Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Siyasət 24 İyl 2025 11:27:00 351 0
İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.
Bu xəbəri də oxu: İlham Əliyev avstriyalı həmkarını təbrik edib
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.
Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
Azərbaycan və Özbəkistan prezidentləri yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunublar. Bu xüsusda iyulun əvvəlində Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfəri çərçivəsində aparılmış səmərəli müzakirələr və imzalanmış sənədlər, həmçinin Özbəkistan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən Zirvə toplantısında iştirakı qeyd edilib.
Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında qardaşlıq, dostluq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə uğurlu inkişafına əminliklərini bildirib, ikitərəfli gündəliklə bağlı əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Türkiyənin tanınmış aktrisası Ece Uslu istirahət üçün getdiyi Çeşmə
Azərbaycan Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu g
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
İyul ayı yekunlaşmaq üzrədir, amma ulduzlar bəzi bürclər üçün hələ
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət
Xəbər verdiyimiz kimi, dünya ulduzu Nikol Şerzinger "Dream Fest"d
Prezident İlham Əliyevin daşınmaz əmlakın qeydiyyatına dair 16 iyul 2025-
Rusiyanın Amur vilayətində 43 nəfəri daşıyan "An-24" tipli sər
Şəki və Zaqatala rayonunun bir neçə kəndində qaz təchizatı dayandırıl
Ötən il Azərbaycanda 25 min 929 yaşayış evi tikilərək istifadəyə veril
Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri təsdiq edi
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və in
Suriyada münaqişənin xarakteri dəyişib. Müharibənin qızğın döyüş fa
