Əvəz Zeynallının “mənəviyyat” düsturu”: o, hansı əxlaqi dəyərlərə söykənir?
Digərləri 24 İyl 2025 18:02:00 113 0
"Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı sonuncu dəfə 2022-ci ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir etmə) maddələrilə təqsirli bilinib. "Baku Steel Company" şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu şantaj etməkdə, 20 min manat pul almaqda ittiham olunub. Bu iddia əsasında Rasim Məmmədovun ailə üzvləri, həmçinin, vəkil Elçin Sadıqov və digər şahidlər dindiriliblər. Əvəz Zeynallının rüşvət alması faktı mötəbər dəlillərlə təsdiqini tapıb. Bu, Əvəz Zeynallının adının rüşvət olayına qarışdığı ilk insident deyil. 2011-ci ildə də eyni ittihamla həbsdə olub. Həmin dövrdə "5 min manatdan artıq məbləğdə rüşvət almaq"da təqsirli bilinib. Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra məhkəmə araşdırması ilə günahı sübuta yetirilib. "Hədə-qorxu tətbiq olunmaqla rüşvət alma", "təkrarən rüşvət alma", o cümlədən, "xeyli miqdarda vergiləri ödəməkdən yayınma" ittihamları ilə təqsirli bilinib. Yekun olaraq, barəsində həbs qərarı çıxarılıb. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əfv fərmanı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib, sərbəst buraxılıb. "Xural" rəhbərinin adının qarışdığı, amma məhkəmə müstəvisinə çıxarılmamış nümunələr də mövcuddur. Bu nümunələrə baxanda aydın olur ki, rüşvət, pul, sərvət hərisliyi Əvəz Zeynallının həyat kredosu, ölçü meyarıdır.O, "jurnalistika fəaliyyəti"ni də bu xətt üzərində qurub. Məsələn, biznesmen Mübariz Mənsimovu özünün "dostu" adlandırır, təqdir və təbliğ edir. İş adamı haqqında efir verərkən, onun adının qarışdığı insidentlərin üzərindən sükutla keçir. 2021-ci ildə Türkiyədə cəlb olunduğu qalmaqallı məhkəmə prosesləri, "Feto hərəkatı"nda şübhəli bilinməsi barədə danışmır. Əksinə, onun imicinin təmizlənməsi, bəraətedici fikirlər səsləndirməsi üçün tribuna verir. İş onda deyil ki, Mübariz Mənsimov bu proseslərin sonunda hüquqi bəraət alıb. Qeyri-adilik Əvəz Zeynallının ona yanaşmasındadır. İmicinin təmizlənməsinə yardım göstərməsində, birtərəfli müsahibələr almasında, tribuna rolunda çıxış etməsindədir. O, Mənsimova yanaşmada jurnalistika prinsiplərini pozub, faktları birtərəfli qaydada təqdim edib. Bunu nə üçün edib? Onların "dostluğunun" əsasında nəyin dayandığını hər kəs bilir. "Xural" rəhbərinin Türkiyəyə bütün səfər və istirahət xərclərinin Mənsimov tərəfindən qarşılanması, bahalı universitetlərdə oxuyan övladlarının təhsil haqlarının eyni mənbədən təmin edilməsi bilinən faktdır. Yəni, maddi dəstək varsa, skandallı imicin problem deyil. Sən "dostumsan", qəzetim səhifələrinə çıxıb istədiyini danışa bilərsən. Əvəz Zeynallının dünyagörüşündə bu, təkcə "dostluq nümunəsi" deyil, həm də "peşəkar jurnalistika prinsipi"dir. Hansı ki, peşəkar jurnalistika prinsipləri ilə daban-dabana ziddir. "Xural" rəhbərinin qalmaqallı siyasətçi Fərman Dəmirqola yanaşması da bu kontekstdəndir. Onun Azərbaycanda dövlət çevrilişi təşəbbüslərinə qarışması, ölkəmiz üçün təhlükəli ssenarilərdə iştirak etməsi Əvəz Zeynallını qayğılandırmır. Əsas olan "ödənişdir". "Pulunu ver, müsahibən Xuralda dərc olunsun" prinsipi öndədir. Belə davranış onun nəzərində "mükəmməl jurnalistika"dır. Əvəz Zeynallı Azərbaycan jurnalistlərini bəyənmir. Hər gün verdiyi sərsəm açıqlamalarda ölkənin tanınmış qələm sahibləri barədə hədyanlar danışır. MirŞahin Ağayevi, Rauf Arifoğlunu, Elbrus Ərudu "jurnalistika prinsipləri"nə və "dostluq dəyərləri"nə "zərbə vurmaqda" qınayır. Reaksiya verən yoxdur. Çünki, adam xəstədir. Zatən xəstə olduğu üçün saxlanıldığı cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azadlığa buraxılıb. Yəni, onun ikinci məhkumluq müddəti bitməyib, bəraət də almayıb. Əslində 2031-ci ilə qədər həbsdə olmalıydı. 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə həbs edilimişdi. "4-cü dərəcəli xərçəng xəstəliyi" diaqnozu qoyulduğu üçün vaxtından əvvəl həbsdən çıxmsına qərar verilib. Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli Azərbaycan dövlətinin humanizm prinsiplərinə söykənərək, aprelin 25-də bu qərarı çıxarıb. Əgər xəstə olmasaydı, nə məhkəmə onu azad etməzdi, nə də barəsində hədyanlar söylədiyi şəxslər sakit dayanmazdı. Danışardılar, bircə feysbuk statusu ilə onun gününü qaraldardılar. Əvəz Zeynallı insanların bu mərhəmət duyğusundan, mənəvi dəyərlərə sadiqliyindən maksimum dərəcədə yararlanır. Yeri gəlmişkən qeyd edək ki, bu cür humanist yanaşmalar Azərbaycanın dövlət strukturları, məhkəmə sistemi üçün xarakterik haldır. Məsələn, 2015-ci ildə həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublu aprelin 24-də qızının yas mərasimində iştirak etmək üçün azadlığa buraxılmışdı. Yaxud, 2008-ci ildə həbsdə olan jurnalist Qənimət Zahid atasının yas mərasimində iştirak üçün evə göndərilmişdi. Bu jest yüksək dəyərləndirilmiş, təqdir edilmişdi. Əvəz Zeynallıya yanaşma da həmin prinsipin davamıdır. Amma o, digərlərindən fərqli olaraq, məsələyə fərqli reaksiya verir. Son açıqlamalarından belə görünür ki, adamın humanizm anlayışı, minnətdarlıq hissi yoxdur. Mərhəmət duyğusundan sui-istifadə edir. Açıqlamalarını dinləyəndə elə təəssürat yaranır ki, onu həbsdən azad edən, mərhəmət göstərən Azərbaycan dövləti deyil, "xaricdəki söyüş müxalifəti"dir. Qurban Məmmədova, Qənimət Zahidə qoşulub Azərbaycan dövlətinə qarşı hədyanlar yağdırmağı gündəlik rutinə çevirib. "Söyüş müxalifətinin tribunası"ndan çıxış edəndə dövlətin humanist jestini maddi dəyər kontekstindən şərh edir. Təlqin edir ki, məhkəmə onun xəstəliyini nəzərə alıb günahından keçəndə, həbsdən buraxanda maddi dəstək də göstərməliymiş. Pul verilməyibsə, "dövlət pisdir", onu "söymək lazımdır". Əvəz Zeynallının insanlara, həmkarlara, dostlara yanaşması da
Bu xəbəri də oxu: Bu məşhur şirkət 4 günlük iş həftəsinə keçir
Məmməd Son.az
Azərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciət ünvanlayıb

Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə

Xəbər verdiyimiz kimi, müğənni Günel Zeynalovanın əmisi dünyasını də

Prezident İlham Əliyev tələbə təqaüdlərinin artırılması barədə fər

Estoniya hökuməti Belarus Prezidenti Aleksandr Lukaşenko da daxil olmaqla üm

Tanınmış hərbi ekspert Azər Bayramov Müdafiə Nazirliyində vəzifəyə t

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

"Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Regional Qaz İstismar İ

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan a

Suriyanın İdlib şəhərində güclü partlayış baş verib. Hadisə nəticə

Xəbər verdiyimiz kimi, Əskişəhərin Seyitqazi rayonunda meşə yanğınınd

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı

Amur vilayətində təyyarə qəzası qurbanlarının xatirəsinə üç günlük

Türkiyəli müğənni Pınar Yıldız yeni mahnısının klip çəkilişləri z

"İran nüvə proqramından əl çəkməyəcəyi təqdirdə bu ölkəyə ye
