Prezident: Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var
Siyasət 19 İyl 2025 21:09:00 69 0
Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündəki çıxışında bildirib.
Dövlət başçısı vurğulayıb: "Hazırda bunun üçün böyük potensial mövcuddur. Artıq Çinin bir çox şəhərindən Azərbaycana və Azərbaycan vasitəsilə Qərbə konteyner qatarları yola salınır. Onların sayı ildən-ilə, həm də onlarla faiz həcmində artır. Düşünürəm ki, yaxın vaxtlarda bu, dəfələrlə artırılacaq".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan əvvəldən ÇXR Sədri Si Cinpinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyib və öz tərəfindən ölkə ərazisində müvafiq nəqliyyat-logistika infrastrukturu hazırlayıb.
"Çin şirkətləri Günəş elektrik stansiyaları layihələrinin reallaşdırılmasında podratçı qismində fəal iştirak edir. İnvestor şirkətlərin satın aldığı Günəş panelləri Çin istehsalıdır. Bu yaxınlarda biz həm də Çin şirkətləri ilə yaşıl - Günəş və külək enerjisi istehsalı sahəsində əməkdaşlığa başlamışıq. Artıq müvafiq sazişlər imzalanıb və zənnimcə, bu da bizim qarşılıqlı faydalı əməkdaşlığımıza yaxşı əlavə töhfə olacaq", - deyə dövlətimizin başçısı əlavə edib. Son.az
Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Çox şadam ki, bu g

Yalnız bir neçə avtomobil modeli qiymət, keyfiyyət və funksionallıq balan

Aparıcı beynəlxalq şirkətlərlə yaxşı təmaslarımız var. Onların bir

Mən özüm süni intellektdən istifadə etmirəm. Amma ailə üzvlərim var ki

Xəzər rayonu, Zuğulba şosesində nəqliyyat vasitələrinin birində yanğı

Amazon-un qurucusu və dünyanın ən varlı insanlarından biri olan Jeff Bezos

İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkl

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Suriya separatçı layihələr üçün meydan deyil.

Azərbaycan və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etm

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları il

Yay fəslinin ən isti ayları olan iyul və avqust, bəzi bürclər üçün yal

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları il

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı za

Cənubi Qafqaz sabit məkan olacaqdır. Bizə sabitlik, təhlükəsizlik lazımd
