Ermənistan hərbçilərinin əsir götürdüyü azərbaycanlı Mənə işgəncələr verildi
Siyasət 25 İyl 2025 14:03:00 77 0
İyulun 25-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Vəliəhəd Vəliyev bildirib ki, 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı oktyabrın 22-də Zəngilanda güllə və qəlpə yaraları alaraq Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb.
Bu xəbəri də oxu: Kapital əvəzinə bayraq: Fars körfəzi və imperiyasız vasitəçilər dövrü
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, həmin vaxt hərbçi yoldaşlarının şəhid olduğunu söyləyib.
Zərərçəkmiş şəxs deyib ki, əsirlikdə olduğu müddətdə sağaldıqdan sonra işgəncələrə məruz qalıb, o cümlədən sağ ayağının baş barmağı kəlbətinlə sıxılıb, sifət nahiyəsində yumruq-təpik, ayaq və qollarına dəyənəklə zərbələr endirilib.
O, dekabrın 14-də Azərbaycana təhvil verilib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Türkiyənin Yozgat vilayətinin Yenifakılı rayonunun bələdiyyə başçısı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan &q

Süni intellekt platformalarında daha dəqiq və istifadəçiyə xas cavablar a

"Azərbaycanda tələbələrin təxminən 50 faizi təqaüd alır. Bu göst

Astroloqlar bu dövrdə bəzi bürclərin keçmiş münasibətləri tamamilə ar

Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva ilə birgə m

Nazirlər Kabineti 11 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş &q

Bakı metrosunun "İçərişəhər" stansiyasında yeraltı avtomobil

"Həmin Zaur" verilişində yenə diqqətçəkən anlar yaşanıb.

Amsterdam Universitetinin astronomları Yerin ölçüsünə bənzəyən, lakin f

Son.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi olu

"WhatsApp" istifadəçilərə istənilən mesaj üçün fərdiləşdi

Bizim qədim tarixə və zəngin resurslara malik diyarımız Naxçıvan isə f
