Digərləri Bu tarixə qədər Azərbaycanda dəhşətli istilər olacaq XƏBƏRDARLIQ

İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

arrow Ətraflı
Nəfəs ala bilmirdi  Ürəyindən görün nə çıxarıldı  FOTO like
  • 18 İyl 16:52  
Digərləri Nəfəs ala bilmirdi Ürəyindən görün nə çıxarıldı FOTO

Türkiyənin Kahramanmaraş şəhərində inanılmaz tibbi hadisə baş verib.

arrow Ətraflı
Gənc qızın ilk iş günündə geyindiyi geyim başına bəla oldu like
  • 18 İyl 16:44  
Digərləri Gənc qızın ilk iş günündə geyindiyi geyim başına bəla oldu

Türkiyədə stajının ilk günü geyimi uyğun hesab edilməyən bir gənc, i

arrow Ətraflı
Sürücülərə XƏBƏRDARLIQ  Bu yol 2 gün bağlı olacaq like
  • 18 İyl 16:16  
Digərləri Sürücülərə XƏBƏRDARLIQ Bu yol 2 gün bağlı olacaq

İyulun 19-u saat 08:00-dan iyulun 20-si saat 22:00-dək Bakı şəhəri, Nizami

arrow Ətraflı
Jurnalist olmaq istəyənlərinə nəzərinə! like
  • 18 İyl 16:09  
Digərləri Jurnalist olmaq istəyənlərinə nəzərinə!

III ixtisas qrupu üzrə (DT altqrupu) imtahan verərək müsabiqə şərtini ö

arrow Ətraflı
Rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir like
  • 18 İyl 16:04  
Digərləri Rəsmi Bakı Suriyada baş verən prosesləri yaxından izləyir

Suriyada baş verən prosesləri yaxından izləyirik.

arrow Ətraflı
"Qızım Azərbaycandan köçdü" like
  • 18 İyl 16:00  
Şou-biznes "Qızım Azərbaycandan köçdü"

Əməkdar artist Zakir Əliyev qızından danışıb.

arrow Ətraflı
Bakıda sürücülər arasında əlbəyaxa dava like
  • 18 İyl 15:55  
Digərləri Bakıda sürücülər arasında əlbəyaxa dava

Bakıda Ziya Bünyadov prospektində sürücülər arasında dava düşüb. 

arrow Ətraflı
Xəzər TVyə xəbərdarlıq edildi like
  • 18 İyl 15:51  
Digərləri Xəzər TVyə xəbərdarlıq edildi

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçir

arrow Ətraflı
ABŞ vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırdı like
  • 18 İyl 15:36  
Dünya ABŞ vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırdı

ABŞ öz vətəndaşlarını Suriyanı dərhal tərk etməyə çağırıb.

arrow Ətraflı