Hikmət Hacıyev: Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır
Siyasət 20 İyl 2025 11:07:00 275 0
Şuşa Qlobal Media Forumu Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada keçirilir. Çünki Şuşa Azərbaycan xalqının tarixi yaddaşı və ilham mənbəyidir. Bu müqəddəs şəhərdən bir çox naşirlər, yazıçılar və düşüncə sahibləri çıxıb, xalqımızın mədəni və elmi irsinə töhfə veriblər.
Bu xəbəri də oxu: Meksikaya yeni səfir təyin olundu
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" adlı 3-cü Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.
O qeyd edib ki, Foruma dünyanın müxtəlif ölkələrindən media nümayəndələri və fikir adamları dəvət edilib. Burada müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır və paylaşılır. "Əlamətdar haldır ki, bu forum postmünaqişə dövründə, bir vaxtlar müharibənin izlərini daşıyan, lakin bu gün yenidən qurulan bir şəhərdə keçirilir.
Şuşa bir zamanlar misli görünməmiş feyk xəbərlərin, təxribatçı məlumatların hədəfi olmuşdur. 1990-cı illərin əvvəllərində, Şuşadan cəmi bir neçə kilometr aralıda, Xocalıda dəhşətli soyqırımı törədilib. Lakin o vaxt bu faciəni işıqlandıran media qurumlarının sayı çox az idi",-deyə H.Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Şuşa Qlobal Media Forumu, Prezidentlə birbaşa ünsiyyət platforması kimi də olduqca önəmlidir: "Biz Forum vasitəsilə Prezident İlham Əliyevlə birbaşa təmasda olur, regionun hazırkı inkişafı ilə bağlı məlumat alırıq. Forum iştirakçıları Ağdama səfər edəcək, bir hissəsi artıq Xankəndidə olub və bəziləri Laçına da səfər edəcək".
Prezidentinin köməkçisi Azərbaycan mediasının bu il 150 illik yubileyini qeyd etdiyinə də diqqət çəkib: "İlk Azərbaycan qəzetini "Əkinçi"nin Həsən bəy Zərdabi tərəfindən nəşr olunduğu vaxtdan bəri milli mətbuatımız böyük inkişaf yolu keçib. O dövrdə sərt senzura mövcud olsa da, "Əkinçi"də təkamül, maariflənmə və cəmiyyətin inkişafı ilə bağlı mövzular dərc olunurdu. Bu qəzet yeni düşüncələrin formalaşmasına, maarifçiliyin yayılmasına mühüm zəmin yaratdı.
Bu gün biz həmin maarifçilik ruhunu yaşadaraq, media vasitəsilə həqiqətlərin yayılmasına və sağlam cəmiyyətin qurulmasına xidmət edirik".
Türk aktyor Rahimcan Kapkap daha bir ekran işi üçün kamera qarşısına ke
Bu gün milyonlarla insanın tanıdığı ulduzlar, keçmişdə tamamilə fərql
ABŞ Prezidenti Donald Tramp media maqnatı Rupert Merdokun məhkəmədə ifadə
Bakıda həyəcan dolu avtomobil tədbiri - US Legend Cars yarışları üçünc
"Heç kəsin dərdi ilə oynama, daha pis dərdə düşərsən. Belə bir a
İstifadə olunmuş avtomobil alarkən diqqətli olun - geriyə çəkilən odome
Uğur və şöhrətə baxmayaraq, məşhurlar da şəxsi həyatlarında səhvlə
Bir çox insan üçün dərman udmaq əsl problemə çevrilə bilər. Bu səbəb
Yeni elmi araşdırma sübut edib ki, yetkin yaşda fiziki aktivliyə başlamaq
İnsanlar özlərini yalnız hiss etdikləri və ya hansısa daxili narahatlıq
Alimlər xəbərdarlıq edir ki, dünyada milyonlarla insanda rast gəlinən Hel
